Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə131/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   126   127   128   129   130   131   132   133   134

 

428 


 

31.2. 


Qeyri-birja əməliyyatına görə tanınmış 

xərclər üzrə; 

731, 732, 733 

122 


31.3. 

Sair mənbələr hesabına tanınmış xərclər 

üzrə; 

741. 742, 743 



122 

31.4.  Maliyyə xərclərinin tanınması üzrə. 

721, 722,725 

309, 335 



32. Mənfəətin (zərərin) uçotu 

32.1. 


Hesabat dövründə tanınmış mənfəət üzrə

611, 521, 622, 623, 

624, 625, 631, 532, 

633 


801 

32.2. 


Hesabat dövründə tanınmış zərər üzrə

801 


611, 521, 622, 623, 

624, 625, 631, 532, 

633, 801 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

429 


 

Mühasibat uçotu haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

 

I   F Ə S İ L    



ÜMUMİ MÜDDƏALAR 

M a d d ə   1 .  Qanunun təyinatı  

1.1.  Bu  qanun  mülkiyyət  və  təşkilati-hüquqi  formasından  asılı  olmayaraq 

Azərbaycan  Respublikası  ərazisində  fəaliyyət  göstərən  hüquqi  şəxslər,  habelə 

hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  fiziki  şəxslər 

(bundan  sonra  mətndə  –  mühasibat  uçotu  subyektləri  adlandırılacaq)  tərəfindən 

mühasibat  uçotunun  təşkili  və  aparılması,  o  cümlədən  maliyyə  hesabatlarının 

hazırlanması və təqdim edilməsi qaydalarını tənzimləyir.  

1.2.  Azərbaycan  Respublikasının  ərazisində  qanunla  nəzərdə  tutulmuş  hallar 

istisna  olmaqla  icra  hakimiyyəti  orqanları  və  büdcədənkənar  dövlət  fondları 

tərəfindən onların səlahiyyətləri daxilində işlənib  hazırlanmış  mühasibat uçotu  ilə 

əlaqədar bütün normativ hüquqi aktlar, habelə, tövsiyə xarakteri daşıyan sənədlər 

müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılaraq, təsdiq edildikdən sonra tətbiq 

edilə bilər.  

M a d d ə   2 .  Əsas anlayışlar  

2.1. Bu qanunda istifadə edilmiş anlayışlar aşağıdakı mənaları ifadə edir:  

2.1.1. Uçot qaydaları – bu qanuna əsasən maliyyə hesabatlarını Milli Mühasibat 

Uçotu  Standartlarına  müvafiq  hazırlamalı  olan  mühasibat  uçotu  subyektləri  üçün 

ilkin sənədlərin və uçot registrlərinin formasını müəyyənləşdirən qaydalardır.  

2.1.2.  Qrup  –  əsas  təsərrüfat  cəmiyyəti  (ortaqlığı)  və  onun  bütün  törəmə 

cəmiyyətləridir.  

2.1.3.  Maliyyə  hesabatlarının  beynəlxalq  standartları  –  Mühasibat  Uçotunun 

Beynəlxalq  Standartları  Şurası  tərəfindən  işlənib  hazırlanmış,  qəbul  və  ya  təsdiq 



 

430 


 

olunmuş  Mühasibat  Uçotunun  Beynəlxalq  Standartları,  Maliyyə  Hesabatlarının 

Beynəlxalq Standartları və Şərhlər üzrə Daimi Komitənin şərhləri, habelə Maliyyə 

Hesabatları Şərhi üzrə Beynəlxalq Komitənin müvafiq şərhləridir.  

2.1.4.  İctimai  sektor  üçün  mühasibat  uçotunun  beynəlxalq  standartları  – 

Mühasiblərin Beynəlxalq Federasiyasının İctimai Sektor üzrə Komitəsi tərəfindən 

işlənib hazırlanmış, qəbul və ya təsdiq olunmuş mühasibat uçotu standartlarıdır.  

2.1.5.  Milli  Mühasibat  Uçotu  Standartları  –  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən təsdiq edilən mühasibat uçotu standartlarıdır.  

2.1.6. Milli Mühasibat Uçotu Standartlarının Tətbiqi üzrə Şərhlər və Tövsiyələr 

–  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  Milli  Mühasibat  Uçotu 

Standartlarının  müddəalarının  şərh  olunması  məqsədilə  işlənib  hazırlanmış  və 

təsdiq edilmiş metodoloji təlimatlardır.  

2.1.7.  Kiçik  sahibkarlıq  subyektlərində  sadələşdirilmiş  uçotun  aparılması 

qaydaları  –  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  kiçik  sahibkarlıq 

subyektlərində  mühasibat  uçotunun  aparılması  üçün  müəyyən  edilmiş  xüsusi 

qaydalardır.  

2.1.8.  Birləşdirilmiş  (konsolidə  edilmiş)  maliyyə  hesabatları  əsas  cəmiyyətin 

(ortaqlığın) və onun törəmə cəmiyyətlərinin vahid mühasibat uçotu subyekti kimi 

təqdim etdiyi maliyyə hesabatlarıdır.  

2.1.9.  İctimai  əhəmiyyətli  qurumlar  –  kredit  təşkilatları,  sığorta  şirkətləri, 

investisiya  fondları,  qeyri-dövlət  (özəl)  sosial  fondları,  qiymətli  kağızları  fond 

birjasında  dövriyyədə  olan  hüquqi  şəxslər  və  maliyyə  hesabatlarının  tərtibi 

tarixində  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyənləşdirdiyi  meyar 

göstəricilərinin (illik gəliri, hesabat ili ərzində işçilərin orta sayı və balansın yekun 

məbləği) ikisindən yuxarı olan göstəricilərə malik kommersiya təşkilatlarıdır.  

2.2.  Bu  qanunda  istifadə  olunan  digər  anlayışlar  Azərbaycan  Respublikasının 

Mülki  Məcəlləsi  və  mövcud  olan  başqa  qanunvericilik  aktları  ilə 

müəyyənləşdirilmiş mənaları ifadə edir.  

M a d d ə   3 .  Mühasibat uçotunun məcburiliyi  




 

431 


 

Bütün  mühasibat  uçotu  subyektlərində  mühasibat  uçotunun  bu  qanunda 

müəyyən  edilmiş  müvafiq  mühasibat  uçotu  standartlarına  və  ya  sadələşdirilmiş 

uçotun qaydalarına uyğun aparılması məcburidir.  

I I   F Ə S İ L    

MÜHASİBAT UÇOTU SAHƏSİNDƏ TƏNZİMLƏNMƏ 

M a d d ə   4 .  Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi  

4.1.  Azərbaycan  Respublikasında  mühasibat  uçotu  sahəsində  dövlət 

tənzimlənməsinin 

əsas  məqsədi  kommersiya  təşkilatları  üçün  maliyyə 

hesabatlarının beynəlxalq standartlarını və onlara əsaslanan Milli Mühasibat Uçotu 

Standartlarını,  qeyri-kommersiya  təşkilatları  üçün  isə  İctimai  Sektor  üçün 

Mühasibat  Uçotunun  Beynəlxalq  Standartlarına  əsaslanan  Milli  Mühasibat  Uçotu 

Standartlarını  hazırlamaqla  və  tətbiq  etməklə  ölkədə  mühasibat  uçotunun 

beynəlxalq  standartlar  əsasında  inkişaf  etdirilməsini  və  maliyyə  hesabatlarında 

şəffaflığı təmin etməkdən ibarətdir.  

4.2. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən həyata keçirilir.  

4.3. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq 

icra hakimiyyəti orqanı:  

4.3.1. Maliyyə hesabatlarının beynəlxalq standartlarının və İctimai sektor üçün 

mühasibat  uçotunun  beynəlxalq  standartlarının  Azərbaycan  dilinə  tərcüməsini  və 

Mühasibat  Uçotunun  Beynəlxalq  Standartları  Şurası,  Mühasiblərin  Beynəlxalq 

Federasiyası və ya digər aidiyyəti orqanlardan bu tərcümələrin Azərbaycan dilinə 

Maliyyə  Hesabatlarının  Beynəlxalq  Standartlarının  və  İctimai  Sektor  üçün 

Mühasibat  Uçotunun  Beynəlxalq  Standartlarının  rəsmi  mətnləri  kimi  təsdiq 

edilməsini təşkil edir;  

4.3.2.  Milli  Mühasibat  Uçotu  Standartlarını,  Milli  Mühasibat  Uçotu 

Standartlarının  Tətbiqi  üzrə  şərhləri,  tövsiyələri  və  uçot  qaydalarını  işləyib 

hazırlayır və təsdiq edir;  



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə