Beynəlxalq magistratura və doktorantura məRKƏZİ


Cədvəl 5. Avto nəqliyyat vasitələrinin üstünlükləri və nöqsanları



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə21/35
tarix31.12.2021
ölçüsü0,81 Mb.
#81339
1   ...   17   18   19   20   21   22   23   24   ...   35
T-hm-zova-Nigar-M-bariz-q-z-

Cədvəl 5. Avto nəqliyyat vasitələrinin üstünlükləri və nöqsanları 

 

Üstünlükləri 

Nöqsanları 

-  yüksək  sürətlə  müxtəlif  məsafələrdəki  az 

miqdarda neft məhsullarının çatdırılması; 

- daha çox manevr və yüksək çıxış; 

- yüksək operativlik. 

-yüksək  istismar  xərcləri,  avtonəqliyyatla 

daşınma  xərclərinin  dəyəri  dəmir  yolu  ilə 

müqayisədə10, 20 dəfə daha yüksəkdir

-  avtosisternlərin  nisbətən  az  yükqaşıma 

qabiliyyəti,  sisternlərin  boş  hərəkətlərinə  görə 

mobil 

nəqliyyat 



vasitələrinin 

natamam 


yüklənməsi; 

Mənbə: 

П.Б. Катюха (2015) Основы нефтяного бизнеса. М.: Издательский центр РГУ 

нефти и газа. s.112-113. 

 

Hava nəqliyyatı ilə neft nəqli üçün yüksək maya dəyəri səbəbindən ondan bu 



məqsədlə  praktik  olaraq  istifadə  edilmir.  Neft  məhsulları  ağır  çıxış  yerlərinə 

çatdırılmalıdırsa,  istifadə  olunur.  Bir  qayda  olaraq,  neft  məhsullarının  hava 

nəqliyyatı ilə çatdırılması barellərdə həyata keçirilir. 

Hasil  olunan  Azərbaycanın  nefti  dünya  bazarlarına  bir  neçə  marşrut  üzrə 

çıxarılır:  Gürcüstanın  Supsa,  Rusiyanın  Qara  dəniz  sahilindəki  Novorossiysk 

limanı  və  Türkiyənin  Ceyhan  limanı.  İlk  iki  kəmərin  müsbət,  eyni  zamanda  da 

mənfi  cəhətlərinin  olmasına  baxmayaraq,  Ulu  öndər  Heydər  Əliyev  doğru  qərar 

qəbul  edərək  hər  iki  neft  kəmərinin  çəkilməsini  tələb bildi.  İlkin  neft  layihəsinin 

tətbiqi və onun dünya bazarlarına ixracı “Çıraq”, “Günəşli”, “Azəri” yataqlarında 

görülən işlərin sürətlənməsinə və AR-nın karbohidrogen resurslarının işlənməsinə 

yeni  investisiyaların  cəlb  olunması  üçün  şərait  yaratdı.  Ancaq  bu  kəmərlər 

uzunmüddətli  dövrdə  yetərli  deyildi.  XX  əsrin  90-cı  illərində  Azərbaycan  öz 

neftinin nəqli üçün bir marşruta, yəni Şimal marşrutuna sahib idi. Azərbaycan nefti 

əsas  etibarilə  uzunluğu  1.330  km  olan  Novorossiysk-Bakı  neft  kəməri  vasitəsilə 

Qara  dənizin  Novorossiysk  limanına  daşınırdı.  Tərəflər  Rusiya  ərazisindən 

Azərbaycanın  neftinin  nəql  edilməsinin  hüquqi-texniki  məsələlərini  də 

razılaşdırdılar. Müqavilənin ilkin şərtlərinə müvafiq olaraq 1997-ci ilin sonlarında 

Azərbaycanın nefti Şimal boru kəmərinin vasitəsilə dünya bazarına çıxarıldı. 

Ölkəmiz  neft  nəqlində  alternativ  marşrutlar  əldə  etməkdən  ötrü  milli 

mənafeyə uyğun siyasət həyata keçirmişdir. Bütün siyasi risklərə rəğmən, 1996-cı 

il  mart  ayının  8-də  Ulu  öndər  Heydər  Əliyevlə  Gürcüstan  Prezidenti  Eduard 



37 

 

Şevardnadze  Tbilisidə  Supsa-Bakı  neft  kəmərinin  çəkilməsi  haqda  razılaşdılar. 



“Əsrin  müqaviləsi”nin  iştirakçısı  olan  şirkətlərin  yaratdığı  ARDNŞ,  Azərbaycan 

Beynəlxalq  Əməliyyat  Şirkəti  (ABƏŞ),  Gürcüstan  hökuməti  arasında  bağlanmış 

üçtərəfli muqavilə “Çəraq”, “Günəşli” və “Azəri” yataqlarından hasil olunan ilkin 

Azərbaycan  neftinin  Supsa-Bakı  neft  kəməri  vasitəsilə  nəqlini  nəzərdə  tuturdu. 

Supsa-Bakı neft kəməri ilə ilkin neftimiz 1999-cu ildə ixrac edilməyə başlandı. Bu 

marşrutun əsas özəlliyi o idi ki, Azərbaycan nefti təmiz halda əsasən “Azəri light” 

markası  altında  dünya  bazarına  çıxarılırdı.  Bundan  başqa,  kəmərin  başqa  bir 

özəlliyi  neftin  Novorossiyskə  nisbətən  Supsaya  daha  ucuz  nəql  edilməsidir.  Belə 

ki,  neftin  bir  tonunun  Novorossiyskə  nəqli  15.68,  Supsaya  nəqli  isə  13.15  ABŞ 

dollarına  başa  gəlir.  Supsa-Bakı  kəmərinin  istismara  verilməsi  Cənub  Enerji 

Dəhlizinin bünövrəsini qoymuş və ölkəmiz öz müstəqilliyi tarixində ilk dəfə idi ki, 

neft nəqlində alternativ marşruta sahib olmuşdur. 

“Əsrin  müqaviləsi”  çərcivəsində  hasil  olunan  neft  (gündə  1  milyon  barelə 

yaxın)  Bakı–Tbilisi–Ceyhan  kəməri  ilə  dünya  bazarlarına  nəql  olunmaqdadır 

(http://www.azerbaijans.com/content_1030_az.html, 2018)

.

 



1999-cu  ilin  noyabrında  ATƏT-in  Turkiyənin  İstanbul  şəhərində  keçirilmiş 

sammitində  Türkiyə,  Azərbaycan,  ABŞ,  Qazaxıstan,  Türkmənistan  və  Gürcüstan 

prezidentləri  tərəfindən  Bakı–Tbilisi–Ceyhan  Əsas  İxrac  Neft  Boru  Kəmərinin 

çəkilməsi 

haqqında 

dövlətlərarası 

müqavilə 

bağlandı 

(http://azertag.az/xeber/Azerbaycan_Respublikasinin_muasir_enerji_siyasetinin_u

gurlari-70164, 2018)

.  

Bu  hadisələrdən  bir  qədər  sonra,  2002-ci  il  sentyabrında  Bakı  şəhərində, 



Səngəcal  terminalında  Bakı–Tbilisi–Ceyhan  neft  kəmərinin  əsası  qoyuldu  və 

inşasına başlanıldı. Sonralar bu kəmər Azərbaycan neftinin tez bir zamanda dünya 

bazarlarına  çıxarılmasına  imkan  verdi,  o  cümlədən  İpək  Yolunun  və  türkdilli 

dövlətlərin də əsas magistral kəməri oldu. Ancaq BTC-də iştirak edən konsorsium 

üzvləri  Rusiyanın  strateji  maraqlarına  da  tamamilə  laqeyd  qalmadılar, 

Türkmənistan  qazının  ixracı  məsələsində  ehtiyatlı  oldular  (Starçenkov  Q.,  2006, 

pp. 7-8)




38 

 

Tətbiq edilən nəqliyyat layihələri ölkənin maliyyə potensialının artırılmasına 



və onun regionda siyasi mövqeyinin möhkəmlənməsinə şərait yaratmışdır. Ancaq o 

dövrdə  xam  neftin  təhlükəsiz  və  iqtisadi  baxımdan  səmərəli  qaydada  dünya 

bazarlarına çıxarılması mübahisə yaradan məsələ olmuşdur. Bütün bu çətinliklərə 

rəğmən, Ulu öndər diplomatik bacarığı və qətiyyətli mövqeyi nəticəsində regional 

layihələrin  tətbiq  edilərək  Azərbaycanın  neftinin  dünya  bazarlarına  çıxarılmasına 

nail  olmuşdur.  Bu  proses  RF  ilə  1996-cı  ildə  Novorossiysk-Bakı  xətti  ilə 

Azərbaycan neftinin ixrac olunması barəsində razılaşma əldə olunması ilə başlandı. 

1997-ci ildən istifadəyə verilən bu xətt neftin nəqlindən qazanılan gəlirlərin 1995-

ci  illə  müqayisədə  2  dəfə  artaraq  10.4  milyon  manata  qalxmasına  gətirib 

çıxarmışdır.  

1997-ci  ildə  Azərbaycanın  neftinin  Qara  dənizə  çıxarılması  üçün 

Gürcüstanla  Tbilisi–  Bakı–Supsa  xətti  ilə  nəql  olunması  üçün  saziş  bağlandı  və 

həmin  xətt  1999-cu  ildə  istifadəyə  verildi.  Bundan  bir  müddət  sonra  isə  daha 

xüsusi  əhəmiyyətə  malik  Bakı–Tbilisi–Ceyhan  neft  kəmərinin  tikintisi  haqqında 

Turkiyə,  Gürcüstan,  ABŞ,  və  Qazaxıstan  dövlətləri  ilə  müqavilə  bağlandı.  Bu 

kəmərin  inşası  2005-ci  ildə  başa  çatdırıldıqqdan  sonra  istifadəyə  verildi.  Bu 

kəmərin fəaliyyət göstərməsi Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətli bir hadisə 

idi.  Qısacası,  bu  kəmərin  istifadəyə  verilməsi  nəticəsində  neftin  nəqlindən 

qazanılan  gəlir  2007-ci  ildə  özündən  əvvəlki  illə  müqayisədə  13  dəfə  artaraq  1 

milyard  manata  çatdı.  Bundan  sonra  neftin  nəqlindən  qazanılan  gəlir  hər  zaman 

yüksək olmuş, o cümlədən 2009-2010-cu illərdə 1.5 milyard manata qalxmışdır. 

Başqa  sahələrdəki  əməkdaşlıqla  yanaşı,  müasir  dövrdə  Mərkəzi  Asiyanın 

Azərbaycan  üçün  əhəmiyyəti  daha  çox  iki  sahədə  özünü  göstərir:  enerji  və 

nəqliyyat.  Müstəqillik  əldə  etdikdən  dərhal  sonra  Azərbaycan  və  Mərkəzi  Asiya 

dövlətləri  sahib  olduqları  karbohidrogen  ehtiyatlarının  çıxarılması  və  ixracına  öz 

iqtisadi və siyasi müstəqilliklərinin möhkəmləndirilməsinin əsas vasitələrindən biri 

kimi  baxırdılar.  Bu  nöqteyi-nəzərdən  enerji  resurslarının  təhlükəsiz  marşrutlar 

vasitəsilə  dünya  bazarına  çıxarılması  hər  zaman  AR-nın  və  onun  karbohidrogen 

ehtiyatları  ilə  zəngin  mərkəzi  asiyalı  qonşularının  ortaq  marağı  olmuşdur.  İxrac 



39 

 

marşrutlarının  yaradılması  haqqında  Qazaxıstan,  Türkmənistan,  Azərbaycanın 



özünəməxsus planları olmuş, bu planlar bir-birindən fərqlənsə də, adətən üst-üstə 

düşmüşdür.  Misal  üçün,  1990-cı  illərdə  Qazaxıstan  üçün  prioritet  “Tengiz” 

yatağından  çıxarılacaq  nefti  Novorossiysk  limanına  nəql  edəcək  kəmərin  inşası 

olsa da, rəsmi Astana ilk gündən Azərbaycanın təklif etdiyi Bakı–Tbilisi–Ceyhan 

kəməri layihəsinə dəstək olduğunu bildirmişdi (Shirin. A, 2012, ss. 157-175)

Transxəzər neft daşımaları sahəsində  Azərbaycan və  Qazaxıstan  arasındakı 



əməkdaşlıqda  ilk  ciddi  addım  isə  1998-ci  ildə  həmin  ölkənin  Ankarada 

Azərbaycan,  Gürcüstan,  Turkiyənin  iştirakı  ilə  imzalanmış  Bakı–Tbilisi–Ceyhan 

kəmərinin  tikintisinə  dəstək  bəyanatına  imza  atması  olmuşdur.  Bakı–Tbilisi–

Ceyhan kəməri 2005-ci ildən fəaliyyətə başlamış və böyük həcmdə Xəzər neftini 

birbaşa  Aralıq  dənizinin  vasitəsilə  dünya  bazarına  çıxaran  ilk  kəmər  kimi 

yaddaşlara  həkk  olunmuşdur.  Kəmərin  inşa  edildiyi  gündən  indiyə  kimi  2,1 

milyard  barel  (280  milyon  ton)  Xəzər  neftini  Ceyhan  limanı  vasitəsilə  dünya 

bazarına çıxarmışdır. Bu neftin çox hissəsi Azərbaycanın olsa da, milyonlarla barel 

Mərkəzi  Asiya  nefti  də  bu  kəmər  vasitəsilə  dünya  bazarına  ixrac  olunmuşdur 

(http://report.az/en/energy/oil-export-via-btcincreased-by-6/, 2017)

Müasir dövrdə Qazaxıstan Azərbaycan ərazisi ilə illik 5 mln. ton xam neft 



ixrac  edir  ki,  bunun  əsas  hissəsi  boru  kəmərləri  vasitəsilə  deyil,  dəmir  yolu 

infrastrukturu ilə “KazMunayQaz”ın sahib olduğu Gürüstanın Batumi terminalına 

nəql edilir (http://abc.az/eng/news_07_02_2014_79238.html, 2017)

Onu da vurğulayaq ki, Bakı–Tbilisi–Ceyhan kəməri karbohidrogen resursları 



ilə  zəngin  başqa  Mərkəzi  Asiya  dövləti  –  Türkmənistan  üçün  ən  əsas  neft  ixracı 

marşrutu rolunu oynayır. Türkmənistan hazırda hasil etdiyi neftin (illik 11,8 mln. 

ton  –  201471)  böyük  hissəsini  Azərbaycanın  neft  kəmərləri  vasitəsilə  ixrac  edir. 

Türkmənistan  Bakı–Tbilisi–Ceyhan  kəməri  vasitəsilə  2013-cü  ildə  3,3  mln.  və 

2014-cü ildə 5,6 mln. ton neft ixrac etmiş, 2015-ci il ilk 7 ay ərzində bu rəqəm 3,7 

mln. ton olmuşdur (http://en.trend.az/ azerbaijan/business/2424933.html, 2017)

.

 

2015-ci il ərzində Bakı–Tbilisi–Ceyhan kəməri ilə ümumilikdə 5,2 mln. ton 



Qazaxıstan 

və 


Türkmənistan 

nefti 


dünya 

bazarına 

çıxarılmışdır 



40 

 

(http://www.socar.az/socar/en/news-and-media/news-archives/news 



archives/id/9252, 2016)

Qazaxıstanın  iri  “Kaşaqan”  yatağında  istehsalın  başlanması  ilə  bu  ölkənin 



Azərbaycan  vasitəsilə  neft  ixracını  artıracağı  gözlənilir.  Yer  üzünün  ən  iri  neft 

yataqlarından 

olan  (8-12  mld.  barel  çıxarıla  bilən  neft  ehtiyatı) 

(http://www.equities.com/news/headline-/29.05.2016/, 2016) “Kaşaqan” yatağında 

neft  hasilatı  uzunmüddətli  ləngimələrdən  sonra,  2016-cı  ilin  oktyabr  ayında 

yenidən  başlanmışdır  və  2020-ci  ildə  yataqda  illik  neft  hasilatının  13  mln.  ton 

olacağı gözlənilir (http://caspianbarrel.org/?p=37174, 2016)

.

 



Azərbaycan Xəzər hövzəsinin neft-qaz hasil edən vacib ölkələrindən hesab 

edilir. 2017-ci il ərzində ölkədə 38,8 milyon ton neft hasil olunmuşdur. Bu həcmdə 

neftin  31,3  milyon  tonu  “Çıraq”-“Azəri”-“Günəşli”nin  və  “Şahdəniz”in 

(kondensat), 7,5 milyon tonu ARDNŞ-ə aiddir. 2017-ci ildə ölkə ərazisindən 35.3 

milyon tondan çox neft ixrac edilmişdir. AR-dan ixrac edilən xam neftin təqribən 

82-83%-i  Bakı–Tbilisi–Ceyhan  kəməri  ilə  nəql  olunur  ki,  bu  da  Gürcüstanın  və 

Türkiyənin Azərbaycan üçün strateji əhəmiyyətini daha da yüksəldir (Cədvəl 6). 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə