Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə53/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   ...   49   50   51   52   53   54   55   56   ...   67

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
168 
xarakterik  təyinatı  olmadığı  halda  zaman  təyinindən  sıyrılmışdır, 
zamanın xaricindədir.  
SAHƏ  [ər.  خدبع]  –  Məkanın  ölçülərini  ifadə  edən  xarakteris-
tikalardan biri. 
SENTĠMENTAL  [alm.  Sentimental;  epmfindsam;  fr.  =  ing. 
Sentimental; ər. ٌّ
ًُّغذٌأ; tr. Duygusal] – duyğuların və hisslərin ağır 
gəlməsi, həddindən artıq bir formada insana təsir etməsi halı.  
SENTĠMENTALĠZM  [santi  +  mental  +  ism  alm. 
Emöfindsamket;  sentimentalität;  fr.  Sentimentalitè,  sensibilitè; 
ing. Sensibility, feeling; tr. duygusallık].  
SEPTĠSĠZĠM [scepticisme] – Şüphecilik: Həqiqətin yoxluğu-
nu,  ağlın  qəti  bir  məlumatı  əldə  edə  bilməyəcəyini,  həqiqətin 
tapılsa belə tam və davamlı bir şübhə içində qalınacağını , mütləq 
çata bilməyəcəyini iddia edən fəlsəfi görüşdür. 
SEMANTĠKA  – 
[yun.  semanticos  –  anladan]  Dilçilikdə 
işlənən  termindir.
  Sözün,  ifadənin,  qrammatik  formanın  mənası. 
Semiotikanın bölməsi. 
SEMĠOTĠKA [alm. Semiotik; fr. Sèmiotique, sèmiologie; ing. 
Semiotic;  yun.  Semeion  –  işarə,  əlamət]  –  bildirmək,  xəbər  ver-
mək məqsədilə istifadə edilən hər növ işarə sistemini və fəaliyyət 
prosesini  tədqiq  edən  elm.  Ən  sadə  siqnalvermə  sistemlərindən 
tutmuş  təbii  dillərə  və  elmin  formallaşdırılmış  dillərinə  qədər 
işarə sistemlərinin müqayisəli öyrənilməsi ilə məşğul olan fənn. 
SENSUALĠZM [alm. Sensualismus; ing. Sensualism; osm. tr. 
ihsasiye; fr. Sensualisme, lat. sensus – sözündən; hiss, duyğu; ər. 
حُّغح]  –  Bütün  məlumatların  sadəcə  hisslərdən  qaynaqlandığını, 
duyğu  qavramalarına  əsaslandığını  irəli  sürən  təlim.  Duyğunu 


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
169 
idrakın  yeganə  mənbəyi  kimi  qəbul  edən  qnoseoloji  təlim. 
Sensualizm  təlimini  əsaslandıran  filosof  Lokk  olmuşdur.  Lokk 
iddia edirdi ki, daha əvvəl hisslərdə heç bir şey anlıqda yoxdur. 2. 
Bütün  ruhi  hadisələri  duyğulara  geri  qaytaran  anlayış.  3.  Əxlaq 
fəlsəfəsi  baxımından  həyatın  anlam  və  mühtəvasını  hiss  orqan-
larında  tapan  təlimlər.  Hissiyyatın  ilk  dönəmdə  nümayəndələri, 
Kirene  məktəbi  və  epikürçülərdir.  Yeni  dönəmdə  isə  xüsusilə 
Lokk və Kondillkdır.  
SEVGĠ  [alm.  Libe;  fr.  Amour;  ing.  Love;  lat.  Amor,  caritas; 
yun.  Philia,  eros,  agape;  osm.  tr.  aşk]  –  ümumi  olaraq xoşagələn 
bir  şeyə  münasibət,  ehtirasa  qədər  vara  bilən  bur  ruh  vəziyyəti. 
Fərqli növləri vardır: qarşı cinsə duyulan sevgi, uşağa-ailəyə qarşı 
duyulan sevgi, hansısa liderə, cəmiyyətə qarşı hiss edilən sevgi və 
s.  
SƏBƏB  [alm.  Ursache,  grund;  fr.  Cause,  raison;  ing.  Cause, 
reason;  lat.  Causa,  ration;  osm.  tr.  illet,  sebep;  ər.  تجع]  -  həqiqi 
səbəb, bir hadisənin ortaya çıxmasında qaynaqlandığı şey, nəyəsə 
təsir edən, onu əmələ gətirən şey.  
SƏBƏBĠYYƏT [alm. Kausalität; fr. Causalitè; ing. Causality; 
lat.  Causalitas;  osm.  tr.  illiyyet]  –  səbəblə  təsir  arasındakı  əlaqə. 
Bu  baxışa  görə  hər  hadisənin  bir  səbəbi  vardır  ki,  bu  da 
səbəbiyyət  məsələsidir.  Bu  düşüncə  tərzinə  görə  səbəblə  təsir 
arasında əlaqənin vacibliyini dilə gətirir.  
SƏHV  –  Səhv  halı  səkr  halının  ziddidir.  Mənəvi  sərxoşluq 
halından uzaq olmaq, yaxud belə bir sərxoşluğa düşmədən daima 
ayıq olmaq, təmkin və şüurlu olmaq.  


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
170 
SƏHĠH  [alm. Exakt; fr.ing. exact; lat. Exigere  – bir şeyi tam 
olaraq  həyata  keçirmək,  bir  mizana,  ölçüyə  görə  etmək;  osm.  tr. 
səhih; ər. خٍذص] – sözün anlatmaq istəyilənə tam qarşılıq olması, 
tam uyğun düşməsi forması. Ölçünün ölçülənə çox az da olsa bir 
bölgü  aparmadan  birəbir  uyğun  gəlmə  forması.  səhih:  sif.  [ər.] 
Düzgün,  doğru,  gerçək,  əsaslı,  yalan  olmayan.  Səhih  məlumat. 
Səhih söz. 
SƏKR – mənəvi sərxoşluq halıdır. Mənəvi ayıqlıq və ağıllılıq 
halı  olan  səhv  halından  fərqli  olaraq  səkr  halında  sufidə 
müvəqqəti  olaraq  özündən  keçmə  halı  müşayiət  olunur.  Hətta 
bəzən  sufi  bu  vəziyyətdə  özündən  asılı  olmayaraq  bəzi  sözlər 
deyə bilər.  
SƏMA – eşitmək, dinləmək deməkdir təsəvvüf terminlərindən 
biri olan səma şer və ilahilərə qulaq asmaq surəti ilə vəcdə gələrək 
bəzi hərəkətlər etmək, rəqs eləməkdir. 
SƏMA – hədis elmində müəllimin,  yaxud təriqət başçısı olan 
şeyxin  öz  müridlərinə  hədis  öyərtdiyi  zaman,  hədisləri  öz  yad-
daşından,  yaxud  yazılı  bir  mənbədən  rəvayət  edərək  oxuması  və 
tələbələri  də  bu  hədisləri  yazmayaraq,  eşitdikləri  şəkildə  rəvayət 
etmələrinə  səma  deyilir.  Hədis  təhsilində  imla  yolundan  fərqli 
olaraq səma yolu daha qədim olsa da etibarlılığı baxımından daha 
zəyifdir.  Bu  səbəbdən  hədis  tənqidçiləri  səma  yolu  ilə  rəvayət 
edən  raviləri  araşdırmış,  onları  şəxsiyyət  baxımından  tədqiq  et-
miş, yalançı hədislərin ortaya çıxmaması üçün ən xırda detallarına 
qədər araşdırmışlar.  
SƏNƏT  [alm.  Kunst;  fr.=ing.  Art;  lat.  Ars;  ər.   ٌٍف]  -  yun. 
Tekhne ilə eyni mənalı yunan dilində tekhne kəlməsi, məqsədi bir 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə