kalsefil
bitkilər adlanır. Elə bitkilər də vardır Ca onlara mənfi təsir göstərir.
Onlara
kalsefob
bitkilər deyilir.
•
Digər makro və mikroelementlərin də bitkilərə təsiri böyükdür. Məsələn, Mg
xlorofilin tərkibinə daxildir və fotosintezdə iştirak edir.
•
Bəzi bitkilər Na elementi ilə zəngin olan torpaqlarda da həyat sürür və mühitə
yaxşı uyğunlaşırlar. Belə bitkilərə
qalofit
bitkilər deyilir. Məsələn, şoran səhralıq
yerlərdə bitən bitkilər.
•
Torpaqları bərkiməmiş qumlu sərhalarda bitən bitkilərə
psammofit
bitkilər
deyilir. Belə bitkilərin kökləri çox iri və uzun olur (20 m-ə qədər). Məsələn, cusqun
bitkisi.
Biotik amillər
•
İnsan, heyvan və bitkilərin bir-birlərinə göstərdiyi təsirlər
biotik
amillərə aiddir. Belə
orqanizmlərin cəmi
biosenozluq
, onların bir-birilə olan əlaqəsi
biosenoz
adlanır.
•
Ali bitkilərin həyatında və onların yayılmasında heyvanların böyük ekoloji rolu
vardır. Onlar bitkilərə birbaşa və dolayı yolla təsir edirlər. Heyvanlar (həşəratlar,
quşlar və s.) çiçəklərin tozlanması və mayalanmasında, meyvə və toxumaların
təbiətdə yayılmasında, beləliklə, bitkilərin çoxalması və yer üzərində yayılmasında
geniş iştirak edirlər. Heyvanlar torpağın xassə və strukturunun dəyişilməsində də
mühüm rol oynayırlar.
•
Bitkilərin bir-birlərinə olan münasibəti və təsiri müxtəlifdir. Bitkilərin qarşılıqlı
əlaqəsində hər 2 tərəf mənfəət olarsa
simbioz,
yalnız bir tərəf mənfəət hasil edərsə,
birtərəfli mənfəət
adlanır.
•
Ali bitkilərlə göbələklər, bakteriyalarla paxla meyvəli bitkilər, yosun və
göbələklər arasında olan əlaqələr simbiotik əlaqədir.
•
Birtərəfli mənfəət alan bitkilərə isə, parazit bitkiləri, məsələn, öskəotunu misal
göstərmək olar.
•
İnsan öz yaradıcılığı ilə bitki aləminə, həm müsbət, həm də mənfi təsir göstərir.
Bitkiləri becərərək onların areallarını genişləndirir, yeni çeşidlər yaradır, yeni iqlim
şəraitinə uyğunlaşdırılmasını həyata keçirir. Lakin, yeni sənaye müəssisələrinin
yaradılması, zərərli tullantıların ətraf mühitə atılması, nüvə silahlarının sınaqlarının
keçirilməsi bitki aləminə böyük zərər yetirir.
|