Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə21/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   ...   17   18   19   20   21   22   23   24   ...   67

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
65 
Didederot və D`Alambertin təşkil etdiyi məşhur ―Encyclopedie ou 
dictionnaire  raisonnѐ  des  sciences,  des  arts  et  des  mѐtiers‖dir. 
[1751-1780].  İslam  mədəni  bölgəsi  fəlsəfəsində  ―Saflıq 
qardaşları‖ [İxvan əs-Səfa] adı ilə ensiklopedistlər məşhurdur.  
ENTĠMEMA  [yun.  Entimo  –  ağılda]  -  ənənəvi  formal 
məntiqdə  deduktiv  əqlinəticə;  bu  əqlinəticədə  hər  hansı  bir  hissə 
ya müqəddimələrdən biri, ya da nəticə aydın ifadə olunmur. 
ENTROPĠYA [yun. En – da, də və trope – dönüş, çevrilmə] – 
çevrilmə,  dəyişmə.  Klassik  fizikanın  əsas  anlayışlarından  biri; 
elmə R. Klauzius daxil etmişdir. 
EPĠFENOMEN  [yun.  Epi  –  yanında,  sonra,  ətrafında  və 
phainomenon  –  təzahür  edən]  –  dünyanın  maddi  [və  ya  ideal] 
məzmunun  passiv  inikası  kimi  şüurun  ifadə  edilməsi  üçün  tətbiq 
olunan termin. 
EPĠHEYREMA [yun. Epiheirema - əqlinəticə] – müqəddimə-
ləri entimemalardan ibarət sillogistik əqli nəticə. 
ERĠSTĠKA  [yun.eristikos  –  mübahisə  edən]  –  qədim  yunan 
sofistləri arasında xüsusilə geniş inkişaf etmiş mübahisə sənəti. 
ETĠKA [alm. Ethik; fr. Èethique; ing. Ethics; lat. Ethica; yun. 
Ethike;  osm.  tr.  ilm-i  ahlak;  ər.  قٓخْآ  ىهػ;  tr.  ethik  –  insanın 
gerçəkliklə  qarşılıqlı  münasibətlərinin  özünəməxsus  tərəfləri. 
Əxlaq  fəlsəfəsi,  insanın,  cəmiyyətin  və  həyatın  əxlaqi  tərəflərini 
araşdıran  sahə,  insanın  həm  özünəməxsus,  həm  də  ictimai  həya-
tındakı əxlaqi, mənəvi dəyərləri araşdıran fəlsəfənin bir qoludur.  
ESKATALOGĠYA [alm.=Fr. Eschatologie; ing. Eschatalogy; 
yun.  Eschaton  –  son,  sonuncu;  loqos  –  təlim,  doktrina;  osm.  tr. 
ilm-ül  ahiret;  ər.  جشخْآ  ىهػ]  -  Yunanca  έσχατος  yəni  "son" 


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
66 
kəlməsindən  törəmiş  teologiya  və  fəlsəfənin  bir  hissəsidir. 
İnsanlığın son taleyi və ya dünya tarixini nəticələndirən hadisələr, 
daha kobud bir təbirlə dünyanın sonu ilə məşğul olur. Bir çox din, 
təlim və ya kultta dünyanın sonu gələcəkdə olacaq bir hadisə kimi 
müqəddəs  mətn,  mit  və  ya  folklorda  göstərilir.  Daha  geniş  bir 
baxımdan, eskatologiyada Məsih, Məsih Çağı, axirət və ruh kimi 
mövzuları  da  əhatə  edə  bilər.  Fərqli  inanışların  eskatolojik 
inancları və düşüncələri fərqli olsa da müəyyən oxşarlıqlar var ola 
bilər. 
ESTETĠKA  [alm.  Ǟsthetik;  fr.  Esthètique;  ing.  Aesthetics; 
yun.  Aisthetikè  [episteme]  –  həssaslıq  haqqında  təlim]  –  insan 
tərəfindən  aləmin  estetik  mənimsənilməsi  qanunauyğunluqları, 
gözəllik  qanunları  əsasında  yaradıcılığın  mahiyyəti  və  forması 
haqqında elm. Kanta görə transandental estetika hissiyyatın ilkin 
ideyalarının elmidir. Əslində gözəl və sənət Platondan indiyə qə-
dər fəlsəfi fikirlərin mövzusu olmuşdur.  
ETATĠZM [alm. Etatismus; fr. etatisme – dövlət; خٌٚذٌأ خفغٍف
–  Dövləti  bütün  ictimai  işlərdən  xüusilə  də  iqtisadi  və  mədəni 
həyatın  sistemindən  üstün  görən  məfhum.  Ümumiyyətlə  dövləti 
ənənə,  mədəniyyət,  hüquq  və  digərlərinin  qaynaq  və  daşıyıcısı 
olaraq  görmə  təlimi.  Dövlət  fəlsəfəsi  dövlətin  və  ictimai  həyatın 
özü,  ortaya  çıxması,  mənası,  əsas  ideyaları  və  əsas  formaları 
üzərində inkişaf etdirilən fəlsəfə təlimləri [Dövlət fəlsəfəsini ilkin 
Platon  ilə  Aristotel  qurmuşlardır].  Ümumiyyətlə  dövləti  müasir 
politologiyada konsepsiya. 
ETĠBAR  [alm.  Konvention;  fr.=ing.  Convention;  lat. 
conventio]  –  etibar,  əminlik.  Hörmət  görmə,  qiymətli,  etibarlı 


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
67 
olma vəziyyəti, möhtərəmlik, prestij. Borc ödəmədə etibarlı olma 
vəziyyəti.  Əhəmiyyət  vermək.  Hörmət,  riayət  və  xatir  saymaq. 
Qulaq  asmaq.  İbrət  götürüb  ayıq  olmaq.  Birinci  və  ya  sözünü 
məqbul fərz etmek. 
ETĠQAD  [ər.  دبمزعإ]–  bu  və  ya  digər  hadisənin  həqiqiliyi 
haqqında  və  biliyə  əsaaslanmayan  inam.  Etiqad  dini-fəlsəfi 
ədəbiyyatda da çox işlənir. Kök olaraq aqədə [ذمع] felindən gəlir 
və  VIII  babda  məsdəridir.  Dilimizdə  işlənənən  əqidə  sözü  də  bu 
qəbildəndir.  Elm-i  əqaid  –  hər  hansı  bir  dinin  iman  məsələlərini 
və şəriət hökmlərini, o cümlədən ibadət formalarını öyrənən elm. 
EHKAM - bax: Doqma.  
EUDAYMONĠA [yun.eu-daimonia – yaxşı bir dayimonu olan 
adam,  insanın  bütün  həyatını  ehtiva  edən,  onun  fəaliyyətlərinin 
mərkəzində  yer  alan  güc.]  –  ümumi  mənada  isə  insan  ruhunun 
yaxşı vəziyyətdə olmasına deyilir. Zamanla daha başqa mənalarda 
da  istifadə  edilmişdir.  Misal  üçün  insanın  xarici  təzyiqlər 
nəticəsində  müvəqqəti  xoşbəxtliyinə  verilən  ümumi  anlam  kimi 
götürülmüşdür.  
EUDOMANĠZM  [alm.  Eudämonismus;  fr.  Eudèmonisme; 
ing.  eudomonism;  yun.  Eudaimonismos;  osm.  tr.  istisadiye]  – 
həyatın  mənasını  xoşbəxtlikdə  görən,  insanın  bütün  fəaliy-
yətlərinin son elementi olaraq xoşbəxliyi görən əxlaqi təlim.  
 
 
 
 
 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə