Bitki ekologiyasının əsas elementləri. Bitki inkişafına təsir edən əsas ekoloji amillər. Bitkilərin introduksiyası



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə6/11
tarix04.05.2023
ölçüsü1,38 Mb.
#108434
1   2   3   4   5   6   7   8   9   10   11
b4

Fitosenologiya və ya 
geobotanika 

Fitosenologiya və ya geobotanika bitki örtüyündə və bitki qruplaşmalarında olan bitkilərin bir-biri 
ilə və xarici mühitlə əlaqəsini öyrənir. Qruplaşmalar sadəcə yığım olmayıb, bitkilərin qanunauyğun 
yaşayış formasıdır. Qruplaşmalarda bitkilər bir-birlərinə uyğunlaşmış həyat sürürlər. Uyğunlaşma 
eyni zamanda ekoloji mühitlə də gedir. Fitosenoz daim inkişaf edir, dəyişir, onun bir forması 
başqası ilə əvəz olunur. 

Fitosenozda rəqabət eyni növə daxil olan fərdlər arasında, eyni səviyyədən qidalanan və 
günün şüalarında istifadə edən bitki növləri arasında baş verir. Kökləri müxtəlif yerləşən növlər 
arasında rəqabət baş vermir. Torpağın eyni layında bir çox növlərin kökləri yerləşdikdə isə rəqabət 
kəskinləşir. 

Torpağın üst qatında da işığa tələbata görə bitkilər qruplaşırlar. Bəzi növlər yuxarı yarusda 
yerləşir və işıqsevən bitkilər adlanırlar, bəziləri orta yarusda yerləşir, üçüncü qrup bitkilər isə, 
aşağı yarusda yerləşir və kölgəsevən bitkilər adlanırlar. Ən aşağı yarusda adətən ibtidai bitkilər: 
göbələklər, yosunlar və s. yerləşirlər. 

Çox bitki növü olan fitosenozda hökmran növ 
edifikator
, ona nisbətən az yayılan növ 
subedifikator 
adını daşıyır. 

Bəzi fitosenozlar təbii antropogen və ya insanın iştirakı ilə əmələ gələ bilər. Məsələn, kənd 
təsərrüfatı bitkiləri, süni yaradılmış meşə zolaqları, otlar sahələri və s. 

Fitosenoz il ərzində dəyişir və müxtəlif dövr keçirir. Fitosenozdakı bəzi növlər yazda 
çiçəklədiyi halda, digər növlər oyanma dövrü keçirir, bəzi bitki növləri yayın axırında yarpaq və 
toxumlarını tökdüyü halda, digər bitki növü isə, çiçək açmağa başlayır. 

Fitosenoz keyfiyyətcə daim dəyişir. 
Bitki qruplaşmasının klimaksı -
bitki örtüyünün stabil 
vəziyyətidir.
İqlim və torpaq şəraitinin dəyişməsi, fitosenozun həmin şəraitə uyğunlaşması, növün 
və fitosenozun uzun ömür sürməsinə və yeni növün əmələ gəlməsinə səbəb olur. 

Müəyyən ərazidə bitən fitosenozun növ cəmi ərazinin 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə