Biologiya aze metodik



Yüklə 16,56 Mb.
Pdf görüntüsü
səhifə146/161
tarix11.04.2022
ölçüsü16,56 Mb.
#85312
növüDərslik
1   ...   142   143   144   145   146   147   148   149   ...   161
bio-8-ci-sinif-ucun-metodik-vasait

İnsan 
sağlamlığı 


160
ORQANLAR SİSTEMLƏRİMİZİ QORUYAQ
Tədqiqat  B  blokundakı  tapşırığın  icrası  ilə  başlanılaraq  nəticələr  müzakirə 
olunmalıdır. Bu zaman şagirdlər əvvəlki biliklərinə əsaslanmalıdırlar. 
Tədqiqatın  aparılması  üçün  sinifdə  qruplar  formalaşdıra  bilərsiniz.  C  blokunda 
ve rilmiş mətni hissə­hissə (hər qrup bir hissəni – siqaret, alkoqol, nar ko tik lər, hə­
rə kət sizlik və s.) qruplarda müzakirə edərək şagirdlərin bu kimi vərdişlərin orqa­
niz mə tə sirini araşdırmalarını təmin edə bilərsiniz. Hərəkətsizlik, telefondan fasi­
lə siz is tifadə, kompüter asılılığının özü də zərərli vərdişlərdir. 
Standartın  tələbini,  şagirdlərin  yeniyetməlik  dövrü  ilə  əlaqədar  zərərli  vərdişlərə 
meyilliliyini nəzərə alaraq bu mövzunun tədrisinə 2 saat vaxt ayrılmışdır. Növbəti 
dərs  saatında  şagirdlərə  onlarda  müşahidə  etdiyiniz  hər  han sı  zə rərli  vərdişə 
meyillərini  əsas  götürərək  “Zərərli  vərdişlərin  insan  or qa niz mi nə  mənfi  tə siri” 
mövzusunda  təqdimat  və  yaxud  referat  hazırlamalarını  tap şıra  bi lər si niz.  Bu nun 
üçün şagirdlər müxtəlif mənbələrdən istifadə edə bilərlər. Təq dimat MV-nin əv vəlində 
verilmiş təqdimatın qiymətləndirilməsi meyarlarına uyğun apa rıl ma lı dır.
Müzakirəni və ümumiləşdirməni əyani vəsaitlərə, şəkillərə, elektron təq di mat lara 
istinad  etməklə  təşkil  etmək  olar.  Dərsin  məqsədlərini  nəzərə  alaraq  növbəti 
mə sələlərə xüsusi diqqət yetirilməlidir:
  
 yaş xüsusiyyətlərini nəzərə alaraq zərərli vərdişlərin orqanizmə mənfi təsirini 
müzakirə etmək;
  
 fasiləsiz  televizor  izləmək,  kompüter  asılılığı  kimi  vərdişlərin  hansı  fə sad lara 
səbəb olacağını xüsusi vurğulamaq;
Yaradıcı  tətbiqetmə  mərhələsində  şagirdlərə  F  blokundakı  3­cü  tapşırığı  icra 
etmək tapşırıla bilər. Bu tapşırığın əvvəlki qruplarda icrası mümkündür.
F blokundakı 1­ci tapşırıq evdə icra oluna bilər.

Yüklə 16,56 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə