Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə127/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   120   121   122   123   124   125   126   127   128

506 

 

anladım ki, artıq yolun yarısında idim. 



— Əvvəlcə  mənim  zahiri  görünüşüm  sizə  xoş 

gəlməmişdi,  elə  deyilmi?  Maneralarıma  gəlincə,  sizinlə 

rəftarım  həmişə  nəzakətsizlik  həddində  idi.  Elə  bir  hal 

olmurdu  ki,  sizinlə  danışanda  mən  sizi  incitməyə 

çalışmayım. Əslində siz mənə mənim dikbaşlığıma görə 

vurulmamısınız ki? 

— Mən sizi iti ağlınıza görə sevdim. 

— Siz  onu  tam  dikbaşlıq  adlandıra  bilərsiniz.  Bəli, 

demək  olar,  belə  də  vardı.  Axı  iş  bunda  idi  ki,  bütün 

ətrafinızdakılann 

sizə  yanaşmalannda  olan  lütfkarlıq,  diqqətcillik  və 

yannma sizi bıqdırmışdı. Siz düşüncələrində, gözlərində 

və  dillərində  sizin  rəğbətinizi  necəsə  qazanmaq  istəyən 

qadınlardan  iyrənirdiniz.  Mən  sizin  diqqətinizi  və 

marağınızı 

özümə 


məhz 

onlara 


qətiyyən 

bənzəməməyimlə  cəlb  etdim.  Sizin  ürəyiniz  qızıl 

olmasaydı, siz buna görə mənə nifrət edərdiniz. Ancaq nə 

qədər  öz  əsl  təbiətinizi  gizlətməyə  çalışsanız  da, 

hissləriniz həmişə nəcib və ədalətli idi. Siz qəlbinizdə sizə 

səylə  qayğı  göstərən  hər  kəsə  dərin  ikrah  bəsləyirdiniz. 

Əslində bütün hallan nəzərə alaraq, bu dediklərim mənə 

məntiqli görünür. Əlbəttə, mənim əsl məziyyətlərimə siz 

şübhə belə etmirsiniz. Ancaq vurulan zaman onlar barədə 

düşünmürlər. 

— Məgər siz Ceynin Nezerfilddə xəstələndiyi zaman 

onun qayğısına şəfqətlə qalaraq öz xeyirxahlığınızı sübut 

etməmişdiniz? 

downloaded from KitabYurdu.org




507 

 

— Ceyn  mələkdir!  Onun  üçün  kim  elə  etməzdi? 



Ancaq qoy bu sizə yaxşılıq kimi görünsün. Mənim yaxşı 

keyfiyyətlərim  indi  sizin  himayəniz  altındadır  və  siz 

onları  bacardığınız  qədər  çox  tərifləməlisiniz.  Mənə  isə 

yaraşan odur ki, cavab olaraq sizinlə 

dalaşmaq və sizi cırnatmaq üçün istənilən bəhanəni tapım. 

Mən  buna  ləngimədən  girişməyə  hazırlaşıram.  İcazə 

verin,  soruşum  ki,  nə  üçün  siz  uzun  müddət  qəti  eşq 

etirafından  yayındınız?  Sizi  ilik  ziyarətiniz  zamanı  və 

sonra  Binqli  ilə  bizdə  nahar  edən  vaxt  məndən  inadla 

kənar durmağa nə vadar edirdi? Siz axı özünüzü, xüsusilə 

də  ilk  ziyarətiniz  vaxtı  elə  aparırdınız  ki,  guya  mənimlə 

heç bir işiniz yoxdur. 

— Sizin əlçatmaz və qaşqabaqlı görkəminiz vardı. Və 

siz məni heç nəylə həvəsləndirmirdiniz. 

— 

Ancaq mən utanırdım axı. 



— 

Mən də. 


— 

Siz  bizə  nahara  gələndə  mənimlə  danışa 

bilmirdiniz? 

— 

Daha  az  duyğu  bəsləyən  insan,  yəqin  ki,  danışa 



bilərdi. 

— Bədbəxtliyə bax. Sizdə hər şeyə məntiqli bəhanələr 

tapılır.  Mən  isə  nə  qədər  dərrakəli  oluram  ki,  onlarla 

dərhal  razılaşıram.  Ancaq  maraqlıdır,  özünüzə  qalsaydı, 

eşq etirafını hələ çox təxirə salacaqdınız? Mən özüm bunu 

xahiş etməsəydim, nəhayət, siz mənə nə vaxt sevgi etirafı 

edəcəkdiniz?  Düzdürmü,  mənim  Lidiyanm  xilası  üçün 

sizə 


downloaded from KitabYurdu.org


508 

 

minnətdarlıq  etmək  barədə  qərarım  heç  də  az  rol 



oynamadı? Qorxuram ki, hətta yolverilməz dərəcədə rol 

oynayıb.  Biz  öz  xoşbəxtliyimizi  dilimizi  saxlamaq 

vədimizin 

pozulması 

üzərində 

qursaq, 


hansı 

mənəviyyatsızlığa gedib çıxacağıq? İşlərimiz pisdir! 

— Siz  məyus  olmamalısınız.  Və  öz  əxlaq 

prinsiplərinizə 

görə 

əndişələnməyin. 



Mənim 

qətiyyətsizliyimə  bizi  qabalıqla  ayırmağa  çalışan  xalam 

son  qoydu.  Bugünkü  xoşbəxtliyə  görə  sizin  mənə 

minnətdarlıq bildirmək qətiyyətinizə borclu deyiləm. Mən 

ilk addımı sizin atmağınızı gözləməyə hazırlaşmırdım. 

Ledi  Ketrinin  xəbərləri  mənə  ümidlənmək  imkanı  verdi 

və qərara gəldim ki, öz hökmüm barədə dərhal öyrənim. 

— Ledi Ketrin bizə qiymətsiz xidmət göstərdi. Bu onu 

sevindirməlidir. Hər yerdə faydalı olmaq onun şövqüdür. 

Ancaq  deyin  görüm  siz  Nezerfildə  nə  məqsədlə 

gəlmişdiniz?  Doğrudanmı  Lonqbornu  ziyarət  etdiyiniz 

vaxt  özünüzü  utanmış  hiss  etməyinizə  görə?  Yaxud  da 

sizin daha uzaq gedən planlarınız vardı? 

— Mənim əsl məqsədim sizi görmək idi. Başa düşmək 

istəyirdim ki,  sizin  sevginizi  qazanmaqçün hər hansı  bir 

ümid varmı. Özümə isə yalnız bir şeyi etiraf etmişdim — 

yoxlamaq  istəyirdim  ki,  bacınız  Binqliyə  bağlılığını 

qoruyub saxlayıbını. Qərara gəlmişdim ki, bu barədə əmin 

olsam, onlann qarşısında günahımı etiraf edim. Bir qədər 

sonra mən gerçəkdən də elə hərəkət etdim. 

— Sizin  nə  vaxtsa  cəsarətiniz  çatacaqmı  ki,  ledi 

Ketrinə onu nə gözlədiyini xəbər verəsiniz? 

downloaded from KitabYurdu.org



509 

 

— Daha çox məndə cəsarət yox, vaxt çatışmır. Ancaq 



bu edilməlidir və siz mənə bir vərəq kağız versəniz, bunu 

dərhal edərəm. 

— Ancaq  mən,  özüm  də  məktub  yazmaq  üçün 

oturmasaydım, sizinlə yanaşı oturardım və bir vaxtlar bir 

gənc  ledinin  etdiyi  kimi  sizin  sətirləri  rəvan  düzmək 

bacarığınıza valeh olardım. Ancaq mənim də xalam var. 

Və mənim onu daha artıq unutmaq haqqım yoxdur. 

Elizabet  miss  Qardinerin  təfərrüatlı  məktubuna  hələ 

də  cavab  yazmamışdı.  Bir  ara  ona  missis  Qardinerin 

onunla 


mister Darsi arasındakı münasibətlər barədə təxminlərinin 

çox şişirdilmiş olmasını etiraf etmək çətin idi. Ancaq indi 

Elizabet ona qeyri-adi xoş xəbəri verə bilərdi. O, dayısının 

və  xanımının  onun  xoşbəxtliyinə  görə  sevinəcəkləri  üç 

günü  itirdiklərini  xatırlayaraq  özünü  xəcalətli  hiss  etdi. 

Ona görə də onlara belə bir ismanş göndərdi: 

“Mənim əziz xalacığun, Sizin əhatəli, dostyana və bu 

qədər 


qənaətbəxş 

cavabuuza  görə  mən  dərhal 

minnətdarlıq  bildirməliydim.  Ancaq  düzünü  desəm, 

yazmaq mənə çətin idi. Siz öz təxminlərinizlə hadisələri 

qabaqladınız. Əvəzində indi Siz ai'tıq istədiyiniz hər şeyi 

ehtimal edə bilərsiniz. Öz təxəyyülünüzə sərbəstlik verin. 

Ona  təsəvvürünüzdəki  istənilən  mənzərəni  əks  etdirmək 

imkanı  tanıyın.  Yenə  də  mənim  ərə  getməyim  Sizin 

ağlınıza gəlməsə, Siz elə də möhkəm yanılmayacaqsınız. 

Ötən dəfəki məktubunuzda olduğu kimi, yenə də mənim 

yarımın keyfiyyətlərini sadalayai'aq mənə daha geniş və 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə