BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə56/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   52   53   54   55   56   57   58   59   ...   62

AYƏ 152:


﴿ وَالَّذِينَ آمَنُواْ بِاللّهِ وَرُسُلِهِ وَلَمْ يُفَرِّقُواْ بَيْنَ أَحَدٍ مِّنْهُمْ أُوْلَـئِكَ سَوْفَ يُؤْتِيهِمْ أُجُورَهُمْ وَكَانَ اللّهُ غَفُورًا رَّحِيمًا ﴾

TƏRCÜMƏ:


«Allah tezliklə Ona Onun peyğəmbərlərinə iman gətirib onların heç biri arasında ayrı-seçkilik salmayan (onların hamısını təsdiq edən) kəslərin mükafatlarını verəcəkdir. Allah həmişə çox bağışlayan mehribandır

TƏFSİR:


Bu ayədə möminlərin vəziyyətinə və onların gözəl axır-aqibətlərinə işarə edilir və buyurulur: Allaha və Onun bütün peyğəmbərlərinə iman gətirərək onların heç birinin arasında fərq qoymayanların (və bu işdə tam təslimçilik və ixlas ruhiyyəsi ilə haqq qarşısında təslim olub hər növ yersiz təəssüblə mübarizə edənlərin) mükafatını Allah tezliklə verəcəkdir.

Ayənin axırında xatırladılır ki, əgər möminlərdən bu qismi keçmişdə belə yersiz təəssüblərə yol vermiş, təfriqələrə və sair günahlara mürtəkib olmuşlarsa, imanlarını xalis edib Allaha doğru qayıtdıqları təqdirdə Allah onları bağışlayar. Allah bağışlayan və mehribandır.


AYƏ 153:


﴿يَسْأَلُكَ أَهْلُ الْكِتَابِ أَن تُنَزِّلَ عَلَيْهِمْ كِتَابًا مِّنَ السَّمَاء فَقَدْ سَأَلُواْ مُوسَى أَكْبَرَ مِن ذَلِكَ فَقَالُواْ أَرِنَا اللّهِ جَهْرَةً فَأَخَذَتْهُمُ الصَّاعِقَةُ بِظُلْمِهِمْ ثُمَّ اتَّخَذُواْ الْعِجْلَ مِن بَعْدِ مَا جَاءتْهُمُ الْبَيِّنَاتُ فَعَفَوْنَا عَن ذَلِكَ وَآتَيْنَا مُوسَى سُلْطَانًا مُّبِينًا﴾

TƏRCÜMƏ:


«Kitab əhli səndən onlar üçün səmadan bir kitab endirməyini istəyirlər! Əlbəttə onlar Musadan bundan da böyüyünü istəyib «Allahı aşkar şəkildə bizə göstərdedilər. Beləliklə zülmlərinə görə onları ildırım vurdu. Yenə onlara aşkar dəlillər gəldikdən sonra buzovu özlərinə tanrı etdilər. Onda Biz bundan da keçdik Musaya aydın dəlil-sübut ( aşkar qüdrət) verdik

TƏFSİR:


Yəhudilər Peyğəmbəri-Əkrəmə (s) deyirdilər ki, gərək Quran da Tövrat kimi bir yerdə nazil olsun. Bu da sırf bəhanədən başqa bir şey deyildi. Allah onların barəsində buyurur: «Hətta Quranı bir yerdə, yazılı bir kağız üzərində hiss etdikləri bir şəkildə nazil etsəydik, yenə kafirlər onu cadu hesab edərdilər.»50

Bəni-İsrail tayfası haqqı axtarmırdı. Çünki bu qədər möcüzə gətirilməsinə baxmayaraq, yenə də danaya pərəstiş etmişdilər. Buna görə də ayənin davamında müsəlmanlara xatırladılır ki, kafirlərin iman gətirməməsindən nigaran və narahat olmasınlar, çünki bütün peyğəmbərlərin qarşısında inadkarlar olmuşlar. (Başqalarının dərdi ilə tanış olmaq bizim dərdlərimizə də bir məlhəm olar.)



Diqqət yetirmək lazımdır ki, haqqın inkar edilməsi və əqidə azğınlığına düşməyin ardınca Allahın qəhr və qəzəbi elə bu dünyada nazil olur. Amma peyğəmbərlər həmişə Allah tərəfindən himayə olunmuşlar.

AYƏ 154:


﴿ وَرَفَعْنَا فَوْقَهُمُ الطُّورَ بِمِيثَاقِهِمْ وَقُلْنَا لَهُمُ ادْخُلُواْ الْبَابَ سُجَّدًا وَقُلْنَا لَهُمْ لاَ تَعْدُواْ فِي السَّبْتِ وَأَخَذْنَا مِنْهُم مِّيثَاقًا غَلِيظًا ﴾

TƏRCÜMƏ:


«Tur dağını əhd-peymanlarına görə (Tövratı qəbul ona əməl etmək barəsində əhd-peyman bağlamaq üçün) onların başı üzərinə qaldırdıq onlara «bu qapıdan (Beytül-Müqəddəsin qapısından) səcdə edən halda (tam təvazökarlıqla) daxil olun» dedik. Onlara həmçinin «şənbə günü (balıq ovlamağın haramlığı) həddi(ni) aşmayın» dedik Onlardan möhkəm bir əhd-peyman aldıq

TƏFSİR:


Bu ayədə buyurulur ki, Bəni-İsrail tayfası (yəhudilər) qəflət yuxusundan ayılmadılar, qürur və inadkarlıqlarından əl çəkmədilər. Buna görə də Biz Tur dağını onların başları üzərində hərəkətə gətirdik. Həmin halda onlardan əhd-peyman aldıq və onlara buyurduq ki, öz günahlarınızdan tövbə əlaməti olaraq Beytül-Müqəddəsin qapısından xüzu və xüşu halətində daxil olun. Həmçinin onlara təkid etdik ki, şənbə günündə ticarətdən əl çəkinsinlər, təcavüzkarlıq yolunu tutmasınlar (həmin günlərdə ovlanması haram olan balıqlardan istifadə etməsinlər) və bütün bunlar haqqında onlardan möhkəm əhd-peyman aldıq. Ancaq onlar bu təkidli əhd-peymanların heç birinə vəfa etmədilər.

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə