502
səni bir çox bəlalara məruz qoyacaq. Bu zaman sən çətin
ki, məyusluqdan və əlacsızlıqdan qaça biləcəksən. Mənim
balam, sənin həyat yoldaşına hörmətini itirdiyini görərkən
düşəcəyim dərddən məni xilas et. Sən əslində bunun nə
demək olduğunu pis təsəvvür edirsən.
Daha da həyəcanlanan Elizabet ciddi və səmimi cavab
verdi. Darsinin gerçək seçdiyi olduğuna onu təkrarən
əmin edən Elizabet atasına bu insana qarşı münasibətinin
necə tədricən dəyişdiyini danışdı. Onun məziyyətlərini
vəcdlə sadalayaraq, o Darsinin ona məhəbbətinin ötəri
macəra olmadığına mütləq mənada əminliyini ifadə etdi,
dedi ki, çünki bu sevgi qarşı duyğular olmadan artıq bir
neçə ay ərzində ciddi sınağa tab gətirib. Axırda o, mister
Bennetin inamsızlığını dağıtmağa müyəssər oldu və onu
özünün qarşıda duran evliliyi ilə barışdırdı.
— Yaxşı, əzizim, — Elizabet susanda o dilləndi. —
Daha mənim sənə sözüm yoxdur. Eşitdiyimin hamısı
doğrudursa, o sənin ərin olmağa layiqdir. Mən səninlə
daha az ləyaqətli adamın xətrinə ayrıla bilməzdim, Lizzi.
Nişanlısını mister Bennetin gözündə bir az da
qaldırmaq üçün o, atasına Darsinin Lidiya üçün könüllü
şəkildə etdiklərini danışdı.
— Bu gün doğrudan da möcüzələr axşamıdır! Demək,
bütün bu danışıqlar, toy sazişinin məsrəfləri, Uikhemin
borclarının ödənməsi və zabit patentinin alınması —
hamısı Darsinin işidir? Nə olar, lap yaxşı. Bu məni bir çox
qayğı və xərclərdən azad edir. Hər şeyi dayın etmiş
olsaydı, mənim onunla hesablaşmağım lazım gələrdi.
downloaded from KitabYurdu.org
503
Ancaq bu şiddətlə sevən gənclər həmişə özlərinə məxsus
şəkildə hərəkət edirlər. Sabah mən ona borcunu
qaytarmağımı təklif edəcəyəm. O, etiraz etməyə və hər
cür cəfəngiyat danışmağa, sənə olan ehtiraslı sevgisində
israr göstərməyə başlayacaq. O zaman bu məsələ də
beləcə bitəcək.
Bu yerə mister Bennet bir neçə gün öncə mister
Kollinzin məktubunun oxunduğu vaxt qızının necə
utandığını xatırladı. Bir xeyli rişxənd etdikdən sonra o,
nəhayət, qızı buraxaraq dedi:
— Hansısa gənclər Meri və Kitti üçün gəlsələr, onları
yanıma yönəldə bilərsən, bu saat boş vaxtım var.
Elizabetin ürəyindən böyük ağırlıq götürüldü. Öz
otağında yanm saat fikrini cəmləyəndən sonra o, qonaq
otağına qayıtmaq üçün kifayət qədər sakitləşdi. Şənliyə
qapılmağı bacarması üçün keçirdiyi həyəcan onun
yaddaşında hələ çox təzə idi. Axşamın geridə qalan
hissəsi sakit keçdi. Ancaq bundan belə, artıq onun
qorxacağı bir şey qalmamışdı və tədricən rahatlıq və
arxayınlıq hissi qızı çulğadı.
Anası yuxudan öncə öz qarderob otağına qalxdığı vaxt
Elizabet onun ardınca getdi və vacib yeniliyi ona xəbər
verdi. Bu sözlər ona sarsıdıcı təsir göstərdi. Missis
Elizabet onlan dinləyərək, bir müddət nəsə demək
iqtidannda olmadan tam susqun halda oturdu. Adətən
onun ağlı qızları üçün sərfəli, yaxud da onlann
pərəstişkarlarına uzaqdan-uzağa aid olan hər şeyi kifayət
qədər tez tutsa da, Elizabetin ona danışdıqlarının mənasını
downloaded from KitabYurdu.org
504
kəsdirməsi üçün xeyli vaxt keçdi. Axırda o özünə
gəlməyə başladı və kresloda qurcalandı, sıçradı, oturdu,
heyrətləndi və taleyinə şükür etdi.
— İlahi! Göylərin xeyir-duası! İşə bir bax! Başıma
gələnlər! Mister Darsi! Kim təsəvvür edə bilərdi? Bu,
gerçəkdən də həqiqətdir? Lizzi, ürəyim mənim! Sən necə
də zəngin və nəcib olacaqsan! Xırda məsrəflərə sənin
çoxlu pulun olacaq! Nə qədər zinət əşyaları, karetalar!
Ceyn hətta səninlə müqayisə belə oluna bilməyəcək! Mən
elə vəcdə gəlmişəm ki, elə xoşbəxtəm ki! Necə də
füsunkar gəncdir! Çox qədd-qamətlidir! Necə hündürdür!
Ah, Lizzi, əzizim! Allah xatirinə, əvvəllər onu
sevmədiyimə görə üzrxahlıq et. Ümidvaram ki, o bunu
unudacaq. Ürəyim, ürəyim, Lizzi! Şəhərdə ev! Hər cür
təmtəraq! Üç ailəli qız! İldə on min! İlahi! Mənə nə
olacaq? Ağlımı itirirəm.
Onun razılaşdığına şübhə etməmək üçün bu qədər
kifayət idi. Elizabet anasının bütün ürəkdən gələn
izharlarının tək özünün dinlədiyinə sevinə-sevinə, tezliklə
öz otağına getdi. Ancaq ona təklikdə yalnız üç dəqiqə
qalmaq qismət oldu. Missis Bennet özü onun otağına
qaçıb gəldi.
— Mənim qızcığazım! İldə on min, ola bilər, hətta
daha çox! Bu, lorda ərə getmək kimi bir şeydir! Və xüsusi
icazə — sən mütləq xüsusi icazə ilə ərə getməlisən.
Ancaq, mənim əzizim, de
görüm, mister Darsi naharda hansı yeməyi daha çox
sevir? Mən sabah onu bişirmək tapşırığı verərəm.
downloaded from KitabYurdu.org
505
Bu, anasının onun nişanlısı ilə gələcək davranışına
dair o qədər də yaxşı əlamət deyildi. Elizabet başa düşdü
ki, hətta mister Darsinin ona qarşı ən zərif bağlılığına
əmin olduqdan və valideynlərinin razılığını əldə etdikdən
sonra da onun gerçəkləşməyən arzuları qalacaq. Fəqət
səhər onun gözlədiyindən də daha yaxşı keçdi. Missis
Bennet gələcək kürəkəni qarşısında elə bir pərəstiş hissi
keçirirdi ki, ona hər hansı bir xidmət göstərmək və ya
onun rəyi ilə razılaşdığını bildirmə hallarından başqa
onunla danışmaq iqtidannda deyildi.
Elizabet atasının Darsi ilə yaxından tanış olmağa
çalışdığını görərək sevindi. Tezliklə mister Bennet qızı
əmin etdi ki, hər keçən saatla onun Darsi barədə rəyi daha
da yaxşılaşır.
— Hər üç kürəkən mənə möhtəşəm görünür. Düzü,
qorxuram, Uikhem mənim sevimlim olaraq qalacaq.
Ancaq
sənin ərin mənim xoşuma gələcək, ola bilər ki, Binqlidən
az olmayaraq.
XVIII
FƏSİL
Elizabet tezliklə mister Darsidən ona necə vurulması
barədə cavab tələb etməyə yetəcək qədər şən ovqata sahib
oldu.
— Bu nədən başladı? — o soruşdu. — Sonrakı
gedişləri təsəvvür edirəm, ancaq birinci təkan nə oldu?
— Bu saat mənə ilk addımın atıldığı müəyyən bir saatı
və ya məkanı, eləcə də baxışı, yaxud sözü demək çətindir.
Bu, lap çoxdan olub. Mən mənə nə olduğunu yalnız o vaxt
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |