Biologiya aze metodik



Yüklə 16,56 Mb.
Pdf görüntüsü
səhifə80/161
tarix11.04.2022
ölçüsü16,56 Mb.
#85312
növüDərslik
1   ...   76   77   78   79   80   81   82   83   ...   161
bio-8-ci-sinif-ucun-metodik-vasait

Təlim nəticələri
   
Əzələlərin quruluşunu öyrənmək üçün təcrübə aparır, nəticələri izah edir.
  
 Əzələlərin, bağların və oynaqların orqanizmdəki rolunu izah edir.


77
BİOLOGİYA 
8
Qiymətləndirmə.
 
Təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar 
üzrə qiymət lən dirə bilərsiniz:
  
Fərqləndirmə
  
İzahetmə
I
II
III
IV
Əzələlərin qurulu­
şunu öyrənmək 
üçün təcrübə apar­
maqda, nəticələri 
izah etməkdə 
çətinlik çəkir.
Əzələlərin quru­
luşunu öyrənmək 
üçün təcrübə apa­
rır, nəticələrini izah 
etməkdə çətinlik 
çəkir.
Əzələlərin quru­
luşunu öyrənmək 
üçün təcrübə 
apa rır, nəticələri 
müəllimin kömə­
yi ilə izah edir.
Əzələlərin qu ru­
luşunu öyrənmək 
üçün təcrübə 
aparır, nə ticələri 
sərbəst izah edir.
Əzələ, oynaq və 
bağların orqaniz m­
dəki rolunu izah 
etməkdə çətinlik 
çəkir.
Əzələ, oynaq və 
bağların orqanizm­
dəki rolunu izah 
edərkən səhvlərə 
yol verir.
Əzələ, oynaq 
və bağların 
orqanizm dəki 
rolunu müəllimin 
köməyi ilə izah 
edir.
Əzələ, oynaq və 
bağların orqa­
nizmdəki rolunu 
sərbəst izah edir.


78
 SÜMÜK VƏ ƏZƏLƏ SİSTEMLƏRİ
3
Alt standartlar
2.1.1. İnsan orqanizmində baş verən bioloji prosesləri izah edir.
3.2.2. Xəstəliklər, zədələnmələr zamanı ilkin yardım göstərir.
Təlim nəticələri
   
İnsan orqanizmində əzələlərin hərəkət funksiyasını izah edir.
   
İnsanın sümük və əzələ sistemində baş verən zədələnmələr zamanı ilk yardım 
göstərir.
Mövzu ilə bağlı olan 3.2.2. standartı sırf praktik fəaliyyət tələb etdiyindən illik 
planda bu mövzunun tədrisinə 2 saat vaxt ayrılmışdır. Birinci dərs saatında şa­
gird lər  nəzəri  materialla  tanış  olmalı,  ikinci  dərs  saatında  isə  praktik  fəaliyyət 
gös tər mə li dirlər.
Dərsə A blokunda verilmiş motivasiya ilə başlaya bilərsiniz. Bu zaman şagirdlər 
Həyat bilgisi fənnindən əldə etdikləri biliklər əsasında həmin sualları cavab lan­
dıra bilərlər.
B blokundakı tapşırıq cütlərdə və yaxud kollektivdə icra oluna bilər. Bu məq sədlə 
şagirdlərə dayaq­hərəkət sistemində baş verən zədələnmələrə dair əlavə şəkil­
lərin  də  paylanılması  məqsədəuyğundur.  Tapşırıq  kollektivdə  icra  olunarsa,  bu 
za ma n  elektron  təqdimatdan  istifadə  oluna  bilər.  Tapşırığın  icrası  zamanı 
şagirdlər  aşa ğı  siniflərdən  Həyat  bilgisi  fənnindən  əldə  etdikləri  bilik  və 
bacarıqlara, mü şa hidələrə əsaslanmalıdırlar.
C blokundakı mətni fasiləli oxu üsulu ilə oxudub hissə­hissə müzakirə apar maq 
olar.  Əzələlərin  hər  birinin  orqanizmdə  yerinə  yetirdiyi  funk si yaları  şagirdlərlə 
mü zakirə edərək aydınlaşdırmaq olar. Şagirdlərin fikrini əzələlərin işləməsi üçün 
enerjini  qi da la rın  verdiyinə  yönəltməklə  onların  düzgün  qidalanmaları  üçün 
hansı qidalardan isti fadə edəcəyini də müzakirə obyektinə çevirmək olar.
C  blokundakı  ilk  yardımları  praktik  olaraq  icra  etmək  vacibdir.  Buna  görə  yar­
dımlarda istifadə olunan vasitələri (sarğı materialı, şina və s.) və onlardan istifadə 
qay dalarını nümayiş etdirmək lazımdır. Bunun üçün müxtəlif plakatlardan, slayd­
lardan, videoçarxlardan istifadə etmək olar.


79

Yüklə 16,56 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə