Bitki ekologiyasının əsas elementləri. Bitki inkişafına təsir edən əsas ekoloji amillər. Bitkilərin introduksiyası



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə11/11
tarix04.05.2023
ölçüsü1,38 Mb.
#108434
1   2   3   4   5   6   7   8   9   10   11
b4

Pirofit bitkilər nə deməkdir? 
A) bu bitkilərin toxumlarının yayılması üçün odun olması zəruridir 


sahəsi isə 1213,7 min hektardır. Bundan meşə ilə örtülü sahə 989,5 min hektar təşkil 
etməklə, ümumi ərazinin 11,4% qədərədir. Hər adam başına təqribən 0,12 ha meşə 
sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 
dəfə (0,48 ha) azdır. Azərbaycanda meşələr sahəcə az olsalar da növ zənginliyi ilə 
məşhurdur. Burada 435 növ ağac və kol bitir, onlardan da 70-i endemik növlərə 
aiddir. Bütün respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr 
Böyük və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq hissələrində geniş 
yayılmışdır. Xüsusilə onlar 600-1600 m mütləq yüksəkliklərdə çox yerdə vahid qurşaq 
yaradır. Qalan sahələrdə talalar, dar zolaqlar şəklində saxlanılır. Meşələr əsas üç ağac 
növlərindən - fıstıq, vələş və palıddan ibarətdir. Onlar bütün meşə örtüyünün 86,2 
faizini təşkil edir. Bunlardan başqa, ağcaqayın, qarağac, cökə, qızılağac, qovaq, 
yalanyarpaq, söyüd və s. enliyarpaqlı ağaclar bitir. İynəyarpaqlı meşələr respublika 
meşələrinin 1,7 faizini təşkil edir. Azərbaycanda təbii halda inkişaf edən 107 ağac 
növündən 7-si iynəyarpaqlı ağaclardır. Onlara Avropa qaracökəsi, Eldar şamı, 
qarmaqvari şam, çoxmeyvəli, ağır iyli qırmızı və uzungövdəli ardıc ağacları daxildir. 
Azərbaycan Respublikası bir çox nadir və kol növlərinin vətəni sayılır. Qaracökə 
üçüncü dövrün relikt bitkisi kimi meşələrin nadir incisidir. Bu ağac Böyük Qafqazın 
Cənub (Qəbələ rayonu), cənub-şərq (Pirqulu, Şamaxı rayonu) hissəsində yayılmışdır. 
Gecböyüyən, lakin uzunömürlü qaracökə heç vaxt geniş sahələri əhatə etməyib. Eldar 
şamının vətəni Azərbaycandır, yayılma arealı isə Ceyrançöl ön dağlığının Eldar oyuğu 
sahəsidir. Talış dağlarında bitən üçüncü dövrün relikt və nadir ağaclarından 
dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, azat, Qafqaz xurması, şümşad, 
yalanqoz, Hirkan ənciri, Hirkan ağcaqayını və s. təbiətin nadir inciləridir. 


Diqqətinizə görə sağolunuz! 
ATU-
nin farmakoqnoziya və botanika

kafedrasının dosenti 

Nərgiz Həbib qızı Məmmədova 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə