Biologiya aze metodik



Yüklə 16,56 Mb.
Pdf görüntüsü
səhifə89/161
tarix11.04.2022
ölçüsü16,56 Mb.
#85312
növüDərslik
1   ...   85   86   87   88   89   90   91   92   ...   161
bio-8-ci-sinif-ucun-metodik-vasait

BİOLOGİYA 
8
Dərsə A blokundakı mətnlə başlamaq olar. Bu mərhələdə beyin həmləsi  üsu­
lundan istifadə etmək olar. Mətn oxunduqdan sonra suallarla şagirdlərə müra­
ciət edilə və onların cavabları lövhədə və ya flipçartda qeyd oluna bilər.
“İnsanlarda hansı qan qrupları var və bunlardan hansı bir­birinə qan verə bi lər?” 
sualı ilə tədqiqat aparmaq olar. Bunu B blokundakı tapşırığı yerinə yetir mək lə 
hə yata  keçirmək  məqsədəuyğundur.  Şagirdlər  cədvələ  uyğun  kimdən  qan  ala 
bi ləcəklərini və kimlərə qan verə biləcəklərini müəyyənləşdirirlər.
C blokundakı mətni fasiləli oxu üsulu ilə oxudub mətndə olan rezus faktoru da 
məlumatlandırdıqdan  sonra  qanköçürmənin  nə  qədər  vacib  olduğunu  xüsusi 
vur ğulamaq  lazımdır.  “Hər  bir  insanın  qan  verməsi  onun  mənəvi  borcudur” 
fikrini mü za kirə etmək xüsusən əhəmiyyətlidir.
Mövzuya aid verilmiş tapşırıqlar dərsin məqsədinə uyğun olub, dərslikdəki mə­
lu matların  əsasında  səbəb­nəticə  əlaqələrini  müəyyən  etməyə  imkan  verir.  Bu 
tap şırıqlar şagirdlərin təfəkkürünü inkişaf etdirir.
Ümumiləşdirmə  aparılarkən  hər  bir  kəsin  öz  qan  qrupunu  bilməsinin  və  qan 
ver məsinin onun mənəvi borcu olduğunu vurğulayın.
Yaradıcı  tətbiqetmə  zamanı  F  blokundakı  1­ci  və  3­cü  tapşırıq  yerinə  yetirilə 
bilər. 2­ci tapşırıq isə şa girdlərə araşdırma aparmaq üçün ev tapşırığı kimi verilə 
bilər.

Yüklə 16,56 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə