Biblioqrafiya



Yüklə 318,61 Kb.

səhifə2/12
tarix17.09.2017
ölçüsü318,61 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   12

 

6

İxtisarların siyahısı: 



 

ART 

antiretrovirus terapiya 



ARV  

– antiretrovirus 



ASI (AAİ)   – asılılığın ağırlığı indeksi 

AUÖ  

– İİV-in anadan uşağa ötürülməsi 



AUÖP  

– İİV-in anadan uşağa ötürülməsinin profilaktikası 



CYYİ  

– cinsi yolla yayılan infeksiyalar  



DNT  

– dezoksiribonuklein turşusu 



EuropASI6  – asılılığın ağırlığı indeksi, Avropa variantı 6 

ƏTQNİ  

– əks transkriptazanın qeyri-nukleozid inhibitorları 



ƏTNİ  

– əks transkriptazanın nukleozid və ya nukleotid  

 

    inhibitorları 



XBT-10  

– Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış 



İFA  

– immunoferment analizi 



İİV 

– insan immunçatışmazlığı virusu 



İNİ  

– inyeksion narkotik istifadəçiləri 



  

– keysəriyyə əməliyyatı 



QİÇS  

– qazanılmış immunçatışmazlığı sindromu

 

 

QHT 



– qeyri-hökumət təşkilatı 

MSS  

– mərkəzi sinir sistemi 



OƏT  

– opioidlə əvəzedici terapiya 



Pİ 

– proteaza inhibitorları  



PKƏ  

– planlı keysəriyyə əməliyyatı 



PZR  

– polimeraza zəncirvari reaksiyası 



RKT   

– randomizasiya olunmuş klinik tədqiqat 



ÜST  

– Ümumdünya Səhiyyə Təşkilatı 



v/d   

– vena daxili 



VY  

– virus yükü 



YAART  

– yüksək aktiv antiretrovirus terapiya 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 

7

Protokol İİV infeksiyalı hamilə qadın və yenidoğulmuş uşaqlarla 



iş aparan mama-ginekoloqlar, pediatrlar, neonatoloqlar, və digər 

tibb işçiləri üçün tərtib edilmişdir. 

 

Pasiyent qrupu: risk qrupuna aid olan qadınlar, hamilə qadınlar, 



İİV-müsbət hamilə qadınlar,  İİV-müsbət qadınlar,  İİV-müsbət 

anadan doğulmuş uşaqlar. 

 

Protokolun məqsədi: 

Тibb işçilərinin insan immun çatışmazlığı virusunun anadan 

uşağa ötürülməsinin profilaktikası sahəsində bilik və bacarıqlarını 

dünya standartları səviyyəsinə çatdırmaqla respublikada İİV- müsbət 

uşaqların sayının artmasının qarşısını almaqdır.   



I. ƏSAS KONSEPSİYA 

 

İİV-in anadan uşağa ötürülməsinin profilaktikası (AUÖP) İİV 



infeksiyalı qadınlara və onların uşaqlarına fasiləsiz kompleks 

yardımın bir hissəsi olmalıdır. İİV-in AUÖP kompleks xidmətləri 

reproduktiv sağlamlığın qorunması, pediatriya, İİV-lə mübarizə 

xidməti, narkoloji yardım, psixoloji və sosial yardım üzrə 

hökumət və qeyri hökumət təşkilatları ilə əlaqədə işləməlidir. 

 

İnyeksion narkotiklərdən istifadə (İNİ) edən hamilə qadınlar üçün 



tibbi yardım, o cümlədən antiretrovirus terapiya (ART), 

reproduktiv sağlamlığın qorunması ilə bağlı xidmətlər, AUÖP və 

mama yardımı narkotikdən istifadə etməyən hamilə qadınlar üçün 

olduğu kimi əlçatan olmalıdır. 

 

Bütün tibbi sənədlər, qadının İİV statusu haqqında məlumat onun 



daşıyıcısı olub-olmamasından asılı olmayaraq həkim sirri 

prinsipinə riayət edilərək saxlanılmalıdır. Tibbi sənəd yalnız 

pasiyentə birbaşa yardım göstərən tibb işçisi üçün əlçatan 

olmalıdır. Tibb işçisinin tibbi sənədlə  işi yalnız öz xidmət 

dairəsinə aid olan məlumatlarla məhdudlaşmalıdır. 

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

8

II. ÜMUMİ MÜDDƏALAR 



İİV-in anadan uşağa ötürülməsinin profilaktikası (AUÖP) – 

hamiləlik dövründə, doğuş  və yenidoğulmuşun qidalandırılması 

zamanı  İİV infeksiyasının anadan uşağa keçməsinin qarşısının 

alınmasına yönəldilmiş profilaktik tədbirlər kompleksidir. 

Hazırda AUÖP-ın effektiv üsulları mövcuddur. Bu üsulları 

düzgün istifadə etməklə AUÖ-ın tezliyini azaldaraq 1 – 2%-ə 

çatdırmaq olar (A).  

 

Qadının hamiləliyi və doğuşu zamanı, yenidoğulmuşun həyatının 



ilk həftəsində aparılan antiretrovirus profilaktika (ARV- 

profilaktika) (A) 

 

Planlı KƏ-nın aparılması (PKƏ) (A) 



 

Ana südü ilə qidalandırmaqdan imtina (A) 

Hamilə qadınların antenatal xidmətlə tam əhatə edilməsi, yüksək 

inkişaf etmiş səhiyyə infrastrukturu, əhalinin yüksək savad səviyyəsi, 

infeksiyaların yayılmasının nisbətən aşağı  səviyyəsi və AUÖP üzrə 

effektiv tədbirlərin həyata keçirilməsi körpələr arasında  İİV 

infeksiyasının yayılmasının azalmasına imkan yaradır.  

Qlobal məqsəd – BMT-nin Baş Assambleyasının İİV üzrə Xüsusi 

sessiyası  tərəfindən 2001-ci ildə irəli sürülmüş  İİV infeksiyalı 

körpələrin sayının 2010-cu ilə 50% endirilməsi məqsədinə uyğundur. 

Avropa məqsədi – 2010-cu ilə körpələrdə  İİV infeksiyasının 

tezliyinin azaldılmasına nail olunması (hər 100 000 diri doğulana 1 

İİV infeksiyalı körpə) və  İİV infeksiyalı analardan doğulmuş 

körpələrdə  İİV infeksiyasının tezliyinin aşağı salınaraq 2%-ə 

çatdırılmasıdır (2004-cü ildə qəbul olunmuş Dublin Deklarasiyası). 

Epidemiologiya 

İnsanın immun çatışmazlığı virusunun törətdiyi  İİV-infeksiyası 

və onun inkişafı nəticəsində insan orqanizmində yaranan qazanılmış 

immun çatışmazlığı sindromu (QİÇS) bütün dünyada olduğu kimi, 

Azərbaycanda da qlobal problemlərdən biridir.  

Azərbaycan  İİV-ə yoluxma hallarının səviyyəsinə görə dünya 

üzrə sonuncu yerlərdən birini tutur. Lakin son illər ölkəmizdə İİV-ə 

yoluxmuş insanların sayının artması böyük narahatçılıq doğurur. 

Azərbaycanda ilk dəfə İİV infeksiyası 1987-ci ildə aşkar edilmişdir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.





Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə