Biologiya aze metodik



Yüklə 16,56 Mb.
Pdf görüntüsü
səhifə82/161
tarix11.04.2022
ölçüsü16,56 Mb.
#85312
növüDərslik
1   ...   78   79   80   81   82   83   84   85   ...   161
bio-8-ci-sinif-ucun-metodik-vasait

QAN-
DAMAR SİSTEMİ


81
BİOLOGİYA 
8
1
Alt standart
2.1.1. İnsan orqanizmində baş verən bioloji prosesləri izah edir.
Təlim nəticələri
   
İnsan orqanizminin daxili maye mühitini digər canlılarla müqayisə edir.
  
Daxili maye mühitinin funksiyalarını izah edir.
Şagirdlərin diqqətini A blokundakı şəkillərə cəlb edin. Şagirdlər şəkilləri mü qa­
yisə  edib  onlarda  olan  oxşarlıqları  müəyyənləşdirmək  üçün  müqayisələr  apar­
ma lı dırlar.  On ların  söylədiklərini  lövhədə  və  ya  flipçartda  qeyd  edin.  Müzakirə 
nəticəsində onlardan hansıların düz gün olduğunu müəyyənləşdirin. Şagirdlər bu 
qənaətə  gəlirlər  ki,  or qa nizmin  daxili  maye  mühiti  qidalı  maddələri,  oksigeni 
paylaşdıran  bir  sis tem dir.  Onlar  bunu  6­cı  sinif  Biologiya  dərslərində  qismən 
öyrənmişdilər.
Motivasiyanı BİBÖ üsulundan istifadə etməklə də yarada bilərsiniz.
Bilirəm
İstəyirəm bilim
Öyrəndim
Qan­damar sistemi
Limfa, toxuma mayesi
Cədvəli  dərsin  başlanğıcında  nümayiş  etdirib  (bunu  kağız  üzərində,  lövhəyə 
çəkilmiş  və  ya  videomaterial  şəklində  verə  bilərsiniz)  onun  birinci  hissəsini 
əvvəlki  biliklərə  əsasən  yazmaq  olar.  İkinci  hissə  C  blokundakı  mətnə  əsasən 
doldurula  bi lər.  Bunu  fasiləli  oxu  və  ya  fərdi  qaydada  oxudub  müzakirə 
aparmaqla  etmək  olar.  İkinci  hissəyə  limfa  və  toxuma  mayesi  yazılır.  Üçüncü 
hissəyə aid olan suallar dərsin sonunda şa girdlərdən alınıb ora yazıla bilər.
Tədqiqat mərhələsində mətndəki mövzuya aid şəkildən istifadə oluna bilər. Bu 
zaman belə bir sual verilə bilər ki, “Daxili maye mühitini təşkil edən mayelər bir­
biri ilə necə əlaqə saxlayır?” Şagirdlər C blokunun müəyyən hissəsini oxuyub bu 
qənaətə gəlməlidirlər ki, toxumalarda bilavasitə əlaqə nəticəsində müxtəlif mad­
də lər qandan toxuma mayesinə, oradan isə limfaya keçir. Toxumalarda limfada 
olan  mad dələr  də  birbaşa  qana  keçə  bilmir.  Onlar  toplanır  və  böyük  qan 
damarlarına tökülür.
Ümumiləşdirmə və nəticə mərhələsində bu qənaətə gəlinməlidir ki, insanın da­
şı yıcı sistemi yalnız qan­damar sistemi deyil.


82

Yüklə 16,56 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə