İslam fәlsәfәsi ilә tanışlıq
46
varlıqlar dərkolunmazdırlar. Antik fəlsəfədə yunan
filosofu Elidalı Pirronun
1
yaratdığı skeptisizm
cərəyanı da dərkolunmazlığı tə’lim etmişdir. Klassik
Avropa filosoflarından Devid Yum və İmmanuil
Kant aqnostisizmi formalaşdırmışlar. Kanta görə
«özündə şeylər» «bizim üçün şeylərə» çevrilə
bilməz. «Özündə şeylər» dərkolunmazdır. XX əsr
Avropa fəlsəfəsində aqnostisizmi müdafiə edən əsas
məktəb
«Ekzistensializm»
2
fəlsəfi
məktəbi
olmuşdur. Ekzistensialistlərə görə, varlığı dərk
olunan qəbul etmək onu məhv etməkdir. Onlar Corc
Berkli
3
fəlsəfəsindəki «Esse est percipi!– Mövcudluq
qavranılmaq deməkdir!» tə’limini tənqid edərək,
onu, varlığı məhv etməkdə təqsirləndirirlər.
Aqnostisizm nəzəriyyəsində Sofizmin açıq-aşkar
tə’siri duyulur. Bu tə’lim insan idrakını dəmir
hasarlara alır, biliyi inkar edərək məhdudlaşdırır.
Qeyd etdiyimiz kimi, insan özündə və özündən
1
Elidalı Pirron –eramızdan əvvəl 360-270-də yaşamış yunan
filosofu, Skeptisizm tə’liminin banisi olmuşdur.
2
Ekzistensializm fəlsəfəsi –XX əsrdə meydana gəlmiş fəlsəfi
tə’limdir. Bu fəlsəfi tə’limin nümayəndələri arasında dini və
ateist ekzistensialistlər də olmuşdur. Bu tə’limin Qabriel
Marsel(1889-1973,
Fransa),
Nikolay
Berdyayev(1874-
1948,Rusiya),Martin
Haydegger(1889-1976,Almaniya)
və
başqaları kimi görkəmli nümayəndələri olmuşdur.
3
Corc Berkli (1685-17 İngilis idealist filosofu. O, hәr bir şeyin
mövcudluğunu onun qavranılan olmasında görürdü.
İslam fәlsәfәsi ilә tanışlıq
47
xaricdə həqiqət olduğunu, habelə özünün bu
həqiqəti qavramağa qadir oduğunu fitrət və vicdanı
ilə təsdiqləyir.
İslam fәlsәfәsi ilә tanışlıq
48
VÜCUD VƏ MAHİYYƏT
Fəlsəfi bəhslərdə araşdırma obyekti olan vücudla
yanaşı, mahiyyətdən də söhbət açılır. Biz hər hansı
bir şeylə maraqlandıqda, ilk öncə, onunla əlaqəli iki
məsələ nəzərə çarpır:
1.O şeyin varlığı, başqa sözlə desək, mövcudluğu.
2.O şeyin nə olduğu, başqa sözlə desək qayəsi.
Fəlsəfi nöqteyi-nəzərdən birinci məsələ Vücud,
ikinci məsələ isə Mahiyyәt adlanır.
Filosoflar vücudun iki növü olduğunu söyləyirlər:
1. Zehn və təsəvvürdə olan vücudlar: Bə’zi
şeylərin vücud və varlığı insanın zehn və
təsəvvüründə yerləşir. İnsan təsəvvürü bir ayna,
təsəvvürdə yerləşən vücud isə aynada əks olunan
varlıq kimidir. İnsan təsəvvüründə canlanan
vücudlar da öz növbəsində iki qismə bölünür:
a) Həqiqət –insan gördüyü hər hansı bir şeyi rahat
şəkildə öz təsəvvüründə canlandıra bilir. Buna görə
də təsəvvür olunan vücudların əksəriyyəti həqiqət
sayılır.
b) Xəta –Bə’zi hallarda insan müəyyən bir şeyi
təsəvvür etməkdə səhvə yol verir. Belə hallarda
təsəvvür olunan vücud xəta hesab edilir.
2. Xarici və həqiqi vücudlar: Bu vücudların insan
zehni və təsəvvürü ilə heç bir əlaqəsi yoxdur.
İslam fәlsәfәsi ilә tanışlıq
49
Məsələn, gördüyümüz binalar, ağaclar, dağlar və s.
mövcuddurlar. Bunlar biz və ya bizim zehn və
təsəvvürümüz olmasa belə, mövcud olacaqlar. Belə
vücudları həqiqət və xətaya ayırmaq olmaz. Çünki
bu vücudların həqiqət olması aydın bir məsələdir.
Mahiyyətə gəlincə isə, o, əşyanın nə olduğunu
açıqlayan fəlsəfi kateqoriyadır. Məsələn, biz sual
veririk: –İnsan nədir? Bu sualın cavabında insanın
nə olduğunu açıqlayan tə’rif mahiyyət adlanır.
Məntiq elmində tə’rif barəsində geniş bəhs olunur.
Müəyyən məfhum haqda deyilən hər bir cümlə
kamil tə’rif sayıla bilməz. Məsələn: «İnsan nədir?» –
sualının cavabında deyilən «İnsan bir canlıdır», –
cümləsi kamil tə’rif deyildir. Ona gorə ki, bu tə’rifə
insandan başqa digər canlılar da (heyvanlar) daxil
olurlar. Habelə, həmin sualın cavabında: «İnsan
savadlı bir canlıdır», –cümləsi də kamil tə’rif sayıla
bilməz. Belə ki, bu tə’rif insan məfhumunun bütün
fərdlərini (savadsızları) əhatə etmir.
Qeyd etmək lazımdır ki, mahiyyət, ümumilikdə
«şeylər olduğu kimi» mə’nasını daşıyır. Bu mə’nada
hər bir şeyin, eləcə də Allah-təalanın öz mahiyyəti
vardır. Lakin fəlsəfi mə’nada mahiyyət əşyanın
tə’rifindən ibarətdir. Başqa sözlə desək, mahiyyət
növ və cins kimi kateqoriyalara bağlıdır. Allah-
təalanın isə bu kimi kateqoriyalarla heç bir əlaqəsi
yoxdur. Buna görə də O uca varlığa tə’rif verilməsi
İslam fәlsәfәsi ilә tanışlıq
50
mümkün deyil və bu baxımdan Allah-təalanın
mahiyyəti yoxdur. Digər tərəfdən hər bir mahiyyət
özü-özlüyündə
varlıq
və
yoxluğa
nisbətdə
bərabərdir.
Yə’ni
mahiyyətin
mövcud
olub
olmaması heç bir zərurət daşımır. Bu isə onun
«mümkinəl-vücud» olması deməkdir. Deməli,
mahiyyəti olan hər bir şey mümkinəl-vücud sayılır.
Allah-təala isə «vacibəl-vücuddur», onun var olması
zəruridir. (Bu barədə «Səbəb və nəticəyə yeni bir
baxış» bəhsində danışacağıq).
VÜCUD VƏ MAHİYYƏTİN BİRİNCİLİYİ
Bu bəhsin tarixi çox keçmişlərə qayıtmasa da, bu
gün İslam fəlsəfəsində mühüm yer tutmuşdur. Onu
digər
bəhslərdən
ayıraraq
müstəqil
şəkildə
araşdıran ilk şəxs Molla Sədra Şirazi olmuş və bu
araşdırmanı özünün «Dörd səfər» kitabına daxil
etmişdir. Məsələni qısa şəkildə belə izah etmək olar:
Ötən bəhsimizdən mə’lum olduğu kimi, nəzərdə
tutulan hər hansı bir şeydən ayrı-ayrılıqda iki
məfhum təzahür edir. Bunlardan biri vücud, digəri
isə mahiyyətdir. Vücud və mahiyyət yalnız bizim
təsəvvürümüzdə parçalanmış halda öz əksini tapır.
Xarici aləmdə isə, yalnız bir şey mövcuddur.
Görəsən, həmin şeydə birləşən vücud və mahiyyətin
hansı biri əsas və başlıcadır? Belə ki, əşyanın xarici
tə’sirləri vücudun, yoxsa mahiyyətin məhsuludur?
Dostları ilə paylaş: |