Biologiya aze metodik



Yüklə 16,56 Mb.
Pdf görüntüsü
səhifə84/161
tarix11.04.2022
ölçüsü16,56 Mb.
#85312
növüDərslik
1   ...   80   81   82   83   84   85   86   87   ...   161
bio-8-ci-sinif-ucun-metodik-vasait

Təlim nəticələri
   
Təcrübələrlə ürəyin quruluşu və iş prinsipini izah edir və ümumiləşdirir.
  
Ürəyin iş prinsipinə dair hesablama aparır və ürəyin iş prinsipini izah edir. 
Dərsə  beyin  həmləsi  üsulundan  istifadə  etməklə  başlamaq  olar.  Şagirdlərdə 
idraki fəallıq yaratmaq üçün A blokundakı şəkillərə istinad etmək olar. Şagirdlər 
şəkilləri  müqayisə  edərək  müxtəlif  fikirlər  söyləyə  bilərlər.  Onların  fikirləri 
lövhədə və ya flipçartda yazıla bilər. Müzakirə nəticəsində bu fikrə gəlinməlidir 
ki, avto bus lar vahid bir mərkəzdən idarə olunduğu kimi, qan da ürəyin yığılıb­
açılması  nəticə sində  qan  damarlarına  vurulur.  Deməli,  qanın  damarlarda 
axmasını təmin edən ürək dir.
Şagirdləri  tədqiqata  yönəltmək  üçün  B1  blokundakı  laboratoriya  işini  həyata 
keçirmələrinə şərait yaradın. Bunu aparmaq o qədər də çətin deyil. Çünki hər 
yer dən  qoyun  və  ya  qaramal  ürəyi  tapmaq  mümkündür.  Təbii  ki,  bu  işdə 
müəllimin köməkliyi qaçılmazdır. Ancaq çalışın ki, şagirdlər özləri ürəyi kəssin, 
onun  daxili  quruluşunu  nəzərdən  keçirsinlər.  İşin  sonunda  bütün  kollektivlə 
sualları cavab lan dırmaq olar.
Sualları cavablandırarkən C blokunun müəyyən hissəsində istifadə etmək məq­
sədəuyğundur. Şagirdlər bu nəticəyə gəlirlər ki:
•  Ürək birləşdirici toxumadan əmələ gəlmiş ürək kisəsinin içində yerləşir. Ürək 
əzələsi ilə pərdə arasında sürtünməni azaltmaq üçün maye vardır.
•  Ürək  dörd  kameralıdır.  Sol  tərəfin  əzələləri,  xüsusən  sol  mədəciyin  əzələləri 
daha yaxşı inkişaf etmişdir. Bunun səbəbi böyük qan dövranının buradan baş­
lamasıdır. Ürəyin içində taylı və aypara qapaqlar vardır ki, bunlar qanın ge ri yə 
axmasına imkan vermir.


84

Yüklə 16,56 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə