Beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə7/35
tarix31.12.2021
ölçüsü0,81 Mb.
#81339
1   2   3   4   5   6   7   8   9   10   ...   35
T-hm-zova-Nigar-M-bariz-q-z-

NƏTİCƏ VƏ TƏKLİFLƏR

.................................................................................72 



İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

.................................................... .............75 



Cədvəllərin siyahısı

…………………….......………………………………...…..79 



Qrafiklərin siyahısı

………………..……………………………………….…….79 

 

 

 




 

 

 




 

                                                           GİRİŞ 



 

Mövzunun  aktuallığı:

 

Son  illərdə  ölkənin  tranzit  potensialının 



genişləndirilməsi,  beynəlxalq  daşımalar  üçün  müasir  infrastrukturun  yaradılması 

üzrə  daha  intensiv  işlər  nəqliyyat  parkının  modernləşdirilməsi  yönümündə  yeni 

təşəbbüslərin  yaranmasına  təkan  verdi.  Bakı  Beynəlxalq  Dəniz  Ticarət  Limanın 

inşası  kimi  vacib  layihələrin  reallaşdırılması  Azərbaycanın  iqtisadi  gücünü 

artırmaqla yanaşı onun beynəlxalq mövqeyini də gücləndirir. 

Ölkəmizin neft emalı və qeyri-neft bölməsində davam edən inkişafı iqtisadi 

artım  üçün  çox  mühüm  sayılır.  Nəqliyyat  və  logistika  hökumətin  ölkə 

iqtisadiyyatının  daha  iri  artımı  və  genişləndirilməsi  üçün  nəzərdə  tutduğu  bir 

sahədir.  2016-2018-ci  illərdə  Azərbaycan  iri  infrastruktur  tikintisi  layihələri  və 

daha artıq işlər reallaşdırmışdır. 

Nəqliyyat-logistika  xidməti  bütün  Azərbaycan  qarşısında  yeni  üfüqlər 

açaraq, ölkəmizin inkişafı üçün güclü  təkan oldu. “Logistika və ticarətin inkişafı 

üzrə  Strateji  yol  xəritəsi"  2016-cı  ildə  ölkə  Prezidenti  İlham  Əliyev  tərəfindən 

təsdiqləndi. Bu, ölkənin nəqliyyat sektorunun və logistikasının modernləşdirilməsi, 

habelə  təkmilləşdirilməsi  ilə  əlaqəli  əsas  sənəddir.  Bu  plana  əsasən,  Azərbaycan 

2020-ci  ilə  qədərki  dövrdə  logistika  və  ticarət  sahəsində  ölkənin  73,5  milyard 

dollarlıq  ÜDM-nə  363  milyon  dollar  əlavə  edərək  18,9  min  iş  yeri  yaratmaq 

niyyətindədir. 

Qlobal  deflyasiya  riskləri  dövründə  xammal  və  enerji  daşıyıcılarının  aşağı 

qiymətlərində  neft-qaz  ixracatçısı  olan  ölkələr  ciddi  çətinliklərlə  üzləşdi.  Hasilat, 

emal və logistikanın optimallaşdırılması, neft-kimya  məhsulları emalı və yenidən 

emalı  dərinliyinin  artırılması,  təchizat  zəncirlərindəki  monetizasiya  üçün  əlavə 

imkanların  axtarışı,  logistika  potensialının  maksimal  dərəcədə  istifadəsi,  işin 

keyfiyyətinə  zərər  vermədən  xərclərin  qənaətbəxş  olaraq  azaldılması,  kadr 

potensialının və səlahiyyətlərinin qorunması – bütün bunlar antiböhran addımların 

nümunəsidir  və  bu  çətinliklərin  həll  edilməsi  və  ölkə  iqtisadiyyatının 

sabitləşdirilməsi  proqramlarıdır.  Bu  tədbirlərin  bir  çoxu  Azərbaycan 



 

Respublikasında  uğurlu  illərdə  həyata  keçirilmişdir  və  ARDNŞ-in  tərkibində  - 



güclü neft-kimya istehsal klasterləri, inkişaf etmiş logistika infrastrukturu və bütün 

səviyyələrdə ciddi insan resursları potensialı yaradılmışdır. 

Bununla  yanaşı,  xammal  böhranının  dərinliyi  və  qlobal  və  regional 

iqtisadiyyatlar  qarşısında  duran  çətinliklərin  miqyası  yeni  həllər,  ixrac  və  daxili 

bazarın inkişaf strategiyaları və taktikasının, logistika imkanlarının istifadəsin, neft 

email,  habelə  neft-kimya  sənayesinin  texnolojiliyi  və  səmərəliliyinin  gələcək 

inkişafının daha dərindən dərk olunmasını tələb edir. Belə çətin mərhələni uğurla 

başa vurmaq üçün 1990-cı illərin əvvəllərində AR-nın neft-qaz sənayesinin bərpası 

və  inkişafı  təcrübəsinə  istinad  etmək  faydalıdır.  Bu,  SSRİ-nin  dağılmasının,  neft 

bazarında aşağı qiymətlərin və müharibədən sonrakı xarabalıqların nəticələrindən 

xeyli dərəcədə zərər görmüşdür. Ümummilli lider tərəfindən yaradılmış və uğurla 

həyata  keçirilmiş  Azərbaycanda  neft-qaz  sənayesinin  inkişaf  strategiyası  çətin 

dövrdə effektiv kommersiya və istehsal qərarlarının tapılmasının əla nümunəsidir. 

İndi sahə qarşısında yenə də çətin şəraitdə aşağı start mövqeyindən böyük nəticələr 

əldə etmək vəzifəsi durur. 

Müasir  iqtisadiyyatda  və  iş  təcrübəsində  logistikta  maddi  və  informasiya 

axınları  ilə  idarə  edilən,  minimum  məsrəflərlə  mümkün  müştəri  məmnuniyyətini 

maksimum  qarşılayan  inteqrasiya  edilmiş  proses  kimi  müəyyənləşdirilir.  Həmin 

proses xammal və materialların mənbəyinin işlənib hazırlanmasından hazır mal və 

xidmətlərin çatdırılmasına qədər fəaliyyətin bütün mərhələləri əhatə edilir. Rəqabət 

üstünlüklərinin  formalaşması  istehsal-satış  prosesləri  ilə  təchizat  proseslərinin 

effektiv qarşılıqlı təsirini təmin etməyə qabil prinsiplərdən istifadənin idarəçiliyini 

nəzərdə tutur. Müasir dövrdə rəhbər prinsiplər yeni iqtisadi yanaşma idi. Müəssisə 

bölmələrin effektiv qarşılıqlı fəaliyyəti və fikir ayrılıqlarının həlli üçündür.  

Resursların  bölgüsünün  logistikasının  təkmilləşdirilməsi  neft-qaz  bazarında 

bölgü  logistik  metodologiyasının  inkişafına  kömək  etməlidir.  Müasir  iqtisadi 

reallıqlar  neft  müəssisələrində  logistika  menecmenti  qarşısında  yeni  iqtisadi 

vəzifələr qoyur və onun məsuliyyətinin genişlənməsinə kömək edir. 




 

Logistik  idarəetmə  səlahiyyətlərinin  genişləndirilməsi  təbii  qazın  və  neft 



axınının bütün zənciri boyu - hasilatı, nəqli, saxlanmasından xammalın istehlakçıya 

çatdırımasının  idarə  edilməsinə  qədər  baş  verir.  Bu    milli  və  qlobal  səviyyədə 

logistika  sistemlərinin  müəssisələrində  idarəetmə  funksiyalarının  ən  yüksək 

səviyyədə  inteqrasiyasını  qarşılayır.  Bu  mənada  yanacaq  resurslarının  rasional 

yayılması  yalnız  maddi  axınların  keçdiyi  bütün  bölmələrin  fəaliyyətlərinin 

razılaşdırılması və koordinasiyası şəraitində mümkündür. Bu problemin həlli bölgü 

prosesinin  özü  barədə  müəyyən  fikirlərin  yenidən  nəzərdən  keçirilməsin  və  neft-

qaz sənayesində onun səmərəliliyinin artırılmasının perspektiv istiqaməti isə təbii 

xammal axınlarının idarəetmə sisteminin təkmilləşdirilməsidir. 

Beləliklə,  hazırda  paylayıcı  şirkətlərin  ərazi  və  idarəetmə  strukturlarının, 

bölüşdürmə  funksiyaları  və  satış  mexanizmlərinin  -  xammal  bazarında  logistik 

həlqələrin  kompleks  transformasiyasına  əsaslanan  logistik  bölüşdürmə  sistemini 

yaratmaq  lazımdır.  Bununla  bərabər,  neftin  daşınması  üzrə  logistik  sistemin 

fəaliyyəti  mövcud  bölgü  sisteminin  logistik  həlqələrinin  struktur-korporativ 

transformasiyası ilə reallaşdırılmalıdır. 

Neft  və  neft  məhsulları  bazarında  logistikanın  inkişafı  problemləri  milli 

iqtisadiyyat,  eləcə  də  dünya  iqtisadi  əlaqələrinin  genişləndirilməsi  baxımından 

daha çox vurğulanır. 

Neft və neft məhsulları bazarında logistikanın rolunun daha da yüksəldilməsi 

problemlərinin  kifayət  qədər  öyrənilməməsi  magistr  dissertasiyası  mövzusunun 

seçilməsinə gətirib çıxardı, onun məqsəd və vəzifələri müəyyənləşdirildi. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə