37
Qrup MHBS-a uyğun hazırlanmış konsolidə olunmuş maliyyə hesabatlarında 39 saylı MUBS,
Maliyyə Alətləri: Tanınması və Qiymətləndirilməsi, Standartında nəzərdə tutulan portfel üzrə ehtiyatın
yaradılması metodologiyasını tətbiq etmiş və baş vermiş, lakin hesabat dövrünün sonuna heç bir
fərdi kredit üzrə konkret olaraq müəyyən edilməmiş dəyərsizləşmə zərərləri üçün portfel üzrə ehtiyat
yaratmışdır. Qrupun daxili təsnifləşdirmə siyasətinə görə hər bir verilmiş kredit aşağıdakı kimi
təsnifləşdirilə bilər:
• Standart kreditlər – Əsas məbləği və faiz borcu gecikmədən müqavilə ilə razılaşdırılmış tarixlərdə
ödənilən və yaradılmış ehtiyatı ümümi məbləğinin 10%-dən artıq olmayan kreditlər.
• Sub-standart kreditlər – Gözlənilən zərər 50%-dən aşağı olan, girovla tam təmin edilmiş kreditlər
və yaradılmış ehtiyatı ümümi məbləğinin 50%-dən artıq olmayan kreditlər.
• Şübhəli kreditlər – Girovun dəyəri əhəmiyyətli, lakin müəyyən edilə bilməyən, gözlənilən zərəri
50%-dən 100%-ə qədər olan və yaradılmış ehtiyatı ümümi məbləğinin 50%-dən 100%-nə qədər
olan kreditlər.
• Ümidsiz kreditlər– Qaytarılması gözlənilməyən, girovu olmayan və yaradılmış ehtiyatı ümümi
məbləğinin 100%-ni təşkil edən kreditlər.
Yuxarıdakı təhlil üçün standart və sub-standart kreditlər cari və dəyərsizləşməmiş və ya vaxtı keçmiş,
lakin dəyərsizləşməmiş kateqoriyalarına aid edilmişdir. Şübhəli və ümudsiz kreditlər isə
dəyərsizləşmiş kreditlər kateqoriyasına aid edilmişdir.
Cari və dəyərsizləşməmiş, lakin yenidən baxılmış kreditlər artıq şərtlərinə baxılmış və əks təqdirdə
vaxtı keçmiş və dəyərsizləşmiş ola bilən kreditlərin balans dəyərini əks etdirir. Yuxarıdakı cədvəldə
göstərilən vaxtı keçmiş, lakin dəyərsizləşməmiş kreditlər təminatlı kreditləri əks etdirir. Təminatın
ədalətli dəyəri gecikdirilmiş faiz ödənişləri və əsas məbləğin ödənilməsinə kifayət edir. Vaxtı keçmiş,
lakin dəyərsizləşməmiş kimi göstərilən məbləğlər kreditin yalnız ayrı-ayrı ödənişlərinin vaxtı keçmiş
məbləğini deyil, bu cür kreditlərin bütün qalığını əks etdirir. Kreditin dəyərsizləşməsini müəyyən
edərkən Qrupun nəzərə aldığı əsas amillər onun vaxtı keçmiş olması və əgər varsa, müvafiq girov
təminatının (əgər varsa) satıla bilməsi imkanlarıdır. Nəticədə Qrup dəyərsizləşmə məqsədləri üçün
fərdi şəkildə qiymətləndirilən kreditlərin köhnəlməsi ilə bağlı yuxarıdakı təhlili təqdim etmişdir.
31 dekabr 2012-ci il tarixinə vaxtı keçmiş və fərdi şəkildə dəyərsizləşmiş korporativ kreditlər üzrə
girovun təxmin edilən dəyəri 2,108,336 min manat (31 dekabr 2011-ci il: 929,326 min manat) təşkil
etmişdir.
2012
2011
Vaxtı keçmiş, lakin dəyərsizləşməmiş kreditlər üzrə təminatın ədalətli
dəyəri
- daşınmaz əmlak
1,026,331
406,168
- daşınan əmlak
302,518
44,641
- qiymətli kağızlar
-
2,924
- digər aktivlər
86,408
9,647
Dəyərsizləşməmiş kreditlər üzrə əminatın ədalətli dəyəri
- daşınmaz əmlak
609,906
393,914
- daşınan əmlak
83,173
50,486
- qiymətli kağızlar
-
6,331
- digər aktivlər
-
15,215
Cəmi
2,108,336
929,326
Yuxarıda qeyd edilən girov təminatlarından başqa, Qrupun Rusiya Federasiyasında, əsasən Moskva
şəhərində tikinti layihələrini həyata keçirən müştərilərə verilmiş kreditlər üzrə girov müqavilələri
vardır. Həmin müştərilər onlara verilmiş kreditlərin müqabilində öz səhmlərini girov qoymuşdur. Bu
cür girov təminatlarının ədalətli dəyəri onların nominal dəyərinə bərabər olduğuna görə hazırki
konsolidə edilmiş maliyyə hesabatları üçün əhəmiyyətli deyil. Bu səbəbdən 31 dekabr 2012-ci il və
31 dekabr 2011-ci il tarixlərinə həmin kreditlərin ədalətli dəyərini müəyyən etmək qeyri-mümkün
olmuşdur.
31 dekabr 2012-ci il və 31 dekabr 2011-ci il tarixlərinə müştərilərə verilmiş kreditlər və avansların hər
bir kateqoriyasının balans dəyəri təxminən onların ədalətli dəyərinə bərabərdir. 31 dekabr 2012-ci il
tarixinə müştərilərə verilmiş kreditlər və avansların təxmin edilən ədalətli dəyəri 5,255,151 min manat
(31 dekabr 2011-ci ildə: 4,008,184 min manat) təşkil etmişdir. 30 saylı qeydə baxın.
Müştərilərə verilmiş kreditlər və avansların coğrafi, valyuta, likvidlik və faiz dərəcəsi üzrə təhlili 27
saylı qeyddə göstərilir. Əlaqəli tərəflərlə əməliyyatlar haqqında məlumat 31 saylı qeyddə açıqlanır.
38
7.
MƏNFƏƏT VƏ YA ZƏRƏR HESABLARINDA ƏDALƏTLİ DƏYƏRLƏ GÖSTƏRİLƏN MALİYYƏ
AKTİVLƏRİ
31 dekabr 2012-
ci il
31 dekabr 2011-
ci il
Ilk olaraq mənfəət və ya zərər hesablarında ədalətli dəyərlə qeyd edilən
maliyyə aktivləri:
Sadə veksellər
10,264
5,857
Cəmi mənfəət və ya zərər hesablarında ədalətli dəyərlə qeyd edilən
maliyyə aktivləri
10,264
5,857
31 dekabr 2012 və 2011-ci il tarixlərinə mənfəət və ya zərər hesablarında ədalətli dəyərlə göstərilən
maliyyə aktivlərinin kredit keyfiyyəti üzrə təhlili aşağıdakı kimidir:
31 dekabr 2012-ci
il
31 dekabr 2011-
ci il
Cari və dəyərsizləşməmiş:
- Baa3/Sabit
542
-
- Baa1/Sabit
9,103
5,857
- Dərəcəsiz
619
-
Cəmi cari və dəyərsizləşməmiş
10,264
5,857
8.
DİGƏR BORC QİYMƏTLİ KAĞIZLARI
31 dekabr 2012-ci il tarixinə Qrup Azərbaycan Respublikasında özəl şirkət tərəfindən buraxılmış hər
birinin nominal dəyəri 1 min manat olan 20,220 istiqraza sahib olmuşdur. 31 dekabr 2012-ci il
tarixinə bu istiqrazların amortizasiya olunmuş dəyəri 20,220 min manat təşkil etmişdir. İstiqrazlara illik
12.5% hesablanır və 2013-cü ilin sentyabr ayında onlar tam şəkildə ödəniləcəkdir.
9.
ASSOSİASİYA OLUNMUŞ (ASILI) MÜƏSSİSƏLƏRƏ İNVESTİSİYA QOYULUŞU
31 dekabr
2012-ci il
31 dekabr
2011-ci il
Joint Leasing Şirkəti
-
-
Bakı Banklararası Valyuta Birjası (BBVB)
575
649
Cəmi assosiasiya olunmuş müəssisələrə investisiya qoyuluşu
575
649
Qrupun assosiasiya olunmuş müəssisələrə investisiya qoyuluşunun balans dəyərində hərəkətlər
aşağıdakı cədvəldə göstərilir:
2012
2011
1 yanvar tarixinə balans dəyəri
649
1,439
Joint Leasing Şirkətinin zərərində pay
-
(727)
BBVB-nin zərərində pay
(74)
(63)
31 dekabr tarixinə balans dəyəri
575
649