Beynəlxalq magistratura və doktorantura məRKƏZİ


Neft şirkətlərində logistikanın inkişafı: mövcud vəziyyətin



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə23/35
tarix31.12.2021
ölçüsü0,81 Mb.
#81339
1   ...   19   20   21   22   23   24   25   26   ...   35
T-hm-zova-Nigar-M-bariz-q-z-

2.3. Neft şirkətlərində logistikanın inkişafı: mövcud vəziyyətin 

qiymətləndirilməsi 

Beynəxalq    təcrübəyə  əsasən,  neft  hasilatında  kiçik  və  orta  biznes  bir 

tərəfdən sahənin həddindən artıq inhisarçılığına ziddir, digər tərəfdən isə ehtiyatları 

çıxarmaq  çətin  olan  kiçik  yataqların  mənimsənilməsi  və  işlənməsi  üzrə  əsas 

istehsal qüvvəsidir.  

Neft  məhsulları  təminatı  sisteminin  ətraflı  öyrənilməsi  bizi  neft  məhsulları 

bazarında  neft  məhsullarının  təminatı  prosesinin  mərhələlərindən  asılı  olaraq 

müəssisələrin mümkün fəaliyyət istiqamətlərini müəyyənləşdirməyə imkan verir 

Burada əsasən 3 mərhələ nəzərdə tutulur (Avdeyev İ.S., 2007, s. 11)

I mərhələ: Neft hasilatı: 



- inteqrasiya olunmayan hasilat şirkətləri

- quyuların əsaslı təmiri üzrə xidmətlərin göstərilməsi; 

- neft axınının intensivləşdirilməsi üzrə xidmətlərin göstərilməsi. 

II mərhələ: Neft emalı: 

- mini neft məhsulları doldurmaq; 

- neft məhsullarının doldurulması məntəqələrinin layihələndirilməsi, tikintisi 

təmiri üzrə şirkətlər

- neft məhsullarının sertifikatlaşdırılması üzrə xidmətlər. 

III mərhələ: Neft məhsullarının satışı: 

- neft məhsullarının sertifikatlaşdırılması üzrə xidmətlər




44 

 

- müstəqil avtodoldurma stansiyaları; 



- təmir və xidmət işləri

-  avtodoldurma  stansiyalarının  layihələndirilməsi,  tikintisi  və  təmiri  üzrə 

şirkətlər. 

SOCAR  əsasən  AR-nın  ərazisində  daşınma,  emal,  hasilat  fəaliyyət  ilə 

məşğul  olan  şaquli  inteqrasiya  edilmiş  milli  neft  və  qaz  şirkəti  kimi  çıxış  edir. 

SOCAR  eyni  zamanda  Çıraq-Azəri-Günəşli  yataqlarında  hasil  edilən  neftin  əsas 

ixrac marşrutu sayılan Bakı-Tiblis-Ceyhun Boru Kəməri, o cümlədən Çıraq-Azəri-

Günəşli,  habelə  Şahdəniz  yataqlarında  hasil  olunan  neftin  əsas  ixrac  marşrutu 

sayılan CQBK daxil olmaqla Çıraq-Azəri-Günəşli və Şahdəniz HPBS-ləri və bəzi 

beynəlxalq  boru  kəmərlərində  xeyli  paya  sahibdir.  Bununla  yanaşı,  SOCAR 

Türkiyə  üzrə  yeganə  neft-  kimya  istehsalçısı  sayılan  Petkimdə  nəzarət-səhm 

paketinə (51%) sahibdir (socar-annual-reports/davamli-inkisaf2016.pdf, 2018).

 

XX əsrin sonlarına doğru SOCAR-ın əsas hədəfi Azərbaycan neftinin dünya 



bazarlarında  satışını  qarşılamaq  və  modern  texnologiyaları  mənimsəmək  idisə, 

XXI əsrdə isə əsas hədəfi Azərbaycan qazının Avropa bazarlarında satışını bərpa 

etmək, özünün emal və satış imkanlarını daha da çoxaltmaq olub. 

SOCAR-ın  illik  hesabatlarının  təhlilindən  aydındır  ki,  neft-qaz  hasilatından 

başqa  neft  emalında  da  azalma  olub.  2008-2016-cı  illər  ərzində  şirkət  üzrə 

ümumilikdə  neft  emalının  həcmi  18,3  %  azalaraq  7347  milyon  tondan  6009,5 

milyon tona düşüb. Bu müddətdə neft emalının ən yüksək həddi 2008-ci ildə qeydə 

alınmışdır.  Dünya  bazarlarında  neftin  ucuzlaşdığı  2014-cü  ildə  emalın  həcmi 

artaraq 6740,4 milyon tona qədər artsa da yenidən azalıb. 

SOCAR-ın son 10 ildə istehsalı etdiyi neft emalı məhsulları daha çox daxili 

bazara  hədəflənib.  2008-ci  il  ərzində  neft  məhsullarının  44,7  %-ni  ixrac  etdiyi 

halda, 2016-cı ildə ixracın payı 27 % olub (Cədvəl 7). 

Şirkətin  2013-cü  il  ərzində  daxili  bazarda  satışı  ən  yüksək  həddə  -  73  % 

olub. İxrac edilən neft məhsullarının 60-70%-ni neft koksu və dizel yanacağı təşkil 

edir.  SOCAR  neft  məhsullarından  fərqli  olmaqla  neft-kimya  məhsullarının  satışı 

əsasən  xarici  bazarlarda  reallaşdırıb.  Bu  məhsulların  təxmini  olaraq  80-85%-ə 




45 

 

qədəri  ixraca  yönəldilmişdir.  2014-cü  ildə  ixracın  payı  90%-ə  yaxınlaşıb.  Lakin 



2014-2016-cı  illər  ərzində  ixracın  payında  azalma  olub  və  2016-cı  ildə  85,6  %-ə 

düşüb(Cədvəl 8). 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə