|
Bitki ekologiyasının əsas elementləri. Bitki inkişafına təsir edən əsas ekoloji amillər. Bitkilərin introduksiyasıb4Fitosenologiya və ya
geobotanika
•
Fitosenologiya və ya geobotanika bitki örtüyündə və bitki qruplaşmalarında olan bitkilərin bir-biri
ilə və xarici mühitlə əlaqəsini öyrənir. Qruplaşmalar sadəcə yığım olmayıb, bitkilərin qanunauyğun
yaşayış formasıdır. Qruplaşmalarda bitkilər bir-birlərinə uyğunlaşmış həyat sürürlər. Uyğunlaşma
eyni zamanda ekoloji mühitlə də gedir. Fitosenoz daim inkişaf edir, dəyişir, onun bir forması
başqası ilə əvəz olunur.
•
Fitosenozda rəqabət eyni növə daxil olan fərdlər arasında, eyni səviyyədən qidalanan və
günün şüalarında istifadə edən bitki növləri arasında baş verir. Kökləri müxtəlif yerləşən növlər
arasında rəqabət baş vermir. Torpağın eyni layında bir çox növlərin kökləri yerləşdikdə isə rəqabət
kəskinləşir.
•
Torpağın üst qatında da işığa tələbata görə bitkilər qruplaşırlar. Bəzi növlər yuxarı yarusda
yerləşir və işıqsevən bitkilər adlanırlar, bəziləri orta yarusda yerləşir, üçüncü qrup bitkilər isə,
aşağı yarusda yerləşir və kölgəsevən bitkilər adlanırlar. Ən aşağı yarusda adətən ibtidai bitkilər:
göbələklər, yosunlar və s. yerləşirlər.
•
Çox bitki növü olan fitosenozda hökmran növ
edifikator
, ona nisbətən az yayılan növ
subedifikator
adını daşıyır.
•
Bəzi fitosenozlar təbii antropogen və ya insanın iştirakı ilə əmələ gələ bilər. Məsələn, kənd
təsərrüfatı bitkiləri, süni yaradılmış meşə zolaqları, otlar sahələri və s.
•
Fitosenoz il ərzində dəyişir və müxtəlif dövr keçirir. Fitosenozdakı bəzi növlər yazda
çiçəklədiyi halda, digər növlər oyanma dövrü keçirir, bəzi bitki növləri yayın axırında yarpaq və
toxumlarını tökdüyü halda, digər bitki növü isə, çiçək açmağa başlayır.
•
Fitosenoz keyfiyyətcə daim dəyişir.
Bitki qruplaşmasının klimaksı -
bitki örtüyünün stabil
vəziyyətidir.
İqlim və torpaq şəraitinin dəyişməsi, fitosenozun həmin şəraitə uyğunlaşması, növün
və fitosenozun uzun ömür sürməsinə və yeni növün əmələ gəlməsinə səbəb olur.
•
Müəyyən ərazidə bitən fitosenozun növ cəmi ərazinin
Dostları ilə paylaş: |
|
|