Bitki ekologiyasının əsas elementləri. Bitki inkişafına təsir edən əsas ekoloji amillər. Bitkilərin introduksiyası


kalsefil bitkilər adlanır. Elə bitkilər də vardır Ca onlara mənfi təsir göstərir.  Onlara  kalsefob



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə4/11
tarix04.05.2023
ölçüsü1,38 Mb.
#108434
1   2   3   4   5   6   7   8   9   10   11
b4

kalsefil
bitkilər adlanır. Elə bitkilər də vardır Ca onlara mənfi təsir göstərir. 
Onlara 
kalsefob
bitkilər deyilir. 

Digər makro və mikroelementlərin də bitkilərə təsiri böyükdür. Məsələn, Mg 
xlorofilin tərkibinə daxildir və fotosintezdə iştirak edir. 

Bəzi bitkilər Na elementi ilə zəngin olan torpaqlarda da həyat sürür və mühitə 
yaxşı uyğunlaşırlar. Belə bitkilərə 
qalofit
bitkilər deyilir. Məsələn, şoran səhralıq 
yerlərdə bitən bitkilər. 

Torpaqları bərkiməmiş qumlu sərhalarda bitən bitkilərə 
psammofit
bitkilər 
deyilir. Belə bitkilərin kökləri çox iri və uzun olur (20 m-ə qədər). Məsələn, cusqun 
bitkisi. 


Biotik amillər 

İnsan, heyvan və bitkilərin bir-birlərinə göstərdiyi təsirlər
 biotik
amillərə aiddir. Belə 
orqanizmlərin cəmi 
biosenozluq
, onların bir-birilə olan əlaqəsi 
biosenoz
adlanır. 

Ali bitkilərin həyatında və onların yayılmasında heyvanların böyük ekoloji rolu 
vardır. Onlar bitkilərə birbaşa və dolayı yolla təsir edirlər. Heyvanlar (həşəratlar, 
quşlar və s.) çiçəklərin tozlanması və mayalanmasında, meyvə və toxumaların 
təbiətdə yayılmasında, beləliklə, bitkilərin çoxalması və yer üzərində yayılmasında 
geniş iştirak edirlər. Heyvanlar torpağın xassə və strukturunun dəyişilməsində də 
mühüm rol oynayırlar. 

Bitkilərin bir-birlərinə olan münasibəti və təsiri müxtəlifdir. Bitkilərin qarşılıqlı 
əlaqəsində hər 2 tərəf mənfəət olarsa 
simbioz, 
yalnız bir tərəf mənfəət hasil edərsə, 
birtərəfli mənfəət
adlanır. 

Ali bitkilərlə göbələklər, bakteriyalarla paxla meyvəli bitkilər, yosun və 
göbələklər arasında olan əlaqələr simbiotik əlaqədir. 

Birtərəfli mənfəət alan bitkilərə isə, parazit bitkiləri, məsələn, öskəotunu misal 
göstərmək olar. 

İnsan öz yaradıcılığı ilə bitki aləminə, həm müsbət, həm də mənfi təsir göstərir. 
Bitkiləri becərərək onların areallarını genişləndirir, yeni çeşidlər yaradır, yeni iqlim 
şəraitinə uyğunlaşdırılmasını həyata keçirir. Lakin, yeni sənaye müəssisələrinin 
yaradılması, zərərli tullantıların ətraf mühitə atılması, nüvə silahlarının sınaqlarının 
keçirilməsi bitki aləminə böyük zərər yetirir. 



Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə