Biologiya aze metodik



Yüklə 16,56 Mb.
Pdf görüntüsü
səhifə65/161
tarix11.04.2022
ölçüsü16,56 Mb.
#85312
növüDərslik
1   ...   61   62   63   64   65   66   67   68   ...   161
bio-8-ci-sinif-ucun-metodik-vasait

ORQANLAR SİSTEMLƏRİMİZ


59
BİOLOGİYA 
8
Dərsə başlayarkən A blokunda verilən şəkil nü mayiş etdirilə bilər. Beyin həmləsi 
üsulundan istifadə etməklə şagirdlərdə id ra ki fəallıq yaratmaq olar. Bunun üçün 
“Buna səbəb nədir?” sualı ilə onlara mü ra ci ət edə bilərsiniz. Şagirdlərdən alınan 
müxtəlif cavablar lövhədə qeyd oluna bilər.
B  blokunda  verilmiş  tapşırıq  kollektivdə  icra  oluna  bilər.  Şagirdlər  bu  tapşırığı 
müs təqil, cütlərlə, yaxud bütün siniflə icra edə bilərlər. Bu zaman hər bir deyilən 
fikir  müzakirə  oluna  bilər.  Tapşırığın  icrası  şagirdlərin  7­ci  sinif  Biologiya  kur­
sundan öyrəndiklərinə əsasən icra olunmalıdır.
Nəzəri materialla tanışlıq bir neçə üsulla aparıla bilər: fasiləli oxu, İNSERT, müza­
kirə və s. üsullardan istifadə zamanı mətn kiçik his sələrlə oxu nur, fasilələrdə şa­
girdləri  düşünməyə  vadar  edən  müvafiq  suallar  ve rilir,  video ma terial  (çay  xər­
çən ginin sinir sistemini əks etdirən elektron təqdimat da nümayiş et dirilə bilər) 
təq dim olunur. Çay xərçənginin udlaqüstü, udlaqaltı sinir dü yün lə rin dən və qa­
rın sinir zən ci rindən hansı orqanlara sinirlər getməsi müzakirə oluna bilər. 
Məqsəd mühit amillərinin insan orqanizminə təsirini izah etmək olduğu üçün is­
tiqamət insana doğru yönəldilməlidir. Bu məqamda şagirdlərə insanın təsnifat 
sis temində yerini xatırlatmaq məqsədəuyğun olar. 
İnsanın nə üçün Homo cinsinə, Homo sapiens növünə aid edildiyini şagirdlərə 
xatırlatmaq və bu istiqamətdə müzakirə aparmaq yaxşı olar. Müzakirələrdə bü­
tün sinfin iştirakını təmin etməyə çalışın.
Tətbiq mərhələsində F blokunda verilmiş 1­ci və 3­cü tapşırıqlar cütlərdə və ya 
kollektivdə icra oluna bilər. 1­ci tapşırığın icrası zamanı şagirdlərə rəngli stikerlər 
verilə bilər. Şagirdlər əvvəlcə baş verən dəyişiklikləri rəngli stikerlərdə yaza bilər­
lər. Yazılanlar siniflə müzakirə olunduqdan sonra müəllim tərəfindən qruplaşdırı­
la bilər. 
1
Alt standartlar
2.1.1. İnsan orqanizmində baş verən bioloji prosesləri izah edir. 
4.1.1. Mühit amillərini və onun insan orqanizminə təsirini izah edir. 

Yüklə 16,56 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə