Beynəlxalq magistratura və doktorantura məRKƏZİ


FƏSİL II. AZƏRBAYCANIN NEFT VƏ NEFT MƏHSULLARI



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə15/35
tarix31.12.2021
ölçüsü0,81 Mb.
#81339
1   ...   11   12   13   14   15   16   17   18   ...   35
T-hm-zova-Nigar-M-bariz-q-z-

FƏSİL II. AZƏRBAYCANIN NEFT VƏ NEFT MƏHSULLARI 

BAZARINDA LOGİSTİKANIN İNKİŞAFININ TƏHLİLİ 

 

2.1. SOCAR-ın istehsal-təsərrüfat fəaliyyətinin qısa xarakteristikası 

AR-nın  neft  sənayesini  özündə  ehtiva  edən  SOCAR  uzun  müddət  ərzində 

“Azərneft” kimi tanınmışdır. XIX əsrin əvvəllərindən etibarən  müxtəlif vaxtlarda 

tərkibindəki müəssisələrin xarakterindən asılı olmaqla, keçmiş SSRİ-nin ayrı-ayrı 

təşkilatların 

tabeçiliyində 

olmuş, 

bəzən 


"Azərneftkomitə", 

bəzən 


"Azərneftkombinat", bəzi hallarda isə "Azərneftçıxarma" Birliyi və s. kimi fəliyyət 

göstərmişdir. Keçən əsrin 50-ci illərində "Azərneft"in bazasında respublikada Neft 

Sənayesi  Nazirliyi,  65-70-ci  illərində  isə  Neftçıxarma  Sənayesi  Nazirliyi  təsis 

edilmişdir.  Qurum  1970-ci  ilin  avqustundan  etibarən  yenidən  "Azərneft" 

adlandırılıb. Azərbaycan keçən əsrin sonlarında suverenliyini bərpa etdiyi vaxtdan 

sonra,  ölkə  Prezidenti  tərəfindən  1991-ci  ilin  3  dekabrında  imzalanmış  Fərmana 

əsasən "Azərineft" Dövlət Konserni olmuşdur. Prezident 1992-ci ilin sentyabrında 

təsdiqlədiyi  Fərmanla  "Azərneft"  Dövlət  Konserni  ilə  "Azərnefkimya"  İstehsal 

Birliyi bazasında Dövlət Neft Şirkəti yaradılıb. 

ARDNŞ  yarandığı  vaxtdan  etibarən  onun  strukturunda  bəzi  dəyişikliklər 

oldu.  1994-cü  ildən  başlayaraq  Dövlət  Neft  Şirkətinin  tərkibində  Dəniz  və  Quru 

ərazilərdə  Neft  və  Qazçıxarma  İstehsal  Birlikləri  təşkil  edildi.  2003-cü  ildə 

Birliklər birləşdirilməklə "Azneft" İstehsalat Birliyi təşkil olundu. 

SOCAR ölkə ərazisində olan neft və qaz ehtiyatlarının axtarışını, kəşfiyyatı 

və  işlənməsini, neft, qazın və qaz kondensatı hasilatını,  emalı və nəqlini,  neft və 

neft-kimya məhsullarını, qazı daxili və xarici bazarlarda reallaşdırılmasını, eləcə də 

ölkə  ərazisində  sənaye  və  əhalinin  təbii  qazla  təchizatını  icra  edir.  SOCAR-ın 

tərkibində 3 istehsal birliyi, neft-qaz emalı zavodları, habelə Dərin Özüllər Zavodu

1elmi tədqiqat institutları daxil olmaqla hüquqi şəxs statuslu 23, qeyri-hüquqi şəxs 

statuslu  4  qurum  fəaliyyət  göstərir.  Bundan  əlavə  SOCAR  ayrı-ayrı  sahələrdə 

fəaliyyətdə olan (sığorta, emal, inşaat, marketinq, gəmiqayırma və i.a.) şirkətlərdə 



29 

 

paya  malik  olmaqla  onun  iştirakı  ilə  33  müştərək  müəssisə  fəaliyyətdədir 



(http://www.socar.az/socar/az/company/about-socar/discover-socar, 2018). 

SOCAR-ın başqa şirkətlər də daxil olmaqla 5 Alyans yaradıb.  

AR  ərazisində  SOCAR  şaquli  inteqrasiya  edilmiş  milli  neft  və  qaz  şirkəti 

olub bilavasitə hasilat, daşınma və emal fəaliyyətləri ilə məşğul olur. SOCAR həm 

də  Azəri-Çıraq-Günəşli  yataqlarında  çıxarılan  neftin  başlıca  ixrac  marşrutu  kimi 

fəaliyyət göstərən BTC Boru Kəməri, habelə AÇG və Şahdəniz yataqları üzrə hasil 

edilən  neftin  başlıca  ixracat  marşrutu  olan  CQBK  daxil  edilməklə  AÇG  və 

Şahdəniz  HPBS-ləri,  həmçinin  bəzi  beynəlxalq  boru  kəmərlərində  xeyli  paya 

malikdir. 

Bununla  yanaşı,  SOCAR  Türkiyənin  vahid  neft-  kimya  istehsalçısı  kimi 

fəaliyyət  göstərən  Petkim  üzrə  nəzarət-səhm  paketi  (51%)  vardır 

(http://www.socar.az/socar/assets/documents/az/, 2018). 

Xam  neftin  hasilatı  Azərbaycanda  1847-ci  ildən  başlayaraq  mövcuddur  və 

SOCAR hazırda onun xam neft hasilatının təqribən beşdə birinə nəzarət edir. Öz 

hasilatı  ilə  bərabər,  Şirkət  BP  tərəfindən  idarə  edilən  şirkətlər  daxil  olunmaqla 

beynəlxalq  neft  şirkətləri  ilə  bəzi  HPBS-ləri  bağlayıb.  Şirkətin  AÇG  HPBS-dəki 

payı 11,7%-ə, Şahdəniz HPBS-dəki payı 10%-ə bərabərdir. 

SOCAR-ın  missiyasına  AR-nın  yanacaq-enerji  təhlükəsizliyi,  neft-qaz, 

habelə  neft-kimya  sənayesinin  tərəqqisi ilə  bağlı  strateji  maraqların qarşılanması, 

mütərəqqi  və  ekoloji  təmiz  texnologiyaları  tətbiq  edərək  ölkənin  elmi-texniki, 

iqtisadi,  habelə  əqli  potensialının  artırılmasının  dəstəklənməsi,  regional  və 

beynəlxalq enerji layihələri üzrə həlledici mövqeyin təmin edilməsi, karbohidrogen 

ehtiyatları  ilə  emal  məhsullarının  xarici və  daxili  bazarlarda  satışından  maksimal 

mənfəətin  əldə  olunması  daxildir.  Şirkətin  məramının  əsasında  da  əməliyyat 

effektivliyi, social, habelə ekoloji məsuliyyəti proqressiv təcrübəyə uyğun, dünya 

üzrə  şaquli  inteqrasiya  edilmiş  böyük  beynəlxalq  neft-qaz  şirkətinə  çevrilmək 

dayanır.  Şirkət  hasil olunmuş  bütün  karbohidrogenlərə, habelə onların  emalından 

əldə  edilən  neft,  neft-kimya,  eləcə  də  qaz  məhsullarına  münasibətdə  sahibliyi 

yerinə yetirir. 



30 

 

2017-ci ilin axırı üçün SOCAR-ın nizamnamə kapitalının dəyəri 3 mlrd. 36 



milyon 

manata 


bərabər 

olub, 


dövlətə 

məxsusdur 

(http://www.socar.az/socar/assets/documents/az/, 2018). 

 “SOCAR”  vasitəsilə  ölkənin  neft-qaz  hasilatında  dövlətin  iştirakı 

reallaşdırılır.  İstər  ölkə  ərazisində,  istərsə  də  dünya  bazarında  SOCAR  neft,  qaz, 

habelə neft-kimya sənayesinin müxtəlif sahələri üzrə fəaliyyətdədir. SOCAR ölkə 

ərazisində neft-qaz ehtiyatlarının axtarışını, kəşfiyyatı və işlənməsini, neft, qaz və 

qaz  kondensatı  hasilatını,  emalı  və  nəqlini,  neft,  qaz,  habelə  neft-kimya 

məhsullarının  xarici  və  daxili  bazarlarda  satışını  aparır.  2017-cı  ilin  statistik 

məlumatlarına  görə  SOCAR-da  mövcud  işçilərin  sayı  50  min  424  nəfər  olub 

(http://www.socar.az/socar/assets/documents/az/socar-annual-reports/davamli-

inkisaf2016.pdf, 2018). 

2017-ci  ildə  şirkətin  bölüşdürülməmiş  mənfəəti  7  milyard  357  milyon 

manata  bərabərdir  (http://www.socar.az/socar/assets/documents/az/socar-financial 

reports/Malivve.hesabat.2017.pdf, 2017).  

Məhz şirkətin özü həmin vəsaitin gələcək taleyi ilə bağlı qərar çıxarır. 

SOCAR-da texnoloji imkanların artmasına, yeni yataqların aşkarlanmasının 

artmasına  baxmayaraq  neft  istehsalında  azalma  müşahidə  edilmişdir.  Bu  müddət 

ərzində  SOCAR  tərəfindən  çıxarılan  neftin  ən  yüksək  səviyyəsinə  2008-ci  il 

ərzində  (8,6  milyon  ton)  nail  olunub.  Halbuki  2010-cu  illərin  statistik 

məlumatlarına görə ölkə üzrə neft hasilatında rekord səviyyəyə (50,8 mln. ton) nail 

olunub.  Sonrakı  illər  ərzində  azalma  tendensiyası  nəzərə  çarpır  və  2017-ci  il 

ərzində daha aşağı səviyyəyə - 7,4 milyon tona enib. Son 10 il ərzində şirkətin neft 

hasilatı  bütövlükdə  14,2%-ə  qədər  azalmışdır.  SOCAR-ın  ölkə  üzrə  məcmu  neft 

hasilatında xüsusi çəkisi 17-20 faiz civarında olmuşdur. Ümumən neft hasilatının 

artması kontekstində SOCAR-ın payının azalmasına rəğmən (16,7%) 2017-ci ildə 

19,2%-ə qalxmışdır (Cədvəl 1). 

  

Hökümətin  xüsusi  qərarlarına  uyğun  şəkildə  dövlət  büdcəsinə,  müxtəlif 



dövlət  agentliklərinə,  habelə  hökümətin  reallaşdırdığı  layihələrə  SOCAR 

tərəfindən pul formasında qoyuluşlar və maliyyələşdirmələr yerinə yetirilir. Bu növ 




31 

 

yatırımlar  və  maliyyələşdirmə  həcmləri  (dövlət  idarələrinin  subpodratçılarına 



ödəmələr formasında) 2017-ci il ərzində 567 və 89 mln. manat təşkil etmişdir. Bu 

vəsaitlər əsasən respublikada mövcud olan, eləcə də yeni istirahət, təhsil, nəqliyyat 

və  tibb  infrastrukturunun  təmiri,  yenidən  qurulması  məqsədilə  istifadə  olunub. 

Ümumilikdə götürdükdə isə 2013-2017-ci illər ərzində SOCAR tərəfindən dövlət 

layihələri üçün pul formasında yatırımların və maliyyələşdirmələrin məbləği 1890 

mln. manat  təşkil edib (Qrafik 1). 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə