Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə55/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   ...   51   52   53   54   55   56   57   58   ...   67

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
174 
ictimai sərvətdən malik olduqları payı almaq üsuluna və bu payın 
miqdarına görə fərqlənən böyük insan qrupları. 
SĠNĠFLƏNDĠRMƏ  [alm.  Klassifikation;  fr.=ing.  Classifi-
cation; əs.t. tasnif] – mövzuları və anlamları nizamlı olaraq təsnif 
etmə və sıraya düzmə. Dilimizdə daha çox təsnifat sözü işlədilir.   
SĠNTEZ  [Alm.  Synthese,  sinthesis;  fr.  Synthese;  ing. 
Synthesis;  yun.  Synthesis;  osm.  tr.  terkip;  ər.  تٍوشر].  Nələrisə  bir 
yerə  cəm  edib  toplama,  birləşdirmə,  bir  araya  gətirmə.  Müəyyən 
prinsiplərdən qaynaqlanaraq onların məntiqi nəticəsi olaraq digər 
prinsiplərə varma metoduna sintetik metod deyilir.  
SĠNTETĠK [yun. Synthesis – birləşmə, uyğunlaşma] – təklif-
lərin [mülahizələrin] həqiqiliyinin müəyyənləşdirilməsinin müxtə-
lif üsullarını ifadə edən anlayışlar. 
SĠNTOĠZM  [yaponca  sinto,  hərfi  mənası  –  allahların  yolu]  - 
ibtidai  icma  quruluşunda  Yaponiyada  meydana  gəlmiş  və  öz 
inkişafında xeyli dəyişikliklərə uğramış din. 
SĠRR [alm. Mysterium, Geheimnis; fr. Mystère; ing. Mystery; 
yun.  Mysterion;  osm.  tr.  sırr;  ər.  ٌّ
 شِٔع]  –  hisslərin  xaricində  olan, 
əqlin təbii seyrinı tabe olmayan, varlığı  və özü bizə qapalı olan, 
gizli-saxlı olan şey. Fövqəltəbii inamın həqiqətləri [əslində olma-
yan həqiqətlər].  
SĠSTEM  [alm.  System;  fr.  Systeme;  ing.  System;  osm.  tr. 
manzume, meslek, tr. Dizge; ər. حيىظُي yun. Systema – synestanai 
- birlikdə yerləşdirmək, bir yerə toplamaq. Cəm etmək. yun. Sys-
tem  – bütöv,  tam hissələrdən təşkil olunmuş, birləşdirilmiş]  –  öz 
aralarında  müəyyən  münasibətdə  və  əlaqədə  olan,  müəyyən 
bütövlük,  vəhdət  əmələ  gətirən  ünsürlərin  məcmusu  yaxud  öz 


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
175 
daxilinə qapalı, sistemli formada olan tam. Bir ideyaya  yaxud da 
dünyagörüşünə görə sistemlənmiş fikirlər, məlumatlar, təlimatlara 
da sistem deyilir. Bir-biri ilə əlaqəli, bağlı olan elmi yaxud fəl-səfi 
ideyalara və fikirlərə də sistem deyirlər.  
SĠYASƏT –  ―Siyasət‖  termini  ilk  dəfə  qədim  yunan  mütə-
fəkkiri  Aristotel  istifadə  etmişdir.  O,  bu  termini  dövləti  idarə 
etmək sənəti kimi müəyyən edirdi. Hələ qədim zamanlarda siyasət 
haqqında  belə  bir  fikir  formalaşmışdır  ki,  ―onun  haqqında  hamı 
düşünə  bilər,  lakin  onu  yaratmaq  seçmə  insanlara  məxsusdur‖. 
Müasir elmdə ―siyasət‖ anlayışı hələ də birmənalı qəbul edilmir. 
Siyasi  sistem –  siyasi  təsisatların,  birliklərin  və  onlar  arasında 
qarşılıqlı  əlaqə  formalarının  məcmusu.  Sosial  siyasət insan  üçün 
insani şərait yaratmaq deməkdir. 
SOSĠALĠZM   ideologiyasının  kökləri  çox  qədim  zaman-
lardan  müşahidə  edilib.  Az-çox  sistemli  şəkildə  sosializm  ideya-
ları  böyük utopistlər T.Mor və  Kampanellanın,  sonralar isə Sen-
Simon, Furye və Ouenin  əsərlərində  şərh  edilib.  J.J.Russonun  və 
F.Babyöfün  da  xidmətləri  az  olmayıb.  Əsas  ideya  bərabər, 
ədalətli, xoşbəxt, istismarsız cəmiyyət qurmaqdır. 
Stereotip –  Sosial  psixologiyadan  stereotip  anlayışı  da  qəbul 
edilmişdir  (yunanca  ―stereos‖-möhkəm,  ―tipos‖-iz,şəkil).  Bu 
anlayış  etnoqrafiyada,  etnik  birlik  daxilində  nəsildən-nəslə 
keçirilərək  saxlanılan,  gündəlik  həyat  təcrübəsi  ilə  möhkəm-
ləndirilən  davranış  normalarını  xarakterizə  edərkən  işlədilir. 
Traybalizm – Müasir siyasi mətbuatdan etnoqrafiyaya traybalizm 
termini  də  keçmişdir  (ingiliscə  ―trayb‖-  qəbilə  deməkdir). 
Traybalizm  gənc  Asiya  və  Afrika  dövlətlərində  müasir  dövrdə 


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
176 
qəbilə  xüsusiyyətlərinin  saxlanılmasına  deyilir  ki,  bu  qalıqlar 
qəbilələr  arasındakı  münasibətlərə  mənfi  təsir  göstərir.  Siyasi 
ədəbiyyatda traybalizm millətçiliyin sinonimi kimi işlədilir. 
SĠVĠLĠZASĠYA  [alm.  Zivilisation;  fr.  Civilisation;  ing. 
Civilization;  lat.  Civis  –  yurddaş,  kəndçi;  osm.  tr.  medeniyet;  ər. 
حفامث; tr. uygarlık] – barbarlıq halından çıxıb ənənələrə bağlı olaraq 
müəyyən bir yurd daxilində yaşamaq. Böyük bir cəmiyyətin bütün 
fəsillərində  müştərək  olan,  dini,  əxlaqi,  etstetik,  texnik  və  elmi 
xarakterdəki sosial hadisələrin bir bütünü.  
SIÇRAYIġ  –  predmetin  və  ya  hadisənin  əsaslı  keyfiyyət 
dəyişməsi,  kəmiyyət  dəyişmələrinin  nəticəsində  köhnə  keyfiy-
yətin  yeni  keyfiyyətə  çevrilməsi  [  Kəmiyyət  dəyişmələrinin  key-
fiyyət dəyişmələrinə keçməsi qanunu].  
SKEPTĠSĠZM  [alm.  Skeptizismus;  fr.  Scepticisme;  ing. 
Scepticism;  yun. Skeptesthai;  yun. Skeptihos – nəzərdən keçirən, 
tədqiq  edən,  tənqid  edən]  –  obyektiv  gerçəkliyin  dərki  imkanını 
şüphə  altına  alan  fəlsəfi  konsepsiya.  Dəqiq  bir  mövqedə 
olmamaq, qərarsız qalmaq, şübhələnmək, şübhə ilə yaxınlaşmaq.  
SOLĠPSĠZM  [lat.  solus  –  tək,  yeganə  və  ipse  –  özüm]  – 
subyektiv  idealist  təlim.  Təlimə  görə  ancaq  insan  və  onun  şüuru 
mövcuddur, obyektiv aləm isə, o cümlədən insanlar yalnız fərdin 
şüurunda mövcuddurlar. 
SONSUZ  [alm.  Unendlich;  fr.  Infini;  ing.  Infinite;  lat. 
Infinitus;  osm.  tr.  namütenahi;  ər.  يذثأ]  –  sonunun  düşünülməsi 
çətin olan. Sərhədləri qoyulmayan, verilmiş olan hər böyüklükdən 
daha böyük olan.  


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə