Binder pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   ...   20   21   22   23   24   25   26   27   ...   44

54 
 
mədəniyyəti ilə  eyni vaxtda mövcud olmuşdur (145, 206-207). Forma etibarı ilə 
Böyükdaş dağının Öküzlər-2 düşərgəsində  tapılmış daş alətlər Sibirin Kokorev 
(şək. 74-a, b) və Afontov (Afontov dağı) mədəniyyətlərinin üst paleolit daş alətləri 
ilə  bəzi oxşar cəhətlərə  malikdir. Üst paleolit texnikası və alətlərinin səciyyəvi 
xüsusiyyətlərinə  əsasən onların olduqları yeri müəyyən etmək olar. Bu əlamətlər 
müəllifə, bu yaşayış məskəninin yaşını ehtimal etməyə  imkan vermişdir. Bu 
mədəni təbəqədə  aşkar olunmuş Didacna  balıqqulaqlarına əsasən, düşərgənin üst 
paleolit dövrünə aid olduğunu söyləmək olar. 
Anazağa mağarası, 5  -
li sığınacaq (Böyükdaş dağının yuxarı səkisi). 
Düşərgənin inventarı prizma şəkilli (inv. № 4287, 4575, 4476), (ill. 98 (1, 2, 3)) və 
silindrik nukleuslardan (inv. 4149) (ill. 98 (4)) ibarətdir. Qədim insanlar bu 
nukleuslardan son paleolit dövrü üçün səciyyəvi olan qırıqları və lövhəcikləri 
qoparırdılar [78,132, şəkil 194]. Bəzi nukleuslar [inv. 4154, 4215, 4269], (ill. 98 
(5.6.7)) Uştata (Tunis) düşərgəsindən aşkar olunmuş nukleuslara [78, 155] 
oxşardırlar. İnventar №-ləri 4570 və 4303 (ill. 98 (8,9)) olan mikrolövhəciklər üçün 
iber-mavritan (Uştata düşərgəsi, Tunis) [78, 155] və Kapsi mədəniyyətinə xas olan 
cəhətlər səciyyəvidir [78, 158]. İnventar №-si 4828 olan döyücü alətləri (ill. 98 
(10)) Çexiyada, Mlazitsedon tapılmış sadə erkən paleolit dövrü kobud alətlərilə 
oxşardır [yenə  orada, 137, şəkil 196]. Qayaarası (inv. №6040) (ill.99(l)) və 
Ceyranlar (inv. № 820) (ill. 100 (1)) düşərgələrindən olan alətlərlə oxşarlıq təşkil 
edən çaydaşı alətləri (inv. 4892) (ill. 98 (11)) qravetti dövrünə (e.ə. 25 min il əvvəl) 
aid edilən Pavlov mədəniyyətinə (Prcemosti, Moraviya) uyğun gəlirlər [36, 65]. Bu 
dövrə aid üzərində insan təsvirləri olan ayrı-ayrı daşlar aşkar edilmişdir (QTBQ-
nin fondu - inv. № 2314, 2418) (ill. 98 (13, 14)). Analoji petroqliflərə Böyükdaşın 
yuxarı səkisində  və  Kiçikdaş dağında rast gəlinir. Bu mədəni təbəqədən 
balıqqulağından hazırlanmış bəzək  əşyaları (inv. №  4542) aşkar edilmişdir (ill.98 
(12)). 
«Kənizə» 
yaşayış məskəni (Böyükdaş dağının yuxarı səkisi). 3,8-4,2 m 
dərinlikdə aşkar olunmuş iti ucluqlar (inv. № 1892, 1904, 2001, 2001-2) (ill. 101 
(1,2,3,4)) qərbi Fransanın tipik solütre dövrünə aid iti ucluqları ilə oxşardırlar [78, 
148]. Silindrik nukleus (inv. № 1768-1) (ill 101 (5)) son paleolit dövrünün tipik 
nümunəsidir [yenə orada, 132, şəkil 194]. Bu mədəni təbəqədən şir (inv. № 2049) 
(ill. 101 (6)) və kəmərçinli insan (inv. №92050) (ill. 101 (7)) təsvirləri olan daşlar 
aşkar olunmuşdur. Qobustan qayalarındakı analoji təsvirləri elə  həmin dövrə aid 
etmək olar. 
1 №-li sığınacaq 
(«Maral», Böyükdaş dağının yuxarı səkisi). Daş alətlərin 
hazırlanmasında iş plitəsi  rolunu oynayan daş (inv. № 6572) (ill. 102 (1)) (daş 
üzərində  zərbə izləri var) üst paleolit dövrü üçün səciyyəvidir [yenə orada. 165]. 
İnventar №-si 6515 olan doyücü alətində (ill. 102 (2)) üst paleolit dövrü emalının 
izləri vardır. Şarabənzər alətlər (inv. № 6550 (ill. 102 (3)) Kapsi mədəniyyəti 
alətləri ilə oxşardırlar [yenə orada, 224], (ill. 97). 


55 
 
Qayaarası yaşayış məskəni 
(Kiçikdaş dağı). 2,7-3m dərinliyində  aşkar 
olunmuş daş alətlər (inv. № 6040), (ill. 99 (1)) qravetti dövrünün düşərgəsindən 
(Pavlov, Prcemosti, Moraviya) olan alətlərə  bənzəyirlər. Analoji alətlər Ceyranlar 
(inv. №820) (ill.100 (l)) və  Anazağa (inv. № 4892), (ill-  98 (11)) mağaralarında 
aşkar olunmuşdur. Arxeoloqların ehtımallarına görə, bu alətlər daşı emal etmək 
üçündür [78. 170. 178]. Bıçaqvari və kəsici lövhələr (inv. № 5705, 5718), (ill. 99 
(2,3)) Moraviyanın Dolni Vestonitse daş bıçaqları ilə oxşar cəhətlərə malikdir.  Bu 
düşərgədən tapılmış sümük bizlər və bizkəsicilər (ill. 99 (4)) kapsi, iber-mavrusin,  
Moraviyada Nova  Drateniska  mağarasından madlen, Avstriyada II Vielendorf 
sümük məmulatları ilə eynilik təşkil edir [yenə orada, 158,237,203,148]. 
Ceyranlar yaşayış məskəni 
(Kiçikdaş dağı). Qayaarası  (inv. № 6040) (ill. 
99 (1)) və  Anazağa (inv. № 4892) (ill. 98 (11)) mağarasından tapılmış alətlərlə 
oxşar olan çaydaşı alətləri [inv. № 820)] (şək. 71) Pavlov mədəniyyətinin 
cilalanmış alətlərinə  bənzəyir və qravetti dövrünə aid edilir. Arxeoloqlar hesab 
edirlər ki, bu, paleolit dövründə cilalanmış daşın azsaylı nümunələrindəndir [yenə 
orada, 178]. Obsidian və  çaxmaqdaşı qırıqları (ill. 98 (2)) da Dolni Vestonitse 
(Moraviya) düşərgəsinin Pavlov paleolit nümunələrinə yaxındır [yenə orada, 153]. 
Qobustan abidələrinə  qısa nəzər salmağımıza baxmayaraq, düşərgələrin 
paleolit dövrünə aid olması şübhə  doğura bilməz. Bəzi hallarda, hətta orinyak, 
solütre və madlen dövrlərini də müəyyən etmək olar. 
Digər tərəfdən qeyd etmək lazımdır ki, Azərbaycan qayaüstü incəsənətinin 
xronologiya probleminin həll edilməsində çox vacib və xüsusi əhəmiyyət kəsb 
edən amil Qobustanın paleoantropoloji məlumatlarından istifadədir. Bu məlumatlar 
Qobustanda məskunlaşmanın qədimliyini müəyyən etməyə imkan yaradır. 1970-ci 
ildə Kiçikdaş dağında yerləşən Firuz mağarasının mədəni təbəqələrinin birində 11 
skelet (ikisi uşaqlara, qalanları böyüklərə məxsus) aşkar olunmuşdur. Bu skeletləri 
C.Rüstəmov e.ə. VIII-VII minilliyə aid etmişdir [168, 21]. 
Paleoantropoloji məlumatlara görə, yer təbəqəsinin sürüşməsi nəticəsində 
aşkar olunmuş sümüklərin anatomik quruluşu pozulmuşdur.  Həmin təbəqədə 
çaxmaqdaşı və  çaydaşı alətləri, mikrolit alətlər, sancaqlar, nukleuslar, həmçinin
çaydaşından asma bəzəklər, qaban köpək dişləri və digər heyvanların dişləri aşkar 
edilmişdir [99, səh.158-162]. İstisna deyil ki, torpaq sürüşməsi nəticəsində mədəni 
təbəqələr də  sürüşmüşdür. Beləliklə, bu təbəqənin mezolit dövrünə  aid olması 
şübhə  altına alına bilər. Bu ehtimalın təsdiqi kimi, bu qəbirlərin yaşı 
paleoantropoloji qalıqlara görə deyil, C.Rüstəmovun qoyduğu tarixə görə müəyyən 
olunmuşdur. (Müəllifin qeydi: Mötəbər tədqiqatçıların fikirlərini  əsla inkar 
etməyərək, müəllif müzakirə üçün digər nöqteyi-nəzəri mümkün hesab edir. Bu 
qəbirlərin daha qədim mənşəli olması tamamilə mümkündür). 
Əldə olan paleoantropoloji materiallar birmənalı cavab üçün kifayət 
deyildir. Belə mürəkkəb problemlərin uğurlu həlli üçün Qobustanda geniş miqyaslı 
kompleks tədqiqatların aparılması zəruridir. Arxeoloqların, antropoloqların, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə