İslam fәlsәfәsi ilә tanışlıq
67
Qeyd etməliyik ki, bu əlaqə, yalnız tam səbəblər
və onların nəticələri arasında hakimdir. Burada
kəlamilər və filosoflar arasında mübahisə obyektinə
çevrilən bir məsələ qarşıya çıxır. Allah-təala, Öz
məxluqatını yaratmaqda sözün əsl mə’nasında tam
səbəbdir. Bu qanuna əsasən, Allah-təalanın mövcud
olması onun məxluqatının mövcud olmasını labüd
edir. Kəlamilər bunu qətiyyən qəbul etmir və
filosofları,
Allahı
Öz
davranışında
məcbur
bilmələrində ittiham edirlər. Filosoflar isə bunu, əsla
məcburiyyət mə’nasında başa düşmürlər. Onlar
hesab edirlər ki, biz Allah-təalanın vücudundan
danışırıqsa, Onun bütün sifətlərini nəzərə almalıyıq.
Allah-təala diridir, qadirdir, mərhəmətli və lütf
edəndir və s. Bütün bu sifətlər nəzərə alındıqda
kamil və tam bir səbəb canlanır. Bu səbəbin də öz
nəticələrini yaratması labüddür. Diqqət edin! Bu,
ilahi lütf və mərhəmətlidir, əsla ehtiyac və
məcburiyyət kimi dərk olunmamalıdır.
Sinxiyyәt; Səbəb və nəticə arasında olan digər əsas
və dərin əlaqələrdən biri də sinxiyyət əlaqəsidir.
Mə’lumdur ki, hər bir nəticə istənilən səbəbdən
doğula bilməz. Habelə, müəyyən səbəb, yalnız
müəyyən nəticə yarada bilər. Məsələn, su, bütün
maddələrdən əldə olunmur. Bunun üçün müəyyən
maddələr mövcuddur. Həmçinin şüursuz təbiət
şüurlu insan yaratmağa qadir deyil. Bu qanunu
İslam fәlsәfәsi ilә tanışlıq
68
ümumi şəkilə salmaq istəsək belə ifadə edə bilərik:
«Səbəb öz nəticəsinə verəcəyi kamillik və dəyərə
sahib olmalıdır. Heç kəs və heç nə malik olmadığı
bir şeyi başqasına verə bilməz!»
Bu qanun Allah-təalanın varlığını və sifətlərini
isbat etmək üçün ən mühüm qanunlardan biridir.
Belə ki, varlıq aləmində həyat, elm, şüur kimi
xüsusiyyətlərin mövcud olması, onların cansız,
elmsiz, şüursuz təbiətin nəticəsi olduqlarını inkar
edir. Varlıq aləminə hakim olan bu xüsusiyyətlərin
ən kamil formasını özündə cəmləşdirən qüdrətli
Xaliqin varlığı bu yolla isbat olunur. Allah-təala öz
müqəddəs
kitabı
Qur’ani-kərimdə
bu
isbat
yolundan çox gözəl şəkildə dəfələrlə istifadə
etmişdir.
SƏBƏB VƏ NƏTİCƏYƏ YENİ BİR BAXIŞ
Səbəb və nəticəyə dair, eləcə də onlar arasında
hakim olan əsas qanunlar haqqında müəyyən qədər
mə’lumat aldıq. Varlıqlar arasında olan ən sıx əlaqə
və kauzallığı öz vücudumuzla hiss etməklə yanaşı,
onu elmi şəkildə də araşdırdıq. İlk öncə bu nəticəyə
gəldik ki, hər bir mövcudun bir səbəbi var, yə’ni ona
vücud bağışlayan başqa bir mövcud vardır. Lakin
diqqət etdikdə ortaya bə’zi sualların çıxdığını
görəcəyik:
İslam fәlsәfәsi ilә tanışlıq
69
–Bu səbəbiyyət əlaqəsi ən ilkin bir səbəblə
yekunlaşmalı deyilmi?
–Bütün varlıqların səbəbə ehtiyacı varsa, bu
sonsuzluq deyilmi?
Bütün bu suallara aşağıdakı açıqlamalardan
düzgün cavab ala bilərik:
«Silsilәvi sәbәbiyyәt»; Gəlin bir anlığa bütün
varlıq aləmini təsəvvürümüzə gətirək. Gözlərimiz
önündə
varlığın
saysız-hesabsız
predmetləri
canlanacaqdır. Günəş, Ay, ulduzlar, Yer, dağlar,
daşlar, çaylar, insanlar, heyvanlar, bitkilər və s.
Sözsüz ki, bu predmetləri sayıb qurtarmaq mümkün
deyil, lakin bu, onların sonsuz olması demək
deyildir. Mövcudatın sayı və miqdarı nə qədər çox
olsa da, məhduddur və sonsuz deyildir. Biz
mövcudatın hamısını səbəbiyyət qanununa tabe
edib, onları «A-varlığını B-varlığı, B-varlığını V-
varlığı, onu isə Q-varlığı və i. a. Yaratmışdır» tərtibi
ilə silsiləvi şəkildə əlaqələndirə bilərikmi? Sizcə bu
varlıqlar nə qədər davam edə bilər? Mövcudatın
sonsuz olmadığını xatırlasaq, bu növ bağlılıqla
razılaşa bilərikmi? Şübhəsiz ki, xeyr! Deməli,
səbəbiyyət əlaqəsini silsilə sonsuzluq şəklində qəbul
etmək olmaz! Bu, fəlsəfədə «Silsiləvi səbəbiyyət»
nəzəriyyəsinin puçluğudur.
«Dairәvi sәbәbiyyәt»; Səbəbiyyət əlaqəsinin
silsiləliyi nəzəriyyəsi (əgər nəzəriyyə demək olarsa!)
İslam fәlsәfәsi ilә tanışlıq
70
tam mə’nada rədd olunur. Lakin burada başqa bir
nəzəriyyə də mövcuddur. Bu, dairəvi səbəbiyyətdir.
Bu nəzəriyyəyə görə səbəbiyyət mövcudat arasında
dairəvi şəkildə hakimdir. Belə ki, A-varlığını B-
varlığı, B-varlığını V-varlığı, onun özünü də Q-
varlığı, Q-varlığını isə A-varlığı yaratmışdır. Biz bu
misalda milyonlarla varlığı yuvarlaqlaşdıraraq dörd
predmetdə (A,B,V,Q) cəmləşdirmişik. Misala diqqət
etsək, görərik ki, əvvəlcə Q-varlığını (V və B-nin
vasitəsilə) A-varlığı üçün səbəb fərz etmiş, daha
sonra isə A-varlığının Q-yə səbəb olduğunu
söyləmişik. Bu isə, A-nın Q-yə münasibətdə həm
səbəb, həm də nəticə olması deməkdir. Bir
mövcudun digəri ilə münasibətdə həm səbəb, həm
də nəticə olmasının batil və puçluğu aşkardır.
Göstərilən misal, sanki bir şəxsin digərinə eyni
vaxtda həm övlad, həm də ata olması deməkdir ki,
bu da qeyri-mümkündür. Beləliklə, «Dairəvi
səbəbiyyət nəzəriyyəsi»nin puçluğu da bizim üçün
aydınlaşır.
Hər iki nəzəriyyədən əldə etdiyimiz nəticə bizlər
üçün bir şeyi isbat edir: Mövcudatın arasında
səbəbə ehtiyacı olmayan yalnız bir mövcud vardır.
Əks təqdirdə silsiləvi, yaxud dairəvi səbəbiyyəti
qəbul etmiş olarıq. Səbəbə ehtiyacı olmayan varlıq,
səbəblər səbəbi, mütləq varlıq –Allah-təaladır.
«Mütəaliyə» fəlsəfəsində bu ali və pak varlıq
Dostları ilə paylaş: |