25
tibbi və psixoloji dəstək olmadan, nəzarət olunmayan
narkotiklərdən çəkindirmə cəhdləri zamanı döldə stress riski
1
;
əvəzedici terapiya zamanı hamiləliyin opioidin dəstəkləyici
dozasına təsiri və onun artırılmasına ehtimal
2
;
opioid əvəzedicisi və AUÖP üçün ARV-vasitələri arasında
qarşılıqlı təsir;
OƏT və ART rejiminə əməl etmək.
2.5. Hamiləlik zamanı opioidlə əvəzedici terapiya (OƏT)
Əgər hamilə qadın opioidlərdən istifadə edirsə və onda asılılıq
meyarları müəyyən olursa, risk məsələləri və OƏT-in faydası barədə
məsləhətvermə aparmaq lazımdır, və həmçinin müalicə və
təyinatların əməl olunmasına razılıq almaq lazımdır. OƏT narkoloji
xidmət tərəfindən təyin olunur. Müalicənin aparılma yeri Səhiyyə
Nazirliyi tərəfindən müəyyən edilir.
2.5.1. Metadonla əvəzedici terapiya
Hal hazırda metadon, opioid asılılığı olan hamilələrdə OƏT üçün
əsas dərman vasitəsi kimi məsləhət görülür.
Metadonla ARV dərman vasitələrinin arasında qarşılıqlı təsir
Hamilə qadınlarda metadonla ARV dərman vasitələrinin
qarşılıqlı təsiri digər pasiyentlərdə olduğu kimidir. Əgər AUÖP
sxeminin tərkibində hamilə ƏTQNİ alırsa (nevirapin və yaxud
efavirenz), metadonun dozasını artırmaq lazımdır, çünki ƏTQNİ
metadonun konsentrasiyasını əhəmiyyətli dərəcədə aşağı salır və bu
da abstinensiya simptomları yarada bilər.
Abstinent sindromu adətən nevirapinin qəbuluna başladıqdan 4 –
8 gün sonra inkişaf edir.
Metadon əhəmiyyətli dərəcədə zidovudinin (43% qədər)
konsentrasiyasını artırır ki, bu da əks təsirlərin riskini yüksəldir.
Bununla əlaqədar, pasiyentlərə əsaslı surətdə nəzarət etmək lazımdır.
1
Qadına dölün də abstinensiyadan əziyyət çəkəcəyini başa salmaq vacibdir.
2
Pasiyentin dozanın artırılmasına etiraz etməməsi üçün, ona dozanın artmasının uşaqda
asılılıq yaratmayacağını başa salmaq lazımdır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
26
2.6. Doğuş zamanı gəlmiş və antenatal qulluq almamış narkotik
asılılığı olan İİV infeksiyalı qadınların aparılması
Narkotik istifadə edən hamilələrin çoxu, antenatal xidmət üçün
müraciət etmirlər və doğum evinə birbaşa doğuşdan əvvəl və yaxud
doğuş zamanı daxil olurlar. Bu hallarda, doğum evi personalı
aşağıdakı tədbirləri görməyə hazır olmaldır:
narkotik asılılığı qiymətləndirmək və qiymətləndirmənin
nəticələrini neonatoloqa bildirmək;
əgər hamilənin İİV statusu məlum deyilsə və yaxud hamiləlik
zamanı mənfi olubsa (son müayinədən 3 aydan çox vaxt keçibsə)
İİV üzrə ekspress müayinə keçirmək;
abstinent sindromunun müalicəsini təyin etmək;
məsləhət görülür ki, əgər ehtiyac olarsa və imkan varsa OƏT-i
başlamaq;
narkotiklərin hamiləliyin gedişatına və yenidoğulana təsiri
haqqında və həmçinin müalicənin seçiminə dair məsləhətvermə
aparmaq.
Narkotik asılılığı olan İİV infeksiyalı qadınlarda AUÖP digər
qadınlarda olduğu kimi eyni qaydalarla keçirilməlidir (hamiləlik
zamanı ARV profilaktikası almayan İİV infeksiyalı qadınlar üçün
sxemlər yuxarıda cədvəl 4-də verilib). Doğuşun əvvəlində və yaxud
doğum evinə gələn zaman ARV dərman vasitələri təyin olunmuş
opioid asılılığından əziyyət çəkən qadınlara abstinensiyanın qabağını
almaq üçün metadonun yetəri qədər dozaları lazımdır.
2.6.1. Ağrısızlaşdırma
Ağrısızlaşdırma doğuş zamanı və doğuşdan sonrakı müddətdə,
əsasən də KƏ-dən sonra xüsusi diqqət tələb edir. Opioid asılılığı olan
qadınlarda onu digər hamilə və təzəcə doğmuş qadınlardaki
kimi
edirlər. Ağrını aradan qaldırmaq üçün ağrıkəsicilərin daha yuxarı
dozaları tələb oluna bilər.
Əgər mümkündürsə, epidural anasteziyanı doğuşun ən erkən
mərhələsində keçirmək lazımdır; onu erkən doğuşdan sonrakı
mərhələdə, xüsusilə də KƏ-dən sonra təkrar etmək olar.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
27
3. Zahılıq dövrünün aparılması
Doğuşdan sonrakı müddətdə medikamentoz AUÖP sxemləri
yuxarıda 1 – 4 cədvəllərində təsvir edilmişdir. Bütün İİV infeksiyalı
qadınlara evə yazılmazdan əvvəl uşağın qidalanması və
kontrasepsiya haqqında məsləhət vermək lazımdır.
3.1. Qidalanma üzrə məsləhət
Hətta perinatal ARV profilaktikası keçirildiyi halda belə uşaqda
ana südü ilə qidalanma zamanı İİV-infeksiyası ilə yoluxmağa böyük
risk qalır. Araşdırmalara əsasən, İİV-in ana südü ilə qidalanma
zamanı ötürülməsi risk qrupuna daxil olan uşaqlarda 14% təşkil edir.
Süni qidalanma aşağıdakı şərtlərə uyğun olarsa ÜST İİV infeksiyalı
qadınlara ana südü ilə qidalanmadan tamamilə imtina etməyi
məsləhət görür: mümkünlük, maliyyə əlverişliyi, sabitlik və
təhlükəsizlik (bax əlavə 1). Digər hallarda, həyatının ilk aylarında
uşağı yalnız ana südü ilə qidalanma və sonra yuxarıda sadalanan
şərtlərə əməl etmək imkanı yaranan kimi süni qidalanmaya keçmək
məsləhət görülür. Məlumatlara görə, doğuşdan sonra ilk üç ayda
yalnız ana südü ilə qidalanma zamanı İİV-in ötürülmə riski qarışıq
qidalanmada olduğundan azdır, bu səbəbdən sonuncunu (qarışıq
qidalanmanı) istifadə etmək məsləhət görülmür.
Qidalanma ilə əlaqədar məsləhət zamanı, xüsusi diqqəti İİV-in
döş ilə qidalanma zamanı ötürülməsi riskinə və süni qidalanmaya
keçmək üçün məsləhətlərə ayırmaq lazımdır. Həmçinin qeyd etmək
lazımdır ki, uşaq süni yolla qidalandığı zaman ona döş vermək lazım
deyil və uşaq üçün süd qarışımının necə düzgün hazırlayıb verməyi
başa salmaq lazımdır. Doğuşdan sonra iki həftə ərzində qadın uşaq
poliklinikasına uşağın düzgün qidalandırılmasını yoxlamaq və
mümkün problemləri kənarlaşdırmaqda kömək üçün qəbula
gəlməlidir.
3.2. Doğuşdan sonra kontrasepsiya üzrə məsləhət
Prezervativlərdən (kondomlardan) istifadə arzuolunmaz
hamiləliyin olmamağı üçun və İİV-in ötürülməsinin profilaktikası
üçün məsləhət görülən üsul kimi qalır. Laktasion amenoreya üsulunu
ana südü ilə qidalanma məsləhət görülmədiyi üçün kontrasepsiya
üsulu kimi məsləhət görmək olmaz.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Dostları ilə paylaş: |