Beynəlxalq magistratura və doktorantura məRKƏZİ


FƏSİL III. NEFT VƏ NEFT MƏHSULLARI BAZARINDA



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə25/35
tarix31.12.2021
ölçüsü0,81 Mb.
#81339
1   ...   21   22   23   24   25   26   27   28   ...   35
T-hm-zova-Nigar-M-bariz-q-z-

FƏSİL III. NEFT VƏ NEFT MƏHSULLARI BAZARINDA    

LOGİSTİKANIN İNKİŞAF İSTİQAMƏTLƏRİ 

 

3.1. Yüklərin çatdırılmasının müasir texnologiyaları və onların neft və neft 



məhsulları bazarında istifadə imkanları 

Müasir  dövrdə  neft  və  neft  məhsullarının  müxtəlif  istiqamətlərə  daşınması 

mühüm  məsələlərdən  biridir.  Adətən,  neft  və  neft  məhsulları  müəyyən  nəqliyyat 

növlərindən istifadə edilməklə istehlakçılara təqdim olunur. 

Dünya  neft  bazarında  neft  və  neft  məhsullarının  nəqlində  dəmiryolu 

nəqliyyatı başlıca yerlərdən birini tutur. Hazırkı şəraitdə nəql edilən cəmi neft və 

neft  məhsullarının  təqribən  40  faizə  qədəri  dəmiryolunun  vasitəsi  ilə  daşınır. 

Dəmiryolunın  vasitəslə  neft  və  neft  məhsullarının  nəqlinin  fərqli 

xüsusiyyətlərindən  biri  də  odur  ki,  o,  ilin  hər  hansı  fəsillərindən  asılı  olmadan 

bütün il boyu fasiləsiz fəaliyyət göstərir. Bununla yanaşı neft və neft məhsullarının 

dəmiryolu ilə daşınmasında müsbət cəhətlərlə yanaşı, onun qüsurlu mənfi tərəfləri 

də mövcuddur. Belə ki, nəqliyyatın bu növünün inşası böyük həcmdə əsaslı vəsait 

yatırımları  tələb  edir,  istismar  xərcləri  xeyli  böyük  olur,  xidmət  və  əsaslı  təmir 

işlərinə uzun zaman və vəsait sərf olunur. 

Azərbaycan ərazisində ilk dəmiryolunun çəkilişi 1878-ci ilə təsadüf etmiş və 

1880-cı  ilin  əvvəlində  Bakı-Sabunçu-Suraxanı  xətti  istismar  olunmağa 

başlanmışdır. Bu xəttin vasitəsilə neft mədənləri ilə kerosin zavodları, habelə dəniz 

limanları  arasında  əlqələr  yarandı  və  neft  daşınmasında  əhəmiyyətli  rol  oynadı. 

Bakı-Tiflis xəttinin istifadəyə verilməsi 1883-cü ildə reallaşdı və əvvəllər Tiflisdən 

Batumiyə  və  Potiyə  çəkilmiş  xətlərin  köməyi  ilə  Xəzərlə  Qara  dəniz  limanları 

arasında birbaşa əlaqə yarandı. 1900-cu ildə işə salınan Biləcəri-Dərbənd xəttinin 

köməyi  ilə  Zaqafqaziya,  Şimali  Qafqaz  və  sabiq  SSRİ-nin  digər  respublika  və 

rayonları,  1908-ci  ildə  istismara  təqdim  edilmiş  Culfa-Noraşen-Masis 

dəmiryolunun  köməyi  ilə  Culfa  stansiyasını  İrəvanla  və  Zaqafqaziyanın  başqa 

məntəqələri  ilə  əlqə  yarandı.  Bu  xətlərlə  nəinki  sərnişin  daşınırdı,  eyni  zamanda 

neft və neft məhsulları nəql edilirdi. Dəmiryolu ilə neft, habelə neft məhsullarının 




49 

 

daşınmasında  sisternlərdən  istifadə  olunur.  Sisternin  latın  dilindən  tərcüməsi  su 



tutumu  və  yaxud  da  su  anbarı  kimidir.  Stasionar  sisternlərin  hazırlanması  üçün 

betondan,  dəmir-betondan,  polad  və  ya  alüminium  ərintilərindən  istifadə  edilir. 

Dəmiryolu  sisternləri  silindirik  formaya  malik  qaynaqlanmış  metal  rezervuardan 

ibarət  vaqonlardır.  Mayeni  boşaldarkən  xüsusi  axıdıcı  qurğudan  istifadə  edilir. 

Tutumu  140 tona kimidir.  Bununla da, dəmiryolu neft,  habelə  neft  məhsullarının 

ölkədaxili, eləcə də ölkədən kənar daşınmasında əhəmiyyətli rol oynamağa başladı. 

Dəniz nəqliyyatından istifadə olunmaqla neft və neft məhsullarının, eləcə də 

digər  növ  maddi  sərvətlərin  və  sərnişinlərin  daşınması  hər  bir  ölkənin  iqtisadi-

sosial  həyatında  vacib  əhəmiyyətə  malikdir.  Neft  və  neft  məhsullarını  dəniz 

nəqliyyat  vasitələrindən  istifadə  etməklə  daşımaq  dəmiryolu  ilə  daşıma  ilə 

müqayisədə  az  məsrəf  tələb  edir.  Bundan  əlavə,  neft  və  neft  məhsulları  adətən 

müxtəlif növ dəniz və okeanlarda daşındığına görə burada istifadə olunan gəmilər 

və tankerlərin də bir-birindən fərqli cəhətləri mövcuddur. Neft və neft məhsullarını 

daşıyan  gəmilər  hərəkətetmə  xarakterinə  əsasən  iki  qrupa  bölünürlər:  yedək 

gəmiləri  vasitəsilə  hərəkətə  gətirilən  barclar  və  özü  hərəkət  edən  gəmilər.  İngilis 

dilində  tanker  sözünün tərcüməsi  sistern,  çən  və  yaxud  tutum  kimi  başa  düşülür. 

Tanker rezervuarlarında adətən maye, yarımmaye, habelə səpələnən yükləri (neft, 

benzin,  spirt,  sürtgü  yağı,  maye  qaz,  qida  məhsulları  və  i.a.)  daşıyan  gəmilərdir. 

Tankerə yüklər bir qayda olaraq qapalı boru kəmərlərinin köməkliyi ilə doldurulur 

və  gəmi  nasoslarından  istifadə  etməklə  ondan  boşaldılır.  Tankerin  yükgötürmə 

qabiliyyəti təxminən 500 min tona çatır, subasımı isə 600 min tona qədərdir. 

Azərbaycan  ərazisində  neft  sənayesinin  inkişafı  təxminən  XIX  əsrin 

sonlarına  təsadüf  edir  və  dəniz  nəqliyyatından  istifadə  edilməklə  yük  dövriyyəsi 

sürətli  olaraq  artır.  Keçən  əsrin  əvvəllərində  AR-da  neft  və  neft  məhsullarının 

təxminən  beşdə  dörd  hissəsi  dəniz  nəqliyyatı  vasitələrindən  istifadə  olunmaqla 

daşınırdı. 1962-ci ildən etibarən Bakı ilə Krasnovodsk şəhər limanları arasında iri 

gəmi-bərələr  fəaliyyətə  başladılar.  Hazırkı  şəraitdə  Xəzər  dənizində  yük 

dövriyyəsinin  təxminən  42%-ə  qədəri  Bakı  limanının  payına  düşür.  Bu  liman 




50 

 

Azərbaycan  və  İran  arasında  ticari  əlaqələrin  genişlənməsində  də  mühüm 



əhəmiyyətə malikdir. 

“ACSC  Logistics”  adlı  məhdud  məsuliyyətli  cəmiyyət  “Azərbaycan  Xəzər 

Dəniz Gəmiçiliyi” QSC-in tərkibində fəaliyyət göstərir: 

Onun əsas fəaliyyətinə aşağıdakılar daxildir: 

–nəqliyyat  növlərinin  bütün  imkanlarından  istifadə  edilməklə  müxtəlif 

yüklərin  “Qapıdan  qapıya”,  daha  doğrusu,  ilkin  məntəqəsindən  təyinat 

məntəqəsinə kimi ən qısa zamanda və təhlükəsiz çatdırılmasını, eləcə də yüklərin 

aralıq və başqa məntəqələrdə boşaldılması, saxlanması, habelə qablaşdırılmasının 

təşkili; 

–  yükgöndərənlərə  yüklərin  daşınması  məqsədilə  ən  optimal  marşrutun 

təklifi,  nəqliyyat  növünün  seçilməsi,  eləcə  də  digər  məsələlərlə  əlaqədar 

məsləhətlərin verilməsi; 

–  yüklərin  daşınması  prosesində  tələb  edilən  sənədləşmə  və  müşayiət 

xidmətlərinin,  xüsusən  də    gömrük  rəsmiləşdirilməsi,  sığorta,  nəqliyyat,  gəmi 

agenti, ekspedisiya, habelə digər xidmətlərin göstərilməsinin təşkili və təmini. 

Şirkət  müxtəlif  nəqliyyat  növlərini  cəlb  etməklə  müxtəlif  təyinatlı  yükləri 

başlanğıc məntəqəsindən təyinat məntəqəsinə kimi təhlükəsiz, qısa zaman ərzində, 

həm  də  effektiv  daşınmasını  təşkil  edir.  Bundan  əlavə,  “ACSC  logistics”  MMC 

yükgöndərənlər üçün optimal marşrutun və nəqliyyat növlərinin seçilməsi ilə bağlı 

məsləhətlər  vermək  və  yükləri  daşımaq  prosesində  tələb  edilən  sənədləşmə, 

müşayiət, gömrük, eləcə də sığorta xidmətləri göstərir. 

“Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyi”-ndə  tanker  donanması  Xəzər 

hövzəsində  özünün  neft  və  neft  məhsullarının  daşınmasında  aparıcı  mövqeyini 

qoruyub saxlamaqdadır. Hövzədə neft məhsullarının daşınmasında xüsusi çəkisini 

saxlamaq  məqsədilə  donanmamız  son  illərdə  daha  çox  yeni  gəmilərlə 

zənginləşməkdədir.  Gələcək  illərdə  də  tanker  donanmasının  daha  da  yenilənməsi 

planlaşdırılır.  Maye  yük  daşıyan  Azərbaycan  gəmiləri  Aktau  (Qazaxıstan), 

Türkmənbaşı,  Oğuzxan,  Kiyanlı,  Alaca,  (Türkmənistan),  Mahaçqala  (Rusiya), 

Nouşəhr, Ənzəli, Neka, Fereydun – Kənar, habelə Əmirabad (İran) limanlarından 



51 

 

yüklərin ixrac və idxalını həyata kecirir. Yükdaşımaların əsas hissəsi Aktau – Bakı 



(Səngəçal, Dübəndi) və Türkmənistan – Bakı (Səngəçal, Dübəndi) istiqamətlərində 

nəql  olunan  neft  və  neft  məhsullarıdır.  Böyük  İpək  yolunun  bərpası,  eləcə  də 

“Əsrin  müqaviləsi”nin  nəticəsi  kimi  ”Bakı–Tbilisi–Ceyhan”  neft  kəmərinin  işə 

düşməsi  yuxarıda  sadalanan  istiqamətlərdə  daşınan  maye  yüklərin  həcmini  xeyli 

artırdı. 

Vurğulayaq    ki,  “ACSC  Logistics”  MMC  həm  ölkəmiz  daxilində,  həm  də 

ölkə  xaricində  nəqliyyat  və  logistika  xidmətlərini  həyata  keçirir.  Şirkətin  əsas 

məqsədi  Asiya  ilə  Avropa arasındakı  daha  qısa  marşrut  olaraq  qədim  İpək  Yolu, 

xüsusən də Transxəzər Nəqliyyat Dəhlizinin tam şəkildə istifadəsini təşviq etmək, 

həmin istiqamətdə əlavə yük daşıma potensialını araşdırmaq və reallaşdırmaqdan 

ibarətdir.  Şirkət  öz  fəaliyyətində  şəffaf  və  aydın  tarif  siyasətini  həyata  keçirir, 

innovativ iş üsullarından istifadə edir, əlavə xərcləri aradan qaldırılması məqsədilə 

qabaqlayıcı  tədbirlər  görür,  yaranmış  problemlərin  həllində  sürətlilik  göstərir. 

Şirkət  müştərilərinə  yüklərin  daşınması  məqsədilə  ən  optimal  marşrut  seçimində, 

təhlükəli  və  iri  həcmli  yüklərin  və  onların  daşınma  şərtlərinin  müəyyən 

edilməsində  zəruri  tövsiyələr  verir,  yüklərin  Xəzər  və  Qara  dəniz,  Azərbaycan, 

Qazaxıstan,    Gürcüstan,  Özbəkistan,  Türkmənistan,  Baltik  ölkələri  və  MDB-nin 

istər dəmir, istərsə də dəniz yolları vasitəsi ilə daşınmasını reallaşdırır.  

Avtomobil nəqliyyatından mərkəzləşdirilmiş şəkildə istifadə edildikdə onun 

səmərəliliyi  xeyli  artır.  Avtomobil  nəqliyyatının  köməkliyi  ilə,  bir  qayda  olaraq, 

xüsusi  xırda  qablara  neft  və  neft  məhsulları  doldurulmaqla  nəql  olunur.  Uzaq 

məsafələrə  bu  məhsulların  daşınması  avtosisternlərdən  istifadə  edilməklə  həyata 

keçirilir. Avtosistern dedikdə maye və səpələnən yüklərin daşındığı avtomobil başa 

düşülür. Sisternin xarici görünüşü adətən, silindirik və ya konusvarı formada olub, 

həcmi  0,8-15  m3  civarında  olur.  Avtomobil  nəqliyyatının  üstünlüklərinə  burada 

xərclərin  az  olması,  asanlıqla  idarə  olunması,  sürətli  və  çevik  olması,  başqa 

nəqliyyat növlərinə ehtiyac olmadan quruda yükləri təyinat məntəqəsinə vaxtında 

çatdırması, yükü tara olmadan, yaxud ucuz qablarda daşıması daxildir. Sadalanan 




52 

 

keyfiyyət  xüsusiyyətinə  görə  avtomobil  nəqliyyatı  yükdaşınma  həcminə  görə 



nəqliyyat növlərinin sırasında birinci yerdə durur. 

Digər  nəqliyyat  növlərindən  istifadə  olunmaqla  daşınması  mümkün 

olmadıqda  neft  və  neft  məhsullarının  təyinat  yerinə  çatdırılması  aviasiya 

nəqliyyatının  vasitəsilə  mümkün  olur.  Bu  nəqliyyatın  başlıca  üstünlüyü  yüksək 

sürətli  uçuşun  sayəsində  vaxta  qənaətin  edilməsidir.  Ölkəmizdə  hava  nəqliyyatı 

1924-cü ildən etibarən fəaliyyət göstərir. Hava nəqliyyatının Azərbaycanın məcmu 

yük dövriyyəsindəki xüsusi çəkisi başqa nəqliyyat növləri ilə müqayisədə olduqca 

azdır, lakin bununla belə, sərnişin dövriyyəsindəki payı xeyli yuxarıdır. 

Neft  və  neft  məhsullarının  uzaq  məsafələrə  nəqli  Azərbaycanın  şəraitində 

daha  çox  boru  kəməri  vasitəsilə  reallaşdırılır.  Bu  məhsulların  daha  çox  uzaq 

məsafələrə  ən  qısa  yolla  çatdırılması,  fasiləsiz  nəqlin  təyin  olunması,  itgilərin 

miniumal  səviyyəsi,  nəqlin  mexanikləşdirməsi  və  avtomatlaşdırılması  boru 

kəmərləri  nəqliyyatının  əsas  üstün  cəhətləridir.  Lakin  bununla  belə,  həmin 

nəqliyyat  növünün  üstün  cəhətləri  ilə  paralel  olaraq  qüsurları  da  istisna  deyildir. 

Əsas qüsurları sırasına böyük metal sərfinə və birdəfəlik vəsait qoyuluşuna tələbin 

olmasıdır. 

Ölkəmizdə  ilk  neft  kəmərinin  çəkilməsi  1878-ci  ilə  təsadüf  edir,  çünki,  bu 

kəmər neft mədənləri ilə neft emalı zavodlarını birləşdirmişdir. Həmin dövr üçün 

dünyanın ən uzun neft kəməri sayılan Bakı-Batumi kəməri də məhz 1897-1907-ci 

illər ərzində istismara verilmişdir. Müasir dövrdə də istismarı davam etdirilən bu 

neft kəməri 867 kilometr boyu uzanır, borunun diametri 20 santimetrə bərabərdir. 

Kəmər  boyu    neftvurma  stansiyalarının  sayı  20-yə  çatır.  1990-cı  illə  müqayisədə 

sonrakı illərdə boru kəmərinin vasitəsilə yük dövriyyəsində xeyli azalma baş versə 

də, 1998-ci ildən etibarən neft kəmərinin dövriyyəsi artmağa doğru meyl etmişdir. 

Cədvəl  9-da  nəqliyyatın  bütün  növləri  üzrə  yük  daşınmasının  dinamikası 

verilmişdir. 

9  saylı  cədvəlin  məlumatlarından  aydındır  ki,  yüklərin  daşınması  2005-

2017-ci  illər  ərzində  1,5  dəfədən  çox  artmış  və  2017-ci  ildə  250  mln.  tona  yaxın 

təşkil etmişdir.  Yüklərin daşınmasında daha böyük artım tempi boru kəmərlərinə 



53 

 

məxsus olmuşdur. Belə ki, təhlil edilən dövrdə boru kəmərləri ilə daşınan yüklərin 



həcmi  3,2  dəfə,  o  cümlədən  neft  kəməri  ilə  təyinat  yerinə  çatdırılan  məhsulların 

həcmi  3,64  dəfə  armış  və  müvafiq  olaraq  2017-ci  ildə  58,5  və  42,6  mln  ton 

olmuşdur. Nəticədə ölkə üzrə daşınan yükün həcmində neft kəmərinin payı 2005-ci 

ildəki 7,3 faizdən 2017-ci ildə 17,1 faizə yüksəlmişdir. 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə