İslam fәlsәfәsi ilә tanışlıq
63
Vasitәli vә vasitәsiz sәbәblәr; Səbəblər öz
nəticələrini yaratmaq üçün bə’zən vasitə ilə, bə’zən
isə bilavasitə tə’sir edirlər. Məsələn, insan suyu
qaynatmaq üçün oddan istifadə edir. Burada həm
insan, həm də od suyun qaynamasına səbəbdir.
Lakin insan vasitəli, od isə vasitəsiz səbəb hesab
olunur. Burada səbəbiyyət barədə ortaya çıxan iki
yanlış fikri aydınlaşdırmaq yerinə düşərdi.
Müasir fizika materiyada baş verən dəyişikliklərə
dair konkret fikirlər irəli sürərək, dəqiq səbəbləri
isbat edir. Materialistlər də bu səbəblərin müəyyən
olunmasını dini tə’limlərlə üz-üzə qoymağa
çalışırlar.
Onlar:
«Bu
hadisənin
səbəbi
müəyyəndirsə, Allahın səbəb olduğunu necə qəbul
edək?» – deyə iradlarını bildirirlər. Digər tərəfdən
isə, İslam kəlamilərindən olan əş’ərilərin ən’ənəvi
mistik tə’limlərində mövcudata aid olan fiziki
qanunlar belə rədd olunur. Onlar bilavasitə bütün
şeylərin səbəbini Allahda görür, digər fiziki
səbəbləri qəbul etmirlər. Bu isə ifrat fatalizmi ortaya
çıxarır. Hər iki anlayış tamamilə səhvdir. Bu
anlayışlar, haqqında danışdığımız vasitəli və
vasitəsiz səbəblərin düzgün qavranılmamasından
irəli gəlir. Mütəaliyə fəlsəfəsinə görə materiyada
hadisələrin fiziki səbəbləri vasitəsiz, Allah-təalanın
iradəsi isə vasitəli səbəb hesab olunur. Biz
«metafizika və materiya» bəhsində bu məsələ haqda
İslam fәlsәfәsi ilә tanışlıq
64
ətraflı söhbət açacaq, materiya probleminin həlli
barədə danışacağıq.
Əvәz olunan vә olunmayan sәbәblәr; Günəş,
istilik buraxan, onu yaradan bir səbəbdir. Lakin
istiliyi yaratmağa qadir olan digər səbəblər də
mövcuddur.
Məsələn,
biz
istiliyi
oddan,
sürtünmədən, elektrik enerjisindən də əldə edə
bilərik. Belə səbəblər nəticənin hasil olunmasında
tək olmadıqları üçün «əvəz olunan səbəblər»
adlanırlar. Bə’zi səbəblər isə, öz nəticələrini
yaratmaqda təkdirlər. Bu qrup səbəblər «əvəz
olunmayan səbəblər» adlanırlar. Məsələn, suyun
yaranmasına, yalnız hidrogen-oksigen birləşməsi
səbəb ola bilər. Yəqin ki, bə’ziləri suyun
«deyterium-oksigen
birləşməsi»
variantını
xatırladacaqlar. Mə’lum olduğu kimi, deyterium
hidrogenin izotopudur. Yə’ni onlar eyni kimyəvi
xassəyə malikdir. Yalnız onların atom kütləsi
fərqlidir. Deyterium – atom kütləsi iki olan
hidrogendir. Digər tərəfdən isə, deyterium-oksigen
birləşməsindən adi su deyil, ağır su yaranır. Ağır su
adi sudan fərqlidir. O, normal atmosfer təzyiqində
101,2
o
S-də qaynayır, 3,8
o
S-də donmağa başlayır.
Bunlar səbəbin bə’zi bölmələri idi.
Dahi yunan filosofu Aristotel dörd növ səbəb
qəbul edirdi:
İslam fәlsәfәsi ilә tanışlıq
65
Materiya; Yaradılan şeyin təşəkkül tapmasında
ilkin şərtlərdən biri materiyadır. Materiya həmişə
nəticə ilə yaşayacaq bir səbəbdir. Şübhəsiz ki, bu,
yalnız maddi aləmə aiddir.
Forma; Materiyada imkan şəklində nəzərdə
tutulanın gerçəkliyə çevrilməsidir. Bu, həmin
varlığın mahiyyətini təşkil edir.
Yaradıcı sәbәb; Bu, yaranma prosesində hərəkətin
başlanğıcı və təkanvericisidir. Aristotel bütün
hərəkətlərin başlanğıcını Allah hesab edirdi.
Filosofa görə Allah «sabit ilk təkanverici» kimi
səbəblər səbəbi, yaradıcı səbəbdir.
Mәqsәd; Aristotelə görə, nəticənin hasil olması
üçün məqsəd də xüsusi bir səbəb kimi tə’sir
göstərir
1
. Şüurlu varlıqlar sadir olan davranış, rəftar
və
icadlarda
bu
səbəbin,
yə’ni
məqsədin
özünəməxsus rol oynaması şübhəsizdir. Lakin
şüursuz təbiətdə baş verən proseslərdə məqsədin
mövcudluğu
barədə
müxtəlif
fikirlər
irəli
sürülmüşdür:
Materialistlər təbiətdə baş verən hadisə və
təzahürlərin məqsədsiz olduğunu deyir, bütün
prosesləri, sadəcə olaraq, təsadüfün nəticəsi hesab
edirlər.
1
Proseslərdə məqsəd, Aristotel tə’limində entelexiya –
(entelecheia) kimi ifadə edilmişdir.
İslam fәlsәfәsi ilә tanışlıq
66
Platon və onun tərəfdarları isə bu prosesləri
materiyada
zəif
bir
şüurun
nəticəsi
kimi
qiymətləndirirlər. Onlar hesab edirlər ki, hər bir
mövcudun zəif də olsa, şüuru olmalıdır. Təbiətdə
baş verən prosesləri doğuran da məhz bu zəif
şüurların öz məqsədlərinə çatması tələbidir.
Molla Sədra məktəbinin nümayəndələrinə görə,
təbiətdə baş verən prosesləri məqsədsiz hesab
etmək olmaz. Lakin bu proseslər öz-özlüyündə bir
məqsədə deyil, nəticəyə yönəlmişdir. Məsələn, A
şəhərindən B şəhərinə doğru hərəkət edən
avtomobil və onun sərnişinlərinə nəzər yetirək. B
şəhərinə
çatmaq
sərnişinlər
üçün
məqsəd,
avtomobil üçün hərəkətin sonu və nəticə hesab
olunur. Deməli, təbiət proseslərinin yönəldiyi nöqtə
məqsəd deyil, nəticə hesab olunmalıdır. Lakin bu,
təbiətin məqsədsiz hərəkəti, yaxud dəyişməsi kimi
başa düşülməməlidir. Bütün xilqət öz varlıqları ilə
ilahi bir məqsədə tabedir.
SƏBƏB VƏ NƏTİCƏNİN ƏSAS ƏLAQƏLƏRİ
Ötən bəhslərimizdə səbəbiyyət qanunu barədə
danışarkən, səbəb və nəticə arasında sıx əlaqə
olduğunu qeyd etmişdik. Səbəb və nəticə arasında
çoxlu sayda dərin əlaqələr mövcuddur. Biz bu
əlaqələrdən ən əsasları ilə tanış olacağıq:
Dostları ilə paylaş: |