İslam fәlsәfәsi ilә tanışlıq
59
istiqamətdə düşməsinə nə üçün səbəb axtarırdı? Nə
üçün
o,
bu
hadisəni
bir
təsadüf
kimi
qiymətləndirmirdi? Çünki o, hər bir şeyin
səbəbiyyət qanununa bütün varlığı ilə inanırdı.
Səbəbiyyət
qanunu
barədə
söhbət
açan
mövzulardan biri də bu qanunun necə kəşf
olunması mövzusudur. İnsan belə bir qanunun
mövcud olmasına necə inanmış və onun kəşfinə
necə yetişmişdir? Bə’zi alimlər bu qanunun dəqiq
təcrübələrin
nəticəsində
aşkar
edildiyini
düşünürlər. Məsələn, həkim gündəlik təcrübəsində
xəstəliklərin müəyyən səbəblərə bağlı olduğunu
görür. Şübhəsiz ki, bu fərziyyə düzgün deyildir.
Əvvəla, həkim belə bir qanunu müayinə zamanı
aşkarlamır. O, bu qanunun mövcudluğuna inandığı
üçün hər bir xəstəyə müəyyən səbəb axtarır.
Emprizm nümayəndələrindən olan ingilis filosofu
Devid Yuma görə səbəbiyyət qanunu şeylərin
ardıcıl və ya paralel olmasından asılıdır. Məsələn,
biz qara buludlarla yağışın ardıcıl şəkildə gəldiyini
müşahidə edirik. Bu buludların səbəb, yağışın nəticə
olmasından xəbər verir. Yaxud, işləyən mühərriklə
hərəkətdə
olan
maşının
uyğun
vəziyyətdə
olduğunu görürük. Bu uyğunluq mühərrikin səbəb,
maşının hərəkətinin isə nəticə olduğunu açıqlayır.
Bu filosofun da nəzəriyyəsi qənaətbəxş deyildir.
Sözsüz ki, deyilən misallarda səbəbiyyət qanunu
İslam fәlsәfәsi ilә tanışlıq
60
mövcuddur. Lakin bu qanun Yumun dediyi kimi
ardıcıllıq və ya paralellik ilə kəşf olunmur. Təbiətdə
çoxlu varlıqlar mövcuddur ki, ardıcıl və ya paralel
şəkildə olsalar da, biri digərinin səbəbi, yaxud
nəticəsi deyildir. Məsələn, fəsillər həmişə eyni
ardıcıllığa malikdirlər, lakin bunların heç biri
digərinin səbəbi, yaxud nəticəsi deyil. Habelə,
Günəşdən ayrılan nur və istilik həmişə paraleldir.
Lakin bunlardan (nur və istilik) hansı birini digərinə
səbəb, yaxud nəticə hesab etmək olar?!
Ən düzgün nəzəriyyə budur ki, insan səbəbiyyət
qanununu hər şeydən öncə öz daxilində tapır. O,
hər an davranış və hərəkətlərinin öz iradəsinə bağlı
olduğunu görür. Bu da, insan iradəsinin səbəb,
davranış və hərəkətlərin isə nəticə olduğunu açıqca
bəyan edir.
SƏBƏBİN NÖVLƏRİ
Mühüm fəlsəfi kateqoriyalardan olan səbəbi
müxtəlif bölgülərə ayırmışlar. Bu bölgülərin
rəngarəngliyi fərqli e’tibar və cəhətlərdən irəli gəlir.
Biz hər bir şeyə fərqli aspektlərdən yanaşmaqla, onu
müxtəlif bölgülərə ayıra bilərik. Məsələn, insanları
rəng e’tibarı ilə ağ, qara və s., dil e’tibarı ilə azəri,
ərəb, ingilis və i.a. növlərə ayırmaq olar. İndi də,
səbəbin bölündüyü növlərdən bə’zilərini sadalayaq:
İslam fәlsәfәsi ilә tanışlıq
61
Tam vә spesifik sәbәblәr; Bə’zi səbəblər öz
nəticələrini yaratmaqda kifayət edir və heç bir kənar
yardıma ehtiyac duymur. Məsələn, Allah-təala
məxluqatı xəlq etməkdə başqa bir şeyə ehtiyaclı
deyildir. Belə səbəblər tam adlanır. Bə’zi səbəblər isə
müəyyən
nəticə
hasil
etməkdə
yetərli
olmadıqlarından
başqa
səbəblərlə
birləşirlər.
Məsələn, bitginin inkişafı üçün su, hava, günəş şüası
və torpağın heç biri ayrılıqda səbəb deyildir. Yalnız
bu səbəblər birləşərək vahid nəticəni hasil edirlər.
Belə hallarda səbəblər spesifik adlanır. Adətən,
spesifik səbəblərin məcmusu tam səbəbi yaradır.
Elmi-tədqiqat tam səbəbləri müəyyənləşdirməkdə
çətinlik çəkir. Eksperimental tədqiqat zamanı tam
səbəbi təşkil edən spesifik səbəblərin yalnız bir
qismi ortaya çıxır.
Bәsit vә mürәkkәb sәbәblәr; Bir sıra səbəblər də
vardır ki, onlar ayrı-ayrı hissələrdən təşkil
olunmamışlar. Maddi aləmdə bəsit səbəblərin
tapılması qeyri-mümkündür. Atom fizikası kəşf
olunanadək materiya sahəsində, yalnız qədim
yunan
filosofu
Demokritin
1
«Atomistika»
1
Abderli Demokrit –eramızdan əvvəl 460-370 də yaşamış
yunan filosofu, «Atomistikanın» banisidir. Demokrit hesab
edirdi ki, bütün şeyləri atom birləşmələri təşkil edir. Atom
yunanca bölünməz deməkdir. Filosofa görə atomlar əbədi və
dəyişməzdir.
İslam fәlsәfәsi ilә tanışlıq
62
nəzəriyyəsi hökm sürürdü. Demokritə görə bütün
maddələr bölünməz atomlardan təşkil olunmuşdur.
Filosoflar da bu antik hipotezi əsas götürərək maddi
aləmdə bəsit səbəblərin olduğuna inanırdılar. Atom
fizikası kəşf olunduqdan sonra bu kiçicik varlığın
özünün də heyranedici bir şəkildə bölündüyü isbat
olundu. Elmin bu sahəsi atomun nüvəyə malik
oludğunu aşkar etdi. Tezliklə nüvənin proton-
neytron modeli ortaya çıxdı. Bu isə atom nüvəsinin
iki elementar zərrəcikdən təşkil olunduğunu
deyirdi. Atom nüvəsi kvant işıq, yə’ni fotonlar
vasitəsilə mənfi yüklü elektronları öz ətrafında dövr
etdirir. Elektronların sayı Mendeleyevin dövrü
sistemində verilmişdir. Atom nüvəsinin mürəkkəb
tərkibliliyinin və eləcə də 200-dən çox elementar
zərrəciyin mövcud olduğunun kəşf olunması yeni
bir mərhələ idi. Nəhayət, 1964-cü ildə bütün
elementar zərrəciklərin özlərinin də mürəkkəb
quruluşlu olduğu, kvarklar fərziyyəsi ortaya çıxdı.
Müşahidə etdiyimiz kimi maddi aləmdə bəsit varlıq
axtarmaq özünü yormaqdan başqa bir şey deyildir.
Mütəaliyə filosoflarına görə bəsit səbəb, yalnız
Allah-təaladır. Digər səbəblər isə mürəkkəb hesab
olunur. Hətta Allah-təaladan başqa digər mücərrəd
varlıqlar (ruh, mələklər) belə bəsit deyildirlər. Onlar
maddi tərkibdən təşkil olunmasalar da, ən azı
vücud və mahiyyətin tərkibindən ibarətdirlər.
Dostları ilə paylaş: |