74
SÜMÜK VƏ ƏZƏLƏ SİSTEMLƏRİ
Dərsə başlayarkən A blokundakı şəkillərə uyğun slaydlar və ya elektron təq
dimat nümayiş etdirilə bilər. Bu zaman “?” işarəsinin yerinə hansı şəkil yerləşdi
rilə bilər? Bu sualın cavabı tapıldıqdan sonra “Dayaqhərə kət aparatı nədir? Or
qanizmin dayaqhərəkət aparatına nə üçün ehtiyacı var? Hansı səbəbdən uşaq
larda sı nıq lara az rast gəlinir, ancaq qoca larda bunun baş verməsi üçün bir dəfə
yıxılmaq kifayət edir?” sualları ilə müraciət etmək məqsədə uy ğundur. Şa gird
lərdən alınan ca vablar qeyd olunur.
Bundan sonra “B” blokundakı tapşırığın icrasına başlanılmalıdır.
Şagirdlər təcrübə nəticəsində müəyyən etməlidirlər ki, sümüklərin tərkibi həm
qeyriüzvi maddələrdən, həm də üzvi maddələrdən təşkil olunmuşdur. Üzvi
mad də lər sümüyə elastiklik, mineral maddələr isə sərtlik verir. Uşaqlarda sü
mük lər də üzvi maddələr çox olduğuna görə onlar elastik, yaşlılarda mineral
mad də lər çox ol du ğuna görə onların sümükləri kövrək olur.
C blokundakı şərh fasiləli oxu, İNSERT, kiçik qruplarla iş və s. üsullardan is ti fa də
etməklə aparıla bilər. Bu zaman sümüklərin formalarını müəyyənləşdirmək üçün
slaydlardan, şəkillərdən, hətta sümüklərdən istifadə etmək olar. Şagirdlər sü
mük lərin uzun, qısa, yastı və qarışıq formalarını fərqləndirirlər.
https://www.youtube.com/watch?v=yWmO0mAm5Z8
Şagirdlər insan skeletinin dik yeriməklə əmələ gələn dəyişikliklərini də yad la rına
salsın deyə siz onlara tapşırıqlar verə bilərsiniz. Onlar müqayisə nə ti cə sində bu
qənaətə gəlməlidirlər ki, insanda onurğanın əyrilikləri, ayaq tağının əmələ gəl
mə si, döş qəfəsinin yanlara doğru genişlənməsi, baş barmağın digər bar
maqlarla qarşılaşması, aşağı ətrafların daha güclü olması dik yerişlə əlaqədardır.
1
Alt standartlar
1.1.3. Canlıların quruluşunu öyrənmək üçün təcrübələr aparır və nəticələrini
izah edir.
2.1.3. İnsan orqanizmində baş verən bioloji proseslərə dair təcrübələr və ri yazi
hesablamalar aparır və nəticələrini ümumiləşdirir.
Dostları ilə paylaş: