9
1987-ci ildən 2009-cu ilin dekabr ayınadək Respublika QİÇS-lə
Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 2224 nəfər
rəsmi qeydiyyata götürülmüşdür. Onlardan 2138 nəfəri (96,1%)
Azərbaycan vətəndaşıdır.
İİV-ə yoluxmuş Azərbaycan
vətəndaşlarından 1799-u (84,1%) kişi, 339-u (15,9%) qadındır. 2138
nəfər Azərbaycan vətəndaşından 1376-da (64,4%) İİV-ə yоluхmа
inyeksion narkotiк istifadəsi nəticəsində, 495-də (23,2%)
heteroseksual, 16-da (0,7%) isə homoseksual kontakt nəticəsində,
20-də (0,9%) anadan uşağa keçməklə, 1-də (0,05%) donor qanının
köçürülməsi nəticəsində baş vermişdir, 230 nəfərdə (10,8%) yoluxma
yolu naməlumdur.
1992-ildən 2009-cu ilin 1 dekabr tarixinədək Azərbaycanda 780
аilədə İİV-ə yoluxma faktı qeydə alınmışdır. Оnlardan 18 ailədə ata –
ana - uşaq, 1 ailədə ana - uşaq, 166 ailədə ər - arvad, 547 ailədə
yalnız kişi, 48 ailədə isə yalnız qadın yoluxmuşdur
Risk faktorları
Seks-biznes işçiləri
İnyeksion narkotik istifadəçiləri
Steril olmayan tibbi avadanlıqdan və alətlərdən istifadə edilməsi
(stomatoloji, mama-ginekoloji, cərrahi, endoskopik praktikada,
kosmetoloji kabinetlərdə və s.)
Müntəzəm qanköçürmə, hemodializ əməliyyatına məruz qalan
pasiyentlər
Yoxlanılmamış qanın köçürülməsi
İİV – müsbət anadan uşağa ötürülmə
XBT-10 ÜZRƏ TƏSNİFAT
Z20.6 – Xəstə ilə kontakt və İİV ilə yoluxma imkanı
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
10
III. İLKİN MÜAYİNƏ
1. Hamilələrin antenatal xidmət səviyyəsində ilkin müayinəsi
Hamiləlik dövründə İİV-ə məsləhətvermə və müayinə – AUÖ-
nin tezliyini aşağı salmağa imkan yaradan effektiv tibbi xidmətdir
(A). Səhiyyə Nazirliyinin göstərişinə görə bütün hamilə qadınlar
hamiləliyin I və III-cü trimestrində bu müayinədən keçirlər.
Hamilələrin ilkin səhiyyə xidməti səviyyəsinə ilk müraciəti
zamanı İİV-ə müayinə aparılmalıdır (A).
Yüksək risk qrupuna daxil olan hamilə qadında İİV testi mənfi
olduqda hamiləliyin ikinci və üçüncü trimestrlərində təkrar İİV-ə
müayinə aparılmalıdır.
İİV-ə müayinənin keçirilməsi - İİV infeksiyasını hamilə
qadınlarda hamiləliyin erkən dövründə aşkar etməyə və onlara AUÖ-
nin profilaktikası üzrə tam xidmətlər kompleksini aparmağa imkan
verərək İİV-in hamiləlik, doğuş zamanı və doğuşdan sonrakı
müddətdə anadan uşağa ötürülməsi riskini minimuma endirir (A).
İİV üzrə müayinə könüllü olmalıdır (B). Lakin, tibb işçiləri
pasiyentlərin müayinəyə cəlb edilməsinə təşəbbüs göstərməlidirlər.
Qadın müayinə üçün yazılı razılıq verməlidir. Müayinədən əvvəl
məsləhətvermənin aparılması və hamilənin qərarı barədə məlumat
hamilənin müşahidə vərəqəsində qeyd olunmalıdır (B). Qadın
müayinədən imtina etmək hüququna malikdir (B). Məsləhətvermə
aparılmadan İİV-ə müayinə aparmaq yolverilməzdir (B). İİV-ə
müayinədən imtina edən hamilələr də tam antenatal qulluqla əhatə
olunmalıdır (C).
İİV müsbət hamilə qadınlarda CYYİ-ın, C və B viruslu
hepatitlərin skrininqi aparılmalıdır. Skrininq hamiləliyin mümkün
qədər erkən dövründə aparılmalı və hamiləliyin 28 həftəsində təkrar
olunmalıdır (C).
İİV statusunu aşkar etmək üçün ilkin qiymətləndirməyə
aşağıdakılar daxil edilməlidir:
Müayinədən əvvəl məsləhətvermə
İFA üsulu ilə və / və ya ekspress testlər
vasitəsi ilə İİV-ə müayinə
(doğuşda olan və İİV statusu barədə məlumatı olmayan
qadınların müayinəsi üçün doğum evlərində ekspress testlər
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
11
mövcud olmalıdır). Müsbət nəticənin immunoblottinq üsulu ilə
təsdiqlənməsi;
Müayinədən sonra məsləhətvermə, həmçinin müayinənin
nəticəsindən asılı olmayaraq riskli davranışın azaldılması üzrə
məsləhətlər.
Əgər qadında İİV-ə ilkin testlər müsbətdirsə, növbəti mərhələdə
təsdiqedici müayinə Respublika QİÇS-lə Mübarizə Mərkəzində
aparılır. Xəstəliyin kliniki mərhələsinin müəyyən olunması və AUÖP
planının tutulması İİV üzrə mütəxəssis tərəfindən həyata keçirilir.
Müayinədən əvvəl məsləhətvermənin əsas məqsədlərindən biri –
qadının inyeksion narkotik istifadə edən cinsi partnyorundan
yoluxması riskini qiymətləndirmək, və həmçinin qadının özünün hər
hansı bir narkotikdən (inyeksion narkotiklər daxil olmaqla)
istifadəsini aşkar etməkdir. Narkotiklərdən istifadə və xüsusilə
onlardan asılılıq hamiləliyin gedişatına və dölün inkişafına mənfi
təsir edir və hamiləlik, doğuş zamanı və doğuşdan sonrakı müddətdə
anaya olduğu kimi dölə/yenidoğulana da ixtisaslaşmış yardımın
göstərilməsini tələb edir.
2. Məsləhətvermə
İlkin müayinə aparıldıqdan sonra, İİV infeksiyalı hamilə qadınla
konkret vəziyyətlə əlaqədar aşağıda qeyd edilmiş məsələlər barədə
söhbət aparmaq lazımdır:
cinsi əlaqə zamanı İİV infeksiyası və digər CYYİ-lərin
ötürülməsinin profilaktikası
məqsədilə prezervativlərdən
(kondomlardan) istifadə;
İİV-in dölə/yenidoğulana ötürülməsi riski və profilaktika yolları;
AUÖP strategiyasının bir hissəsi olan ARV profilaktikasının
faydası və riski;
B və C hepatit viruslarının perinatal ötürülməsi riski və onun
azaldılması yolları ( C);
sifilisin perinatal ötürülməsi riski, İİV-in ötürülməsi riskinin
azaldılması üçün sifilis, qonoreya və xlamidiozun müalicəsinin
zəruriliyi (C);
narkotiklərin dölün inkişafına təsiri, həmçinin abstinent sindrom
və dərmanların təsiri (bax bölmə IV.4.2 );
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Dostları ilə paylaş: |