Beynəlxalq magistratura və doktorantura məRKƏZİ


Cədvəl 1. 2008-2017-ci illər ərzində SOCAR-da neft hasilatı və onun respublika üzrə



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə16/35
tarix31.12.2021
ölçüsü0,81 Mb.
#81339
1   ...   12   13   14   15   16   17   18   19   ...   35
T-hm-zova-Nigar-M-bariz-q-z-

Cədvəl 1. 2008-2017-ci illər ərzində SOCAR-da neft hasilatı və onun respublika üzrə 

neft hasilatında payı, mln. tonla 

İllər 

Azərbaycan üzrə cəmi 

SOCAR üzrə cəmi 

SOCAR-ın  ölkə  üzrə 

neft  hasilatında  payı, 

faizlə 

2008 

44,53 


8,65 

19,4 


2009 

50,42 


8,54 

16,9 


2010 

50,80 


8,46 

16,7 


2011 

42,63 


8,40 

18,4 


2012 

43,39 


8,29 

19,1 


2013 

43,48 


8,32 

19,1 


2014 

42,02 


8,32 

19,8 


2015 

41,59 


8,16 

19,6 


2016 

41,03 


7,52 

18,3 


2017 

38,69 


7,43 

19,2 


Mənbə:

SOCAR-illik_hesabatlar                                                             

http://www.socar.az/socar/az/economics-and-statistics/economics-and-statistics/socar-reports

 

          Qrafik 1. SOCAR tərəfindən pul formasında yatırımlar və maliyyələşdirmələr (mln. 



manatla) 

 

Mənbə:

 SOCAR- maliyyə hesabatları 

http://www.socar.az/socar/az/economics-and-statistics/economics-and-statistics/socar-reports 

 

0

100



200

300


400

500


600

2013


2014

2015


2016

2017


229

130


141

56

567



158

317


185

18

89



Pul qoyuluşları

Maliyyələşdirmələr




32 

 

 



Son  vaxtlar  ərzində  SOCAR  təbii  qazın  nəqli  sahəsinə  öz  diqqətini  artırıb. 

2011-ci  ildən  etibarən  Cənub  Qaz  Dəhlizi  layihəsinin  reallaşdırılmasına  start 

verilmiş  və  layihənin  ilkin  mərhələsi  sayılan  Trans-Anadolu  qaz  boru  kəməri 

(TANAP)  ilə  bağlı  tikinti  sənədləri  təsdiqlənib.  45  milyard  ABŞ  dolları 

məbləğində  sərmayə  yatırılması  planlaşdırılmış  Cənub  Qaz  Dəhlizi  layihəsinə 

dünya  üzrə  7  ölkə,  12  nüfuzlu  şirkət  və  12  qaz  istehlakçısı  cəlb  edilb.  Dəhlizin 

reallaşdırılması yönümündə 4 layihə üzrə işlər görülür: Şahdəniz yatağı üzrə tam 

miqyaslı  işləyib  hazırlamaq,  Cənubi  Qafqaz  Boru  Kəmərini  genişləndirmək, 

TANAP və TAP boru kəmərlərini inşa etmək (SOCAR-ın 2015-2017-ci illər üzrə 

maliyyə hesabatları). 

Cənubi  Qaz  Dəhlizi  layihəsi  üzrə  tam  hazır  əldə  edildikdən  sonra  illik 

ötürücülük qabiliyyəti ilkin mərhələdə 16 mlrd. kubmetrə bərabər olacaq. Sonrakı 

müddətlərdə bu göstəricini 30 mlrd. kubmetrədək artırmaq imkanları  da diqqətdə 

saxlanılır. Şirkət rəhbərinin açıqlamasına görə, 2025-ci ilədək ölkənin ümumi ixrac 

potensialını  40  mlrd.  kubmetrə  çatdırılması  tamamilə  real  görünür.  Şirkətin 

hədəfinə əsasən “Şahdəniz-2” layihəsi üzrə ilkin təbii qazı 2019-cu ildə bazarlara 

çatdırmaq,  eləcə  də  həmin  layihəni  2020-ci  ilə  kimi  başa  vurmaqdır  (SOCAR-ın 

2015-2017-ci illər üzrə maliyyə hesabatları). 

Hazırkı  regional  enerji  dəhlizinin  yaranmasında  Bakı–Tbilisi–Ceyhan  neft 

kəmərinin  əhəmiyyəti  əvəzedilməzdir.  Bu  kəmər  Xəzər  və  Aralıq  dənizlərini 

birləşdirərək enerji dəhlizini yaratdı. Hazırda Azərbaycan qazı bu dəhliz vasitəsilə 

dünya  bazarlarına  çıxarılır.  Dəhlizlərin  coğrafiyası  da  xeyli  dərəcədə  eynidir  (bu 

dəhliz  indi  Şərq–Qərb  nəqliyyat  dəhlizinə  çevrilməkdədir).  Azərbaycanın  coğrafi 

mövqeyi,  yatırılan  sərmayə  və  səriştəli  xarici  siyasət,  tərəfdaşlarla  aparılan 

müştərək fəaliyyət yeni və müsbət reallıqlar formalaşdırmışdır. Azərbaycanın açıq 

dənizlərə,  beynəlxalq  bazarlara  çıxışı  yoxdur  və  buna  görədir  ki,  neft  və  qaz 

kəmərlərinin inşasına böyük həcmdə vəsait yatırılır. Tranzit, istehlakçı dövlətlər də 

həmin layihələrə böyük maraq göstərir. Tranzit dövlətlər bundan sonrakı onilliklər 

ərzində böyük qazanc götürəcək, istehlakçı dövlətlər isə əlavə olaraq alternativ qaz 

mənbələrinə çıxışa nail olacaqlar (Atakişiyev M., 2004, ss. 128-145). 




33 

 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə