Biblioqrafiya



Yüklə 318,61 Kb.
Pdf görüntüsü
səhifə9/12
tarix17.09.2017
ölçüsü318,61 Kb.
#54
1   ...   4   5   6   7   8   9   10   11   12

 

25

                                                



 

tibbi və psixoloji dəstək olmadan, nəzarət olunmayan 

narkotiklərdən çəkindirmə cəhdləri zamanı döldə stress riski

1

; 



 

əvəzedici terapiya zamanı hamiləliyin opioidin dəstəkləyici 

dozasına təsiri və onun artırılmasına ehtimal

2



 

opioid  əvəzedicisi və AUÖP üçün ARV-vasitələri arasında 

qarşılıqlı təsir; 

 

OƏT və ART rejiminə əməl etmək. 



2.5. Hamiləlik zamanı opioidlə əvəzedici terapiya (OƏT) 

Əgər hamilə qadın opioidlərdən istifadə edirsə  və onda asılılıq 

meyarları müəyyən olursa, risk məsələləri və OƏT-in faydası barədə 

məsləhətvermə aparmaq lazımdır, və  həmçinin müalicə  və 

təyinatların əməl olunmasına razılıq almaq lazımdır. OƏT narkoloji 

xidmət tərəfindən təyin olunur. Müalicənin aparılma yeri Səhiyyə 

Nazirliyi tərəfindən müəyyən edilir.

 

2.5.1. Metadonla əvəzedici terapiya 

Hal hazırda metadon, opioid asılılığı olan hamilələrdə OƏT üçün 

əsas dərman vasitəsi kimi məsləhət görülür



Metadonla ARV dərman vasitələrinin arasında qarşılıqlı təsir 

Hamilə qadınlarda metadonla ARV dərman vasitələrinin 

qarşılıqlı  təsiri digər pasiyentlərdə olduğu kimidir. Əgər AUÖP 

sxeminin tərkibində hamilə  ƏTQNİ alırsa (nevirapin və yaxud 

efavirenz), metadonun dozasını artırmaq lazımdır, çünki ƏTQNİ 

metadonun konsentrasiyasını əhəmiyyətli dərəcədə aşağı salır və bu 

da abstinensiya simptomları yarada bilər. 

Abstinent sindromu adətən nevirapinin qəbuluna başladıqdan 4 – 

8 gün sonra inkişaf edir.  

Metadon  əhəmiyyətli dərəcədə zidovudinin (43% qədər) 

konsentrasiyasını artırır ki, bu da əks təsirlərin riskini yüksəldir. 

Bununla əlaqədar, pasiyentlərə əsaslı surətdə nəzarət etmək lazımdır. 



 

 

 

1



Qadına dölün də abstinensiyadan əziyyət çəkəcəyini başa salmaq vacibdir. 

2

Pasiyentin dozanın artırılmasına etiraz etməməsi üçün, ona dozanın artmasının uşaqda 



asılılıq yaratmayacağını başa salmaq lazımdır.

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

26

2.6. Doğuş zamanı gəlmiş və antenatal qulluq almamış narkotik 



asılılığı olan İİV infeksiyalı qadınların aparılması 

Narkotik istifadə edən hamilələrin çoxu, antenatal xidmət üçün 

müraciət etmirlər və doğum evinə birbaşa doğuşdan əvvəl və yaxud 

doğuş zamanı daxil olurlar. Bu hallarda, doğum evi personalı 

aşağıdakı tədbirləri görməyə hazır olmaldır: 

 

narkotik asılılığı qiymətləndirmək və qiymətləndirmənin 



nəticələrini neonatoloqa bildirmək

 

əgər hamilənin  İİV statusu məlum deyilsə  və yaxud hamiləlik 



zamanı mənfi olubsa (son müayinədən 3 aydan  çox vaxt keçibsə) 

İİV üzrə ekspress müayinə keçirmək; 

 

abstinent sindromunun müalicəsini təyin etmək; 



 

məsləhət görülür ki, əgər ehtiyac olarsa və imkan varsa OƏT-i 

başlamaq; 

 

narkotiklərin hamiləliyin gedişatına və yenidoğulana təsiri 



haqqında və  həmçinin müalicənin seçiminə dair məsləhətvermə 

aparmaq. 

Narkotik asılılığı olan İİV infeksiyalı qadınlarda AUÖP digər 

qadınlarda olduğu kimi eyni qaydalarla keçirilməlidir (hamiləlik 

zamanı ARV profilaktikası almayan İİV infeksiyalı qadınlar üçün 

sxemlər yuxarıda cədvəl 4-də verilib). Doğuşun əvvəlində və yaxud 

doğum evinə  gələn zaman ARV dərman vasitələri təyin olunmuş 

opioid asılılığından əziyyət çəkən qadınlara abstinensiyanın qabağını 

almaq üçün metadonun yetəri qədər dozaları lazımdır. 

2.6.1. Ağrısızlaşdırma 

Ağrısızlaşdırma doğuş zamanı  və doğuşdan sonrakı müddətdə, 

əsasən də KƏ-dən sonra xüsusi diqqət tələb edir. Opioid asılılığı olan 

qadınlarda onu digər hamilə  və  təzəcə doğmuş qadınlardaki

 

kimi 


edirlər. Ağrını aradan qaldırmaq üçün ağrıkəsicilərin daha yuxarı 

dozaları tələb oluna bilər. 

Əgər mümkündürsə, epidural anasteziyanı doğuşun  ən erkən 

mərhələsində keçirmək lazımdır; onu erkən doğuşdan sonrakı 

mərhələdə, xüsusilə də KƏ-dən sonra təkrar etmək olar. 

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

27

3. Zahılıq dövrünün aparılması 

Doğuşdan sonrakı müddətdə medikamentoz AUÖP sxemləri 

yuxarıda 1 – 4 cədvəllərində təsvir edilmişdir. Bütün İİV infeksiyalı 

qadınlara evə yazılmazdan  əvvəl uşağın qidalanması  və 

kontrasepsiya haqqında məsləhət vermək lazımdır. 



3.1. Qidalanma üzrə məsləhət 

Hətta perinatal ARV profilaktikası keçirildiyi halda belə  uşaqda 

ana südü ilə qidalanma zamanı İİV-infeksiyası ilə yoluxmağa böyük 

risk qalır. Araşdırmalara  əsasən,  İİV-in ana südü ilə qidalanma 

zamanı ötürülməsi risk qrupuna daxil olan uşaqlarda 14% təşkil edir. 

Süni qidalanma aşağıdakı şərtlərə uyğun olarsa ÜST İİV infeksiyalı 

qadınlara ana südü ilə qidalanmadan tamamilə imtina etməyi 

məsləhət görür: mümkünlük, maliyyə  əlverişliyi, sabitlik və 

təhlükəsizlik (bax əlavə 1). Digər hallarda, həyatının ilk aylarında 

uşağı yalnız ana südü ilə qidalanma və sonra yuxarıda sadalanan 

şərtlərə əməl etmək imkanı yaranan kimi süni qidalanmaya keçmək 

məsləhət görülür. Məlumatlara görə, doğuşdan sonra ilk üç ayda 

yalnız ana südü ilə qidalanma zamanı  İİV-in ötürülmə riski qarışıq 

qidalanmada olduğundan azdır, bu səbəbdən sonuncunu (qarışıq 

qidalanmanı) istifadə etmək məsləhət görülmür.  

Qidalanma ilə  əlaqədar məsləhət zamanı, xüsusi diqqəti  İİV-in 

döş ilə qidalanma zamanı ötürülməsi riskinə  və süni qidalanmaya 

keçmək üçün məsləhətlərə ayırmaq lazımdır. Həmçinin qeyd etmək 

lazımdır ki, uşaq süni yolla qidalandığı zaman ona döş vermək lazım 

deyil və uşaq üçün süd qarışımının necə düzgün hazırlayıb verməyi 

başa salmaq lazımdır. Doğuşdan sonra iki həftə  ərzində qadın uşaq 

poliklinikasına uşağın düzgün qidalandırılmasını yoxlamaq və 

mümkün problemləri kənarlaşdırmaqda kömək üçün qəbula 

gəlməlidir. 



3.2. Doğuşdan sonra kontrasepsiya üzrə məsləhət 

Prezervativlərdən (kondomlardan) istifadə arzuolunmaz 

hamiləliyin olmamağı üçun və  İİV-in ötürülməsinin profilaktikası 

üçün məsləhət görülən üsul kimi qalır. Laktasion amenoreya üsulunu 

ana südü ilə qidalanma məsləhət görülmədiyi üçün kontrasepsiya 

üsulu kimi məsləhət görmək olmaz.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




Yüklə 318,61 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə