Biologiya aze metodik



Yüklə 16,56 Mb.
Pdf görüntüsü
səhifə147/161
tarix11.04.2022
ölçüsü16,56 Mb.
#85312
növüDərslik
1   ...   143   144   145   146   147   148   149   150   ...   161
bio-8-ci-sinif-ucun-metodik-vasait

Qiymətləndirmə.
 
Təlim  məqsədlərinə  nail  olmaq  dərəcəsini  aşağıdakı  meyar 
üzrə qiymət lən di rə bilərsiniz:
  
İzahetmə
I
II
III
IV
Narkotiklərin, spirt li 
iç ki lərin və siqare­
tin insan orqaniz­
minə mənfi təsiri ni 
çətinliklə izah edir.
Narkotiklərin, 
spirt li iç ki lərin və 
siqaretin insan or­
qanizminə mənfi tə­
siri ni izah edər kən 
səhvlərə yol verir.
Narkotiklərin, spirtli 
iç ki lərin və siqaretin 
insan orqanizmi nə 
mən fi təsirini müəlli­
min su allarına əsasən 
izah edir
.
Narkotiklərin, spirt li 
içki lə rin və siqa­
retin insan or­
qanizminə mənfi 
təsirini nümunələr­
lə izah edir.
Orqanizmin sağ lam­
lı ğı nın qorunması 
qaydala rı nı izah 
et məkdə çətinlik 
çəkir.
Orqanizmin sağ lam­
lı ğı nın qorunması 
qaydala rı nı izah edər­
kən səhvlərə yol 
verir.
Orqanizmin sağlam­
lığının qorunması 
qay dalarını müəllimin 
kö məyi ilə izah edir.
Orqanizmin sağ lam­
lı ğı nın qorunması qay­
dala rı nı misallarla 
izah edir.


161
BİOLOGİYA 
8
Mövzunun  əvvəlində  verilmiş  materiala  istinad  edərək  “Torpağın  eroziyası 
nədir?  Nəyin  nəticəsində  baş  verir?  Torpağı  çirkləndirən  başqa  hansı  amillər 
var?”  su allarına  şagirdlərin  verdikləri  cavablar  lövhədə  qeyd  oluna  bilər.  Bu 
sualları  ca vab landırarkən  şagirdlər  Həyat  bilgisi  və  Coğrafiya  fənlərindən  əldə 
etdikləri bi liklərə əsaslanmalıdırlar. 
Şagirdlərdə idraki fəallığı aşağıdakı kimi də yarada bilərsiniz:
– Elm və texnikanın nailiyyətlərinə baxmayaraq, tez­tez təbii fəlakətlərin qar şı sın­
da aciz qalırıq. Bu təbii fəlakətlər nələrə səbəb ola bilir? Şagirdlərin cavabları löv­
hədə qeyd olunur. Müəllim şagirdlərin fikirlərini ekoloji problemə yö nəl dir. 
Tədqiqat  “Ətraf  mühitin  çirklənməsinə  təsir  göstərən  başqa  hansı  amillər  var? 
Bu problemlərin aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir?” sualları 
ətrafında aparılmalıdır. 
B blokundakı tapşırıq şəkillər əsasında təşkil olunur. Bu mərhələdə siz elektron 
təqdimatdan,  videomaterialdan,  müxtəlif  fotoşəkillərdən  də  istifadə  edə 
bilərsiniz. “Yaşıl paket” CD diskindən də istifadə etmək mümkündür. Bu diskdən 
siz  C  blo kundakı  nəzəri  materialın  araşdırılması  məqsədilə  də  istifadə  edə 
bilərsiniz.
C blokundakı nəzəri materialın mənimsənilməsi fasiləli oxu, İNSERT üsul la rından 
istifadə eməklə və yaxud da qruplarda araşdırma aparmaqla yerinə yetirilə bilər. 
Bu  halda  şagirdlər  4  qrupa    bölünərək  aşağıdakı  tapşırıqları  icra  edə  bilərlər. 
Tap şırıqların  icrası  üçün  şagirdlərə  paylama  materialı  təqdim  edilməsi  məq­
sədəuyğundur. Hər bir bənd bir qrupa tapşırıq kimi verilə bilər. Sinifdəki şagird­
lə rin sayına müvafiq olaraq eyni bir tapşırıq 2 qrupa verilə bilər. Qrup işləri üçün 
F blokundakı 1­ci və 2­ci tapşırıqlardan da istifadə oluna bilər.
4
Alt standartlar
4.2.1. Ətraf mühitin çirklənməsi və mühafizəsinə dair mülahizələrini şərh edir.
4.2.2. Ətraf aləm və onun mühafizəsinə dair təqdimat hazırlayır.

Yüklə 16,56 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə