Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə51/137
tarix22.10.2018
ölçüsü2,89 Mb.
#75303
1   ...   47   48   49   50   51   52   53   54   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

156


Sənəd № 261

Dindirmə protokolu

1918-ci il, 9 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Mehdi bəy Hacı Ağa bəy oğlu Bakıxanov, 40 yaşım var, Bakı şəhəri, 

Zamkovskaya küçəsi, 29 №-li evdə yaşayıram, savadsızam. 

Bu ilin mart hadisələri zamanı mənim qardaşım Məmməd bəy Hacı 

Ağa bəy oğlu Bakıxanov Buzovna kəndinin ictimai dükanının tapşırığı ilə 

Bakı şəhərinə gəlmiş və burada öldürülmüşdür. Onun 6000 rubl pulunu 

qarət etmişlər, əvvəl pulunu cibindən çıxarmış, sonra öldürmüşlər. Pullar 

Buzovna kəndinin ictimai dükanına məxsus idi.

Oxundu. Savadsızdır.

Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 9.

Sənəd № 268

Dindirmə protokolu

1918-ci il, 3 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Hümmət Hacı Xuda Qulu oğlu Dövlətov, 16 yaşım var, Bakı şəhərin-

də, Kanitapinskaya küçəsi, 94 №-li evdə (6-cı polis məntəqəsi) yaşayı-

ram.


Mart qırğınlarının üçüncü günü bizim evimizə 10 nəfərə yaxın tüfəng-

lərlə və xəncərlərlə silahlanmış erməni gəldi və qardaşlarım 30 yaşlı 

Rüstəmi, 22 yaşlı Hacı Ağanı və 20 yaşlı Həsəni öldürdülər, sonra isə mən-

zili qarət etdilər. Mən bu vaxt zirzəmidə gizlənmişdim. Rüstəm başından 

5 güllə yarası, sinəsindən və sol ayağından üç xəncər yarası almışdı; Hacı 



157

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ

Ağanın üzündə bir güllə yarası, Həsənin isə başında 5 güllə yarası var idi. 

Ermənilər bizim 2000 rubl nağd pulumuzu və 8020 rubl dəyərində müxtə-

lif əşyalarımızı apardılar. 

Oxundu. Hümmət Dövlətov (imza).

Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 90.



Sənəd № 284

Dindirmə protokolu

1918-ci il, 14 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məşədi Möhbəli Loğman oğlu, 35 yaşım var, Qala kəndinin sakini

Bakıda, 9-cu Kanitapinskaya küçəsi, 6 №-li evdə yaşayıram, savadsı-

zam.


Bu il mart ayının 19-da 70 nəfərə yaxın erməni əsgəri yuxarıda göstər-

diyim evə soxularaq, 60 yaşlı atam Loğman Kərbəlayı Yusif oğlunu, 55 yaş-

lı anam Əminə Avolya qızını, 6 yaşlı qızım Raziyəni qətlə yetirdilər, özü 

də qızım Raziyəni mismarla otağın divarına mıxladılar. Məni yaraladılar 

və mən özümü ölülüyə vurdum. Mənim hər iki ayağıma 2 güllə dəymişdi 

və sol ayağımı bu günədək müalicə edirəm. Ermənilər həmçinin 40 yaşlı 

qardaşım Bəyəlini öldürdülər, mənim və ölümündən qabaq atamın 38.000 

pulumuzu götürdülər. Atam və mən pullarımızı ermənilərə verdik ki, bizi 

öldürməsinlər, lakin erməni əsgərləri pullarımızı aldıqdan sonra atamı 

öldürdülər. Qətldən sonra mənzili qarət etdilər və təqdim etdiyim siyahı-

da göstərilən 118.700 rubl dəyərində əşyalarımızı apardılar.

Oxundu. Savadsızdır.

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v.198.




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

158


Sənəd № 296

Dindirmə protokolu

1918-ci il, 8 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Ağamalı Bəyəli oğlu, 34 yaşım var, Bakı şəhəri, Pojarnıy döngəsi, 13 

№-li şəxsi evimdə yaşayıram.

Bakıda 1918-ci ilin mart qırğınları zamanı ermənilər mənim evim-

də 75 yaşlı qayınanamı qətlə yetirmiş, məni və başqalarını isə əsir gö-

türmüşlər. Yolboyu xəndəklərdə çoxlu sayda öldürülmüş müsəlmanla-

rı görürdüm. 4 sutka əsirlikdə oldum. Orada xeyli yaralı müsəlman var 

idi. Biz 4 sutka ərzində yalnız 1\8 funt çörək almışdıq və aclıqdan atla-

rın yemini toplayır, bu qayda ilə qidalanırdıq. Ermənilər mənim mən-

zilimi və emalatxanamı qarət etmişlər. Mən oğurlanmış əmlakın siya-

hısını və dəyərini 2 vərəqdə sizə təqdim edirəm. Mənim əşyalarımın 

əvvəlki qiyməti 15.700 rubldur. Hal-hazırda mənim əmlakımın dəyəri 

78.500- rubldan az deyildir və bu məbləğin mənə ödənilməsini xahiş 

edirəm.


Oxundu. İmza. 

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 88.



159

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ



Sənəd № 311

Dindirmə protokolu

1918-ci il, 8 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Teymur Mürsəli oğlu, 33 yaşım var, Bakı şəhəri, Fabriçnaya küçəsi, 

85 №-li evdə yaşayıram. 

Bu ilin martında ermənilər müsəlmanlara çıxış edən zaman, mən evdə 

olmadığım vaxt, qonşularımın – Qazan tatarlarının dediklərinə görə, mə-

nim evimə erməni əsgərləri gəlmiş və üç qardaşım Mehdi, Həsənqulu və 

Əbülfəzi və bacım oğlu Ağa Kərim Abbas Əli oğlunu öldürmüşlər. Mənə 

30.000 rubl dəyərində ziyan vuraraq, evimi və dükanımı qarət etmişlər. 

Qardaşlarımın öldürüldüyü günün ertəsi anam, üçüncü günü isə atam 

dünyalarını dəyişmişlər. Məni qırğınların elə birinci günü, ermənilərdən 

qaçarkən, yaralamışdılar: güllə sol ayağımın pəncəsini zədələmişdi. Qar-

daşlarımın və bacım oğlunun meyitləri üzərində güllə, xəncər və süngü ya-

raları var idi.

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 131.

Sənəd № 318

Dindirmə protokolu

1918-ci il, 31 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Rəcəb Kəlbalı oğlu, 36 yaşım var. Bakılıyam, Bakı şəhəri, Lagernaya 

küçəsi, 6 №-li evdə yaşayıram. 

Bu il mart ayının ortalarında, dəqiq gün yadımda deyil, bazar günü 

atışma başlandı. Mən Lagernaya küçəsi, 6 №-li şəxsi evimdə arvadım və 



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə