89
yaşı olardı. Bəlkə də, mənə belə göründü. Mənə buyurdu: “Ey Kamil
ibn İbrahim! Onun xitabı bədənimi lərzəyə gətirdi. İlhamlanıb,
“eşidirəm, mənim ağam” dedim. Həzrət buyurdu: “Sən Allahın vəlisi,
höccəti, qapısının yanına gəlmisən.”
1
7. Әmr Әhvazi deyir: “İmam Әskəri (ə) öz övladını mənə
göstərdi və buyurdu: “O, məndən sonra sizin sahibinizdir.”
Şeyx Hürr Amili deyir: “Kuleyni və başqa müəlliflər mötəbər
sənədlərə əsasən nəql edirlər ki, bir çox insanlar mövludundan sonra
həzrət Mehdi (ə) ilə görüşmüşdür. Məhəmməd ibn İsmail ibn Musa
ibn Cəfər, Həkimə binti Məhəmməd, Әbu-Әli ibn Mutəhhər, Xadim
İbrahim ibn Әbdə, Әbu-Әbdüllah ibn Saleh, İbrahim ibn İdris, əmisi
Cəfər ibn Әli, Әmr Әhvazi, Zərif Xadim, Farsi, Mədaini həzrət
Mehdini (ə) görən şəxslərdəndir.”
2
8. Müaviyə ibn Həkim, Məhəmməd ibn Әyyub ibn Nuh və
Məhəmməd ibn Osman Әmri deyir: “İmam Әsgəri öz mənzilində
övladını bizə göstərdi. Biz 40 nəfər idik. Həzrət buyurdu: “Bu məndən
sonra sizin imamınız, mənim canişinimdir. Ona itaət edin və məndən
sonra parçalanmayın...
3
Sual: 118. Həzrət Peyğəmbər (s) həzrət Mehdinin (ə)
mövludundan xəbər vermişdirmi?
Cavab: Bəli, bu barədə 107 hədisdə məlumat verilir. İbn Abbas
həzrət Peyğəmbərdən (s) belə nəql edir: “Allah-təala yer üzünə nəzər
saldı. Məni seçdi, peyğəmbər qərar verdi. Sonra ikinci dəfə nəzər saldı.
Әlini seçdi və onu imam qərar verdi. Mənə əmr etdi ki, onu özümə
qardaş, canişin, xəlifə və vəzir seçim. Әli məndəndir, mən də Әlidən.
O qızımın əri, iki nəvəm Həsən və Hüseynin atasıdır. Agah olun!
Allah-təala məni və onları öz bəndələri üçün höccət qərar vermişdir.
Eləcə də, Hüseyndən olan imamlar müəyyənləşdirilmişdir və onlar
qiyam edib mənim vəsiyyətimi qoruyacaq. Onlardan dоqquzuncusu
mənim əhli-beytimin qaimi, ümmətimin Mehdisidir. Görünüş, danışıq
və hərəkət baxımından mənə ən çox oxşayan da odur. Uzun qeybətdən
və azdırıcı heyrətdən sonra zühur edər...”
4
1
Həmin mənbə, s. 247.
2
“İsbatul-Hudat”, c. 3, s. 442.
3
“Kəmalud-din”, s. 435.
4
“Kəmalud-din”, s. 257.
90
Sual: 119. Həzrət Әli (ə) imam Mehdinin (ə) mövludunu xəbər
vermişdirmi?
Cavab: Әsbəğ ibn Nəbatə deyir: “Həzrət Әmirəl-mömininin (ə)
yanına getdim. Dərin fikrə gedib, əlindəki çubuğu yerə vururdu. Әrz
etdim: “Ya Әmirəl-möminin, nə olub bu qədər fikrə getmisiniz, yoxsa
yerə rəğbətiniz artıb?” Həzrət buyurdu: “Yox, and olsun Allaha mən
bir gün olsun belə, dünyaya rəğbət göstərməmişəm. Məndən olası
birinin mövludu haqqında düşünürəm. O, mənim övladlarımdan оn
birincisidir. Adı Mehdidir. Yer üzü zülm-sitəmə büründükdən sonra
ədaləti bərpa edəcək. Onunla bağlı heyrət və qeyb dövrü var. Həmin
vaxt kimi yolunu azar, kimi haqqı tapar...”
1
Sual: 120. İmam Həsən (ə) həzrət Mehdinin (ə) mövludunu xəbər
vermişdirmi?
Cavab: Bəli, hədislərdən birində imam Həsən (ə) Müctəba belə
buyurur: “Həzrət Peyğəmbərdən (s) sonra imamlar 12 nəfərdir.
Qardaşım Hüseyndən (ə) doqquz imam qərar verilər və ümmətin
Mehdisi (ə) onlardan olar.”
2
Sual: 121. İmam Hüseyn (ə) həzrət Mehdinin (ə) mövludunu
xəbər vermişdirmi?
Cavab: Şeyx Səduq imam Hüseynin (ə) dilindən belə nəql edir:
“Övladlarımın doqquzuncusunda Yusifin, Musa ibn İmranın sünnəsi
var. O biz əhli-beytin qaimidir. Allah-təala onun işini bir gecədə
gerçəkləşdirər.” (“Kəmalud-din”, s. 317; “Bihar”, c. 51, s. 132,133)
Başqa bir rəvayətdə belə nəql olunur: “..Bu ümmətin qaimi
mənim doqquzuncu övladımdır. Odur qeyb sahibi. Odur sağ vaxtında
mirası bölünən kəs.” (Həmin mənbə)
Әbdürrəhman ibn Suləyt imam Hüseynin (ə) dilindən belə nəql
edir: “On iki Mehdi bizdəndir. Onların birincisi Әmirəl-möminin Әli
ibn Әbu-Talib, sonuncusu mənim doqquzuncu övladımdır. Odur qaim
imam. Allah-təala yer üzü məhv olduqdan sonra onu Mehdi (ə)
vasitəsi ilə dirildəcək...”
3
1
“Kafi”, c. 1, s. 338; “Kəmalud-din”, s. 289.
2
“Bihar”, c. 36, s. 383.
3
Həmin mənbə.
91
Sual: 122. İmam Səccad (ə) həzrət Mehdinin (ə) mövludu
haqqında məlumat vermişdirmi?
Cavab: İmam Zeynəl-Abidinin (ə) övladı ondan soruşdu: “Ey ata!
Nə üçün qardaşımı “Baqir” adlandırdın? Həzrət bu vaxta qədər
görmədiyim şəkildə gülümsündü və buyurdu: “Ey övladım! Həqiqətən,
imamlar onun övladlarıdır. Onlardan olan bizim qaim qiyam edər, yer
üzünü zülm-sitəm bürüdükdən sonra ədaləti bərpa edər. Odur imam,
odur imamların atası, odur elm mədəni, elm qaynağı. Odur elmi yaran.
And olsun Allaha! Allahın rəsuluna ən çox oxşayan da odur.” Әrz
etdim: “Ondan sonra yeddi imam var? Həzrət buyurdu: “Ondan sonra
yeddi imam var və dünyanın sonunda qiyam edəcək Mehdi (ə) onların
arasındadır.”
1
Sual: 123. İmam Baqir (ə) həzrət Mehdinin (ə) mövludu
haqqında məlumat vermişdirmi?
Cavab: Bəli, Şeyx Səduq imam Sadiqdən (ə) nəql olunmuş
müfəssəl bir hədisdə onun dilindən belə nəql edir: “Həqiqətən, tezliklə
mənim altıncı övladım qeybə çəkilər. O, həzrət Peyğəmbərdən (s)
sonra on ikinci imamdır. Onların birincisi Әmirəl-möminin,
sonuncusu Qaim, yer üzündə Bəqiyyətullah və Sahibəz-zamandır...”
2
Başqa bir hədisdə imam Sadiqin (ə) belə buyurduğu nəql edilir:
“Hər kəs bütün imamları qəbul edib Mehdini (ə) inkar etsə, bütün
peyğəmbərləri qəbul edib həzrət Məhəmmədi (s) inkar edən kəs
kimidir.” Ondan soruşuldu: “Ey peyğəmbər övladı, övladlarından
hansı Mehdidir?”
Həzrət buyurdu: “Yeddinci övladdan sonra beşincisi. O sizdən
qeybə çəkilər və onun adını çəkmək halal deyil.”
3
Әbu Bəsirdən nəql
olunmuş hədisdə belə nəql olunur: İmam Sadiqə (ə) ərz etdim: “Ey
peyğəmbər övladı! Siz əhli-beytin (ə) qaimi kimdir?” Həzrət buyurdu:
“Ey Әbu-Bəsir! O, övladım Musanın beşinci övladıdır. O çox üstün
qadının övladıdır. Qeybə çəkilər və batil əhli ona şəkk edər. Allah-
təala onun zühurunu qərar verib, onun əli ilə yer üzünü şərqdən qərbə
fəth edər...”
4
1
“Bihar”, c. 36, s. 388.
2
“Kəmalud-din”, s. 33; “Bihar”, c. 42, s. 79.
3
“Kəmalud-din”, s. 333.
4
“Kəmalud-din”, s. 345; “Bihar”, c. 51, s. 146
Dostları ilə paylaş: |