Edafit və ya torpaq amilləri
•
Torpaq amillərinin bitkilərin yaşayışına olduqca böyük təsiri vardır. Bitkilər
orqanizmləri üçün lazım olan suyu və mineral maddələri torpaqdan alırlar. Ona görə
də torpağın tərkibinin, strukturunun, fiziki halının, temperaturunun, afasiyanın,
rütubətinin bitkilərin həyatında mühüm əhəmiyyəti vardır. Bitkilərin kök sisteminin
quruluşu və inkişafı torpağın strukturu ilə bağlıdır, torpağın quruluşu, fiziki-kimyəvi
xassələri isə bitkilərdən asılıdır.
•
Bitkilərdə gedən biokimyəvi, fizioloji və mikrobioloji proseslər, həmçinin köklərin
böyüməsi torpağın PH-dan asılıdır. Bəzi bitkilər turşuluğu çox olan torpaqlara,
digərləri neytral torpağa, bəziləri isə qələvili torpağa uyğunlaşmışlar.
•
Bitkilərin mineral qidalanması torpaqdakı duzlar hesabına baş verir. Ca, Mg, K,
Fe elementlərinin müəyyən kombinasiyası çox vacibdir. Kalsiumun torpağın fiziki-
kimyəvi xassələrinə təsiri böyükdür. Onun çatışmazlığı torpağın turşuluğunu artırır,
bitkilərdə isə, Ca sitoplazmanın kolloid vəziyyətinə təsir göstərir. Kalsiumu sevən
bitkilər
Dostları ilə paylaş: