31
İİV testinin müsbət nəticəsi olan hamilələrin sayı;
Tibbi abort keçirilmiş İİV infeksiyalı hamilələrin sayı;
Hamiləlik zamanı ARV profilaktikası qəbul edən İİV infeksiyalı
hamilələrin sayı;
İnyeksiyon narkotiklər qəbul edən və opioid asılılığından əziyyət
çəkən İİV infeksiyalı hamilələrin sayı;
OƏT qəbul edən İİV infeksiyalı hamilələrin sayı;
OƏT və ARV profilaktikası qəbul edən İİV infeksiyalı
hamilələrin sayı.
Doğum evində:
Daxil olmuş İİV infeksiyalı hamilələrin sayı;
Hamiləlik zamanı İİV testindən keçməmiş daxil olan hamilələrin
sayı;
onlardan neçəsində İİV-ə ekspress müayinə keçirilmişdir;
onlardan neçəsində müsbət cavab alınmışdır;
Hamiləlik zamanı ARV profilaktikası almayan İİV infeksiyalı
qadınların sayı;
Doğuş zamanı ARV profilaktikası qəbul edən İİV infeksiyalı
hamilələrin sayı;
İnyeksion narkotik istifadə edən və opioid asılılığı olan İİV
infeksiyalı qadınların sayı;
onlardan neçəsi doğuş zamanı OƏT qəbul edib;
Təbii yolla doğan İİV infeksiyalı hamilələrin sayı;
KƏ aparılan İİV infeksiyalı hamilələrin sayı;
İİV infeksiyalı analardan doğulmuş yenidoğulanların sayı;
onlardan neçəsi ARV profilaktikası alıb;
onlardan neçəsi süni qidalanmada olublar;
onlardan neçəsi yalnız ana südü ilə qidalanıblar;
İİV infeksiyalı analardan doğulan və PZR üsulu ilə diaqnoz
qoyulmuş İİV infeksiyalı yenidoğulanların sayı;
opioid asılılığı olan analardan doğulan yenidoğulanların sayı;
abstinent sindromunun müalicəsini alan yenidoğulanların sayı.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
32
Əlavə 1
Süni qidalandırmanın qəbul oluna bilən, mümkünlüyünün,
maliyyə əlverişliliyinin, sabitliyinin və təhlükəsizliyinin müəyyən
olunması
Qəbul oluna bilən.
Qəbul oluna bilən o deməkdir ki, yəni qadın süni qidalandırmaya
qarşı yönəldilmiş sosial və yaxud mədəni təzyiqə məruz qalmır və
onun süni qidalandırma barəsində qərarı ailə və ətrafdakılar
tərəfindən dəstəklənir və yaxud da o, ana südü ilə qidalandırmaya
təkid göstərən ailə və dostlara qarşı müqavimət göstərə biləcək və
süni qidalanma stiqmasının öhdəsindən gələ biləcəkdir.
Mümkünlük.
Ananın (və onun ailəsinin) süd qarışımı hazırlamağa və uşağı
gündə 8-12 dəfə yetəri qədər qidalandırmağa zamanı, biliyi, bacarığı
və digər imkanları vardır. Ana süd qarışımı hazırlamaq üzrə təlimatı
anlamağa və onlara əməl etməyə qadirdir; onun yaxınları tərəfindən
dəstəyi var ki, bu da ona süd qarışığını düzgün hazırlamağa və uşağı
gecə və gündüz qidalandırmağa imkan verəcəkdir, baxmayaraq ki,
uşağa qulluq onu məişət işlərindən ayıracaq.
Maliyyə əlverişliliyi.
Ana (və onun ailəsi) ictimai təşkilatlar və yaxud səhiyyə
sisteminin (əgər lazımdırsa) dəstəyi ilə ana südünün əvəzedicilərini
almaq, hazırlamaq və istifadə etmək, və həmçinin süni qidalanma ilə
əlaqədar digər xərcləri (yanacaq, təmiz su, sabun, digər ləvazimatlar),
ailənin sağlamlığına və qidalanmasına zərər gətirmədən ödəyə bilir.
Maliyyə əlverişliyi anlayışı həmçinin (lazım olarsa) uşağın diareyası
zamanı tibbi yardıma və müalicəsinə xərclər tələb olunduqda onların
ödənilmə imkanının olması deməkdir.
Sabitlik.
Süni qidalanma üçün lazım olan bütün inqrediyent və
məhsulların mütəmadi və fasiləsiz təchizat və etibarlı paylaşdırılması
sistemi
;
bunlar uşağın onlara ehtiyacı olduğu müddət ərzində əl çatan
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
33
olmalıdırlar, – bir yaşadək və yaxud daha böyük olana qədər. Bu,
qarışımın tapılmamağının və yaxud maliyə imkanı daxilində
olmamağı ehtimalının aşağı olmasıdır. Bundan başqa, fasiləsizlik
anlayışı ana olmadıqda digər bir insanın hər zaman qarışığı hazırlaya
bilməsi və uşağı qidalandırması deməkdir.
Təhlükəsizlik.
Süni qidalanma üçün süd qarışığı gigiyena normalarına əməl
edərək hazırlanır və düzgün saxlanılır; uşaq onu gigiyena tələblərini
nəzərə alaraq yetəri qədər qəbul edir (əllərin yuyulması və təmiz
butulka, və yaxud daha yaxşısı, fincan). Təhlükəsizlik, ana və yaxud
uşağa baxan digər insanın:
təmiz su mənbəyindən istifadə imkanı var (su kəməri və yaxud
digər etibarlı mənbədən);
yararlı və tərkibində infeksion xəstəliklərin törədiciləri olmayan
qarışığı hazırlayır;
əllərini və qabları sabun ilə əsaslı şəkildə yumaq imkanı və
mütəmadi olaraq uşağın qidalandırılmasında istifadə olunan
ləvazimatların sterilliyini təmin etmək üçün onları qaynatmaq
imkanı var;
uşaq hər dəfə qidalandırıldığı zaman süd qarışığının hazırlanması
üçün suyu qaynatmaq imkanına malikdir;
quru qarışığı təmiz, həşəratlar, gəmirici və digər heyvanlardan
qorunan bağlı konteynerdə saxlamaq imkanı mövcuddur.
Əgər bu şərtlərə əməl etmək imkanı yoxdursa uşağı həyatının ilk
aylarında yalnız ana südü ilə qidalandırmaq və imkan olan kimi süni
qidalanmaya keçmək məsləhət görülür. İİV infeksiyalı anaya onun
həyat şəraitinə ən uyğun olan düzgün seçimi etməkdə və daha sonra
da qəbul edilmiş qərarı həyata keçirməkdə kömək etmək lazımdır.
Qadına yerli şəraiti nəzərə alaraq qidalandırmanın hər bir metodunun
risk və üstünlükləri haqda məsləhət vermək lazımdır. Qadının hansı
növ qidalandırmanı seçməsindən asılı olmayaraq, ona uşağı düzgün
və təhlükəsiz qidalandırmaqda kömək etmək lazımdır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Dostları ilə paylaş: |