Bitki ekologiyasının əsas elementləri. Bitki inkişafına təsir edən əsas ekoloji amillər. Bitkilərin introduksiyası



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə8/11
tarix04.05.2023
ölçüsü1,38 Mb.
#108434
1   2   3   4   5   6   7   8   9   10   11
b4

İynəyarpaqlı 
meşələr

Mülayim iqlimli və şimal zonalarında: 
Şimali Amerikada, SNQ-nin orta və

şimal zonalarında, həmçinin Krımın, 
Qafqazın, Orta Asiyanın dağlıq 
zonalarında yayılmışlar. Küknar və şam 
ağacları meşələrdə üstünlük təşkil edir. 

Çöllük (düzənlik və 
ya bozqır) bitkiləri

Yağıntılar az olan ərazilərdə - 
Avropa, Asiya və Şimali 
Amerikanın mərkəzi 
rayonlarında yayılmışlar. 
Kserofit ot bitkiləri ilə 
səciyyələnir. Paxlalıların 
nümayəndələri, cırmığ, bəzi 
söcanaqlı bitkilər və s. onların 
arasında təsadüf edilir.
Bitki 
qruplaşmalarının əsasən
xüsuyətləri-şaxtaya dözümlü 
kserofitlərdən (quraqlığa dözümlü 
otlardan)

ibarət olmasıdır. 



Savannalar.

Ekvator, Cənubi Amerika və Cənubi 
Afrikanın bir çox vilayətlərində 
təsadüf

olunur. Onlar hündür ot bitkiləri ilə 
xarakterizə olunur, bəzi yerlərində 
quraqlığa davamlı xırda ağac və kol 
bitkiləri bitirlər. Ot bitkilərindən 
taxılkimilərin nümayəndələrinə, ağac 
bitkilərindən akasiya, palma, baobab 
və d.-nə təsadüf edilir. 

Çəmənliklər.

Y
ay sakitlik dövrü olmayan mezofil 
və hiqrofil çoxillik ot bitkilərinin bitki 
qruplaşmalarında olmasının üstünlük 
təşkil etməsi bu tip bitki örtüyünün 
əsas xüsusiyyətidir. Çoxillik ot 
bitkilərindən təşkil olmuşdur. Taxıl və 
cil fəsiləsinin bitkiləri çəmənliklərin 
tərkibində üstünlük təşkil edirlər. 
Çəmənliklər meşəliklərdə, dağların
alp və subat zonasında yerləşirlər
.



Səhra bitkiləri (bitki örtüyü)

Afrika, Orta Asiya, Ərəbistan və Meksikada rast 
gəlinir. Səhra üçün yağıntının

az olması, yayda yüksək temperaturun və quru 
havanın olması xasdır. Səhralarda bitkilər ya heç 
olmur, ya da çox seyrək bitirlər. Yovşanın, 
şoranotunun növləri səhra bitki örtüyü üçün 
səciyyəvidir. Quru səhralardan başqa soyuq 
səharalar da vardır ki, onlar da yüksək dağlıq və 
arktik zonalarda yerləşirlər. Bu səhralar üçün 
bəzi çiçəkli bitkilər, şibyələr, yosunlar, mamırlar 
səciyyəvidir. 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə