Biologiya aze metodik



Yüklə 16,56 Mb.
Pdf görüntüsü
səhifə87/161
tarix11.04.2022
ölçüsü16,56 Mb.
#85312
növüDərslik
1   ...   83   84   85   86   87   88   89   90   ...   161
bio-8-ci-sinif-ucun-metodik-vasait

BİOLOGİYA 
8
3
Alt standartlar
2.1.1. İnsan orqanizmində baş verən bioloji prosesləri izah edir.
2.1.3.  İnsan orqanizmində baş verən proseslərə dair təcrübələr və riyazi hesab-
lamalar aparır və nəticələri ümumiləşdirir.
Təlim nəticələri
   
Orqanizmdə qanın tərkibini sadalayır və damarlarda hərəkətini izah edir.
  
Qanın tərkibinə dair təcrübələr aparır və ümumiləşdirir.
  
Qanın tərkibinə və hərəkətinə dair hesablamalar aparır.
Dərsə  başlamaq  üçün  beyin  həmləsi  üsulundan  istifadə  edərək  mövzunun  A 
blokunda verilmiş suallarla şagirdlərə müraciət etmək olar.
İstəsəniz, idraki fəallıq yaratmaq üçün suallar verib keçmiş bilikləri yada sal maq 
olar. Şagirdlər 6­cı sinif Biologiya fənnindən qanın tərkibi ilə tanışdırlar. Qanın 
formalı elementlərinin funksiyaları haqqında da mə lumatları vardır. Siz belə bir 
istiqamət  götürməlisiniz  ki,  şagirdlər  bu  formalı  elementlərin  quruluşunu, 
funksiyasını,  miqdarını,  harada  yaranmasını  və  parçalanmasını  bir­birindən 
fərqləndirsinlər.  Bunun  üçün  B  blokundakı  laboratoriya  işi  ilə  qanın  için dəki 
hüceyrələr mikroskopla müşahidə olunur və onların funksiyalarının for malarına 
uyğun olub­olmamaları müəyyənləşdirilir.
Şagirdlər eritrosit, leykosit və trombositlərin şəkillərini dəftərlərinə çəkib on ların 
funksiyalarını  araşdırmağa  başlaya  bilərlər.  Bu  məqsədlə  onlar  C  blokundan 
istifadə edə bilərlər. Onlar mətnlə tanış olduqca belə bir cədvəl çəkib fi kir lərini 
ora qeyd etmələrini tapşıra bilərsiniz.
Qanın formalı 
elementləri
Funksiyalar
Rəngləri
1 mm

qanda
Eritrosit
Leykosit
Trombosit
O


 
qaz daşımaq
Yad cisimləri məhv 
etmək
Laxtalanmanı 
təmin etmək
Qırmızı
Rəngsiz
Rəngsiz
4–5 milyon
4–10 min
150–400 min
Qanın  tərkibi  aydınlaşdırıldıqdan  sonra  onun  orqanizmdə  necə  dövr  etməsini 
müəyyənləşdirmək üçün yenə suallar verilib şagirdləri yeni tədqiqata yönəltmək 
olar.  Bu  zaman  müxtəlif  tablolar,  slaydlar  və  videomateriallardan  istifadə 


86

Yüklə 16,56 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə