Biologiya aze metodik


SÜMÜK VƏ ƏZƏLƏ SİSTEMLƏRİ



Yüklə 16,56 Mb.
Pdf görüntüsü
səhifə79/161
tarix11.04.2022
ölçüsü16,56 Mb.
#85312
növüDərslik
1   ...   75   76   77   78   79   80   81   82   ...   161
bio-8-ci-sinif-ucun-metodik-vasait

 SÜMÜK VƏ ƏZƏLƏ SİSTEMLƏRİ
2
Şagirdlərdə  idraki  fəallıq  yaratmaq  üçün  onlara  əvvəlki  illərdə  bio lo giya  dərs­
lərindən  tanış  olduqları  A  blokunda  şə kil ləri  göstərib  suallar  verməklə  on ları 
yada salmaq olar. Onları şagirdlərə gös tər dikdən sonra “Bu əzələlərin funk si ya­
ları  nədir?”  sualını  verib  əzələlərin  or qa nizmdə  hərə kəti  təmin  etməsi  cavabı 
alınır.
Şagirdləri  tədqiqata  yönəltmək  üçün  B1  blokundakı  suallar  ətrafında  müzakirə 
aparmaq  olar.  Şagirdlər  qollarını  hərəkət  etdirir  və  istədikləri  vaxt  da yan dıra 
bilirlər.  Ancaq  onlar  mədənin,  bağırsaqların  və  s.  bəzi  daxili  orqanların  işinin 
onlardan asılı olmadığını söyləyirlər. Bu zaman şagirdlərə mədənin quruluşunu 
əks et dirən vi deogörüntü və ya slaydlar (şəkillər də ola bilər) göstərib onun əzə­
lə lə rinin  necə  yer ləşdiyini  nümayiş  etdirmək  olar.  Ürək  əzələsi,  skelet  əzələləri, 
mimik əzə lələrin quruluşunu əks etdirmək də məqsədəuyğundur.
C blokundakı mətnlə şagirdlərin tanış olması üçün fasiləli oxu üsulundan isti fadə 
etmək  olar.  Bu  zaman  şagirdlərin  diqqətini  sümük  birləşmələrinin  sxeminə  yö­
nəlt mək vacibdir. Onlar sxemi nəzərdən keçirir, sümük birləşmələrinin növləri ilə 
tanış  olur  və  onların  işini  fərqləndirirlər.  İnsanın  hərəkətində  sü mük  birləş mə­
lərinin də rolunun olması qənaətinə gəlirlər.
B2 blokundakı fəaliyyət zamanı şagirdlər bu qənaətə gəlirlər ki, skelet əzələsi öz 
quruluşuna  görə  saya  əzələdən  fərqlənir.  Ona  görə  də  onun  işi  iradi,  saya 
əzələsinin  işi  isə  qeyri­iradidir.  Ürək  əzələsi  isə  işinə  görə  saya  əzələyə, 
quruluşuna görə isə skelet əzələsinə oxşayır. Sonda şagirdlər bu qənaətə gəlirlər 
ki,  insan  skelet,  əzələlər  və  onların  birləşməsi  nəticəsində  hərəkət  edir.  
F blokundakı tapşırıqlardan yaradıcı tətbiqetmədə istifadə edə bilərsiniz.
Alt standartlar
1.1.3.  Canlıların  quruluşunu  öyrənmək  üçün  təcrübələr  aparır  və  nəticələrini 
izah edir.
2.1.1. İnsan orqanizmində baş verən bioloji prosesləri izah edir.

Yüklə 16,56 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə