BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 1,21 Mb.
səhifə45/53
tarix19.10.2018
ölçüsü1,21 Mb.
#75196
1   ...   41   42   43   44   45   46   47   48   ...   53

AYƏ 141:


﴿وَهُوَ الَّذِي أَنشَأَ جَنَّاتٍ مَّعْرُوشَاتٍ وَغَيْرَ مَعْرُوشَاتٍ وَالنَّخْلَ وَالزَّرْعَ مُخْتَلِفًا أُكُلُهُ وَالزَّيْتُونَ وَالرُّمَّانَ مُتَشَابِهًا وَغَيْرَ مُتَشَابِهٍ كُلُواْ مِن ثَمَرِهِ إِذَا أَثْمَرَ وَآتُواْ حَقَّهُ يَوْمَ حَصَادِهِ وَلاَ تُسْرِفُواْ إِنَّهُ لاَ يُحِبُّ الْمُسْرِفِينَ﴾

TƏRCÜMƏ:


«Çardaq üzərində olan çardaqsız bağları, xurma ağacını, müxtəlif məhsullu əkini bir-birinə oxşayan oxşamayan zeytunu narı yaradan Odur. Bar verən zaman onların meyvə məhsulundan yeyin onun (Allahın) haqqını biçin ( məhsul yığılan) gün verin. (Yeməkdə verməkdə) israf etməyin ki, həqiqətən, Allah israf edənləri sevmir

TƏFSİR:


Burada Mütəal Allah üzüm bağlarının və əkin sahələrinin yaradılmasına işarə edir. «Məruşat» (yerə sərilməmiş) özləri ayaq üstə dayana bilən bitkilərə, qeyri-məruşat (yerə sərilmiş) isə özləri ayaq üstə dayana bilməyən, yerin üstünə sərilən bitkilərə deyilir.

Ayədə buyurulur ki, Allah-təala xurma ağacları və əkin sahələrini vücuda gətirmişdir. Halbuki, onların meyvələri və məhsulları rəng, dad, həcm, iy baxımından tamamilə fərqlənir.

Həmçinin zeytun və nar ağaclarını vücuda gətirdi, halbuki, onlardan bəziləri dad, rəng və həcm baxımından bir-birinə oxşayır, bəzilərinin isə heç bir oxşarlığı yoxdur.

«Bar verdiyi vaxt meyvələrindən yeyin» cümləsindən məlum olur ki, meyvənin zahir olduğu vaxtdan etibarən onun yeyilməsi caizdir. Belə fikirləşilməsin ki, onun yetişdiyi vaxta qədər gözləyib, yalnız o vaxt yemək caizdir, başqa hallarda isə yox.

«Meyvəni dərdiyiniz vaxt onun haqqını verin» cümləsində «haqq» dedikdə məqsəd bağ sahibləri və əkinçilərin fəqirlərə infaq etdiyi biçilmiş taxıl və meyvə dolu kisələrdir. Bu nəzəriyyə məsum imamlardan (ə) rəvayət olunmuşdur. Bəziləri demişlər ki, məqsəd onda bir və ya iyirmidə-birə şamil olan zəkatdır və məqsəd budur ki, bu infaqı imkan olan vaxtın əvvəlindən təxirə salmayasınız.

Sonra buyurulur ki, «bu barədə israfa yol verməyin», yəni onun hamısını sədəqə olaraq verib, öz ailənizi məhrum etməyin.


AYƏ 142:


﴿ وَمِنَ الأَنْعَامِ حَمُولَةً وَفَرْشًا كُلُواْ مِمَّا رَزَقَكُمُ اللّهُ وَلاَ تَتَّبِعُواْ خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ ﴾

TƏRCÜMƏ:


«Həmçinin dördayaqlılardan böyük kiçik, yun tük verən, minilən, yük daşıyan yeyilən heyvanlar (yaratdı). Allahın ruzi olaraq sizə verdiyindən yeyin ( bəhrələnin) (özünüzdən halal-haram qanunlar çıxarmaq haram işlər görməklə) Şeytanın addımlarına tabe olmayın ki, həqiqətən o, sizin açıq-aşkar düşməninizdir

TƏFSİR:


«Fərş» kəlməsində məqsəd qoyun kimi bəzi heyvanlardır ki, bədənləri yerə yaxın olduğuna görə fərş hesablanır, yaxud onun yunundan və ya dərisindən döşəmə hazırlanır. «Nəhl» surəsinin 80-ci ayəsində də heyvanların yunundan, tükündən və dərisindən istifadə olunmasına işarə edilmişdir.

Əvvəlki ayədə bəzi meyvələrin adı qeyd olunmuşdu. Bu ayədə isə heyvanların xeyir-bərəkətlərindən söz açılır. Deməli, «həmulə və fərş» kəlmələri əvvəlki ayədəki «meyvə və bağlar»a bağlanır.



Müfəssirlərin çoxu demişlər ki, «həmulə» dedikdə yükdaşıyan, «fərş» dedikdə isə yük daşımayan heyvanlar nəzərdə tutulur. Əvvəlki ayədə əkinçiliyə, burada isə maldarlığa işarə olunub. Buna əsasən, yaradılış dünyasında hər bir şey müəyyən hədəf və hikmət əsasında xəlq olunub insanın ixtiyarına verilmişdir. Heyvanlar barəsində ümumi qanun və əsl (ilkin) qayda onların istifadəsinin halal olmasıdır. Yalnız bəzi dəlillər vasitəsilə istisna edilən hallar haram sayılır.

AYƏ 143:


﴿ثَمَانِيَةَ أَزْوَاجٍ مِّنَ الضَّأْنِ اثْنَيْنِ وَمِنَ الْمَعْزِ اثْنَيْنِ قُلْ آلذَّكَرَيْنِ حَرَّمَ أَمِ الأُنثَيَيْنِ أَمَّا اشْتَمَلَتْ عَلَيْهِ أَرْحَامُ الأُنثَيَيْنِ نَبِّؤُونِي بِعِلْمٍ إِن كُنتُمْ صَادِقِينَ﴾

TƏRCÜMƏ:


«Səkkiz cütü (səkkiz təki cütü ilə birlikdə) – qoyundan iki baş (bir erkək, bir dişi) keçidən iki baş (bir erkək, bir dişi yaratdı). (Yaxud: Səkkiz cüt yaratdı, qoyundan iki cüt (əhliləşdirilmiş vəhşi) keçidən iki cüt (əhliləşdirilmiş vəhşi). De: “Allah o ikisinin erkəklərini haram edib, yoxsa dişilərini?! Yoxsa o iki dişinin qarınlarındakı (balaları)?! Əgər doğruçusunuzsa, mənə elm biliyə əsaslanaraq xəbər verin.”»

TƏFSİR:


Bu ayədə izah ünvanı ilə həm insanların yük daşımasında, həm də qidalanmasında qabiliyyəti olan əti halal heyvanların bir qismi şərh olunur və buyurulur: Allah-təala sizin üçün heyvanlardan səkkiz cüt yaratmışdır: Qoyundan bir cüt (dişi və erkək) və keçidən bir cüt (dişi və erkək).

Bunların qeyd olunmasından dərhal sonra Peyğəmbərə (s) göstəriş verilir: Onlardan aşkar şəkildə soruş: Yoxsa Allah onların erkəklərini, yaxud dişilərini və ya dişi qoyunların və keçilərin qarnında olan balaları haram etmişdir?

Sonra əlavə edilir: Əgər düz deyirsinizsə və bu heyvanlardan hər birinin haram olmasına dair elm və bilik üzündən dəliliniz vardırsa, mənə xəbər verin!


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə