65
İstər turizm, istərsə də digər sektorlarda istənilən iş biznes-planının
hazırlanmasında SWOT analizinin qiymətləndirmə rolu olduqca vacibdir. SWOT
analizi turizm sektorunda təşkilatın, prosesin, vəziyyətin
güclü və zəif tərəflərini
təyin etmək, daxili və xarici mühitdən yaranan imkanları (Fürsətlər) və təhdidləri
müəyyən etmək üçün istifadə olunan strateji təhlildir.
Bu analiz layihənin və ya işin hədəflərinin müəyyənləşdirilməsini və məqsədə
çatmaq üçün müsbət və ya mənfi olan daxili və xarici amillərin müəyyən edilməsini
tələb edir.
SWOT təhlili ətraf mühit amillərinin araşdırılmasını, işin gələcəyi üçün vacib
olan imkanların müəyyənləşdirilməsini, iş üçün təhlükə yarada biləcək fəaliyyətlərin
aşkarlanması və əvvəlcədən tədbirlərin görülməsini, işin güclü
tərəflərinin ortaya
çıxmasını və hansı vəziyyətdə, şəraitdə və mühitdə olmasını əhatə edir.
SWOT təhlili nəticəsində şirkət müxtəlif faydalar qazana bilər. Əsas olanlar:
Fürsətlərdən istifadə etmək.
Zəif tərəfləri müəyyənləşdirərək, onları fürsətə
çevirmək üçün innovativ
strategiyalar inkişaf etdirmək.
Bugünkü rəqabət mühitində sıx bir iqtisadi, texnoloji və sosial dəyişiklik baş
verir və bu səbəbdən hər gün yeni performans meyarları ortaya çıxır. Belə bir
mühitdə təşkilatlar onlar üçün uyğun strategiyanı
müəyyənləşdirməkdə müvəffəq
ola bilərlər. Təşkilatın davamlılığı və inkişafı, təşkilatın daxili və xarici amillərinin
təhlilindən, güclü və zəif tərəflərini müəyyənləşdirməkdən,
fürsətləri görmək
nəticəsində maksimum fayda verəcək strategiyaların hazırlanmasından asılıdır.
SWOT analizi bu strategiyaların müəyyənləşdirilməsində böyük əhəmiyyətə
malikdir və adı İngilis dilində Strengths (güclü tərəflər), Weaknesses (zəif tərəfləri),
Opportunities (fürsətləri) və Threats (təhdidləri) şərtlərinin
baş hərflərindən
yaranmışdır.