Beynəlxalq magistratura və doktorantura məRKƏZİ


Cədvəl 6. 2015-2018-ci illərdə Azərbaycan neftinin nəql göstəriciləri (min ton)



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə22/35
tarix31.12.2021
ölçüsü0,81 Mb.
#81339
1   ...   18   19   20   21   22   23   24   25   ...   35
T-hm-zova-Nigar-M-bariz-q-z-

Cədvəl 6. 2015-2018-ci illərdə Azərbaycan neftinin nəql göstəriciləri (min ton) 

Əsas istiqamətlərin adı 

Təşkilatların adı 

2015 

2016 

2017 

2018 

Şimal kəməri 

Konsorsium 





SOCAR 


1187 

1299 


1498 

1299 


Qərb kəməri 

Konsorsium 

4223 

4071 


3791 

3751 


SOCAR 





BTC kəməri 

Konsorsium 

28836 


29075 

27221 


27333 

SOCAR 


439 

140 


60 

120 


Dəmir yolu 

Konsorsium 

292 





SOCAR 






NICO İran İR-yə

 

Konsorsium 



109 

386 


275 

164 


Cəmi:

 

 



35085 

34972 


32844 

32666


 

Mənbə:

 Yanacaq-energetika kompleksində görülən işlər haqqında hesabat. 2016, 2017, 2018. 

http://www.minenergy.gov.az/docs/Illik_Hesabat_2017.pdf 

 

SOCAR-dan  ixrac  edilən  xam  neftin  əsas  hissəsi  Şimal  kəmərinin  payına 



düşür. Bu kəmərlə ixrac edilən Azərbaycan neftinin həcmi 2017-ci ildə 2015-ci ilə 

nisbətən 26,2%  artaraq 1,5  mln.  tona  çatmasına  baxmayaraq, 2018-ci  ildə 13,3% 

azalaraq 1,3 mln. ton təşkil edib. BTC kəməri ilə SOCAR-dan ixrac edilən neftin 

həcmi isə 3,7 dəfəyə qədər azalıb. 




41 

 

Dövlət  başçımız  İlham  Əliyev  tərəfindən  sərgilənən  iradə  nəticəsində 



“Cənub  Qaz  Dəhlizi”  layihəsinin  həyaat  keçirilməsi  ilə  1994-cu  ildə  imzalanmış 

“Əsrin  müqaviləsi”,  habelə  onun  əsasında  həyata  keçirilən  Bakı–Tbilisi–Ceyhan 

layihəsinin  uğuruna  yenisi  əlavə  ediləcək.  Azərbaycan  qazı  üçün  Cənub  Qaz 

Dəhlizinin  açılması  Aİ-nin  qaz  təhlükəsizliyi  ilə  əlaqədar  ən  strateji  qərarları 

arasındadır.  AR-nın enerji  təchizatçısı kimi  əhəmiyyəti  artır  və  o  cümlədən  artan 

gəlirləri bir çox maraqlı xarici dairələri lobbiçilik üçün təşviq edir. AR-nın enerji 

siyasəti  bu  sahədə  Avropa  miqyasında  artan  təsiri  baxımından  daha  çox  uğurlu 

görünür (Tina Flegel, 2016, s. 15)

Bakı–Tbilisi–Ceyhan  Əsas  İxrac  Neft  Boru  Kəmərinin  son  nöqtəsi  olan 



Ceyhanda çənlərin sayı yeddidir və gəmini yükləmə qabiliyyəti 600 min bareldən 2 

milyon  barelə  qədərdir  (http://socar.az/socar/az/activities/transportation/baku-

tbilisi-ceyhan-btc-main-export-oil-pipeline, 2018)

Supsa-Bakı  kəmərinin  gəmini  yükləmə  qabiliyyəti  600  bareldən  1  milyon 



barelə 

qədərdir 

(http://socar.az/socar/az/activities/transportation/baku-supsa-

western-export-pipeline, 2018). 

Onu  da  qeyd  edək  ki,  bu  beynəlxalq  əməkdaşlığın  formalaşdırılması  üçün 

Azərbaycan kifayət qədər cəhd göstərdi. Xəzər hövzəsindən Avropaya ixrac edilə 

biləcək  potensial  neft-qaz  resurslarının  ixracında  vacib  olan  neft-qaz  ixrac  boru 

kəmərləri  (misal  üçün,  Bakı–Tbilisi–Ceyhan)  zaman-zaman  Rusiyanın  geosiyasi 

və  geoiqtisadi  maneələri  ilə  qarşı-qarşıya  qalırdı.  Aİ  olkələri  də  əvvəlcə  digər 

alternativ  mənbələrə  nəzər  saldılar.  SSRİ  dönəmindən  Rusiya  mərkəzli 

formalaşdırılan  neft-qaz  kəmərləri  infrastrukturu  sistemi  Azərbaycan–Gürcüstan–

Türkiyə enerji dəhlizinin aktiv olması ilə artıq alternativsiz deyildi  (Margarita M. 

Balmaceda., 2013, ss. 38, 53)

Əgər  1990-cı  illərin  ortalarına  doğru  üçtərəfli  –  Azərbaycan–Gürcüstan–



Türkiyə  enerji  diplomatiyası  formatı  yarandısa,  hazırda  bu  format  genişlənir, 

“Cənub Qaz Dəhlizi” nin üzv ölkələri müxtəlif qurumları təmsil edir. Buna rəğmən 

Azərbaycan–Gürcüstan–Türkiyə  və  Aİ-yə  üzv  ölkələr  –  Yunanıstan,  Bolqarıstan, 



42 

 

İtaliya, habelə Albaniya – artıq 7 ölkə, 11 şirkət “Cənub Qaz Dəhlizi” nin üzvüdür 



və Balkan ölkələri də bu layihəyə maraq gostərir. 

2017-ci  ilin  sentyabrında  imzalanmış  kontrakta  əsasən  “Azəri-Çıraq-

Günəşli”  neft  yataqlarından  istifadə  müddətini  2050-ci  ilə  qədər  uzatmaqla 

SOCAR-ın  payının  11  %-dən  25  %-ə  qaldırılması,  mənfəət  neftinin  75  %-nin 

Azərbaycana çatması, 3,6 mlrd. dollar bonus qazanması haqda xarici tərəfdaşlarla 

rəsmi  razılıq  əldə  edilib  (AR  NK-nin  2017-cı  ildə  fəaliyyəti  haqqında  hesabat, 

2017: s. 86). 

Xam  neftin  daşınmasında  boru  kəməri  ilə  dəmir  yolu  nəqliyyatının 

növlərarası rəqabəti mövcuddur. 

Dəmir  yolunun  əsas  üstünlükləri  aşağıdakılardır:  kiçik  neft  partiyalarının 

daşınma imkanı; dəmir yolu şəbəkəsinin boru kəmərinə nisbətən daha geniş əhatə 

dairəsi; müxtəlif keyfiyyət tərkibli neft nəql etmək bacarığı. 

Dəniz  nəqliyyatı  ilə  müqayisə  edilə  bilən  marşrutlarda  boru  kəməri  ilə 

rəqabət etmək demək olar ki, mümkünsüzdür. 

Müqayisəli  marşrutlarda  boru  kəməri  ilə  birbaşa  rəqabət  aparmaq  üçün 

imkanlar  yaradan  əsas  nöqsanı  daşımanın  dəyərinin  daha  yüksək  olmasıdır. 

Məsələn, xam neft kimi yük üçün daxili sahəvi rəqabət bazarında olduğu kimi neft 

kəmərinin inşası zamanı növlərarası rəqabətdə də aşkar uğursuzluq mövcuddur. 

Birinci  halda  "Azərbaycan  Dəmir  Yolları"  QSC  öz  mövqeyini 

möhkəmləndirmək  üçün  qiymət  siyasətini  və  xidmətlərin  keyfiyyətini 

balanslaşdırmalıdır. İkincisi - dəmiryolu nəqliyyatının keyfiyyət parametrləri üzrə 

(yüksək keyfiyyətli xam neft, neft məhsulları, kiçik müəssisələr - neft istehsalçı və 

istehlakçıları  -  magistral  "boruya"  çıxışı  yoxdur)  uduş  qazandığı  bu  növ  neft 

yüklərinin və nəqlinin ixtisaslaşması. Bu, kükürdlü (hidrogen sulfidli) xam neftin 

və  digər  aqressiv  tərkibli  maddələrin  nəqlini  təmin  edən  korroziyaya  qarşı 

dayanıqlı və ya korroziyaya qarşı örtüklü tanker parkının olmaması ilə əlaqədardır. 

Adi  tankerləri  istifadə  edərkən,  həm  təhlükəsizlik  və  həm  də  istismar  müddəti 

kəskin azalır. 




43 

 

Neft yükünün daşınması seqmentində "Azərbaycan Dəmir Yolları" QSC-nin 



məqsədli  vəzifəsi  inventar  parkı  ilə  daşınmasında  mövcud  bazar  payını  qoruyub 

saxlamaqdır.  Bu  seqment  hərəkət  heyətinin  yenilənməsi  və  yüksək  rəqabətli 

daşıma  şəraitinin  təmin  edilməsi  baxımından  prioritet  sayılır.  Bu  seqmentin 

inkişafının  məqsədli  istiqamətləri  neft  məhsullarının,  yüksək  keyfiyyətli  xam 

neftin, magistral boruya çıxış imkanları olmayan yataqlardan və zavodlardan, eləcə 

də  boru  kəmərləri  ilə  sonadək  təmin  olunmayan  sürətlə  inkişaf  edən  ixrac 

bazarlarının istiqamətində neftin kiçik partiyalarıdır.  

 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə