Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə59/137
tarix22.10.2018
ölçüsü2,89 Mb.
#75303
1   ...   55   56   57   58   59   60   61   62   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

186


Sona Xanbaba qızı, Bakı sakini, Tatarskaya küçəsi, 55 №-li evdə ya-

şayıram, 35 yaşım var, savadsızam. 

 Bu il, mart ayının deyəsən 20-də yuxarıda göstərilən evin həyətinə si-

lahlı erməni əsgərləri gəldilər və 80 yaşlı atam Xan Babanı, 25 yaşlı qar-

daşım Əli Kərimi, 55 yaşlı ərim Kərbəlayı Rəşidi və 17 yaşlı oğlum Baba-

nı apardılar. Bu, səhər saat 7-də olmuşdu. Erməni əsgərləri mənə dedilər 

ki, onları əsir götürürlər. Mən ermənilərə yalvardım ki, onları evdə qoy-

sunlar, ancaq onlar məni döydülər. Yuxarıda adları çəkilən doğmalarımı 

ermənilər küçəyə çıxardılar və 55 №-li evin yanında atamı öldürdülər. 

Ərimi ermənilər Bağırov bağçasının yanında öldürdülər. Qardaşımın və 

oğlumun cəsədlərini tapa bilmədim. Həmin günün axşamı yenidən mə-

nim evimə otuza yaxın erməni gəldi və evi qarət etməyə başladılar. Er-

mənilər təqdim etdiyim siyahıdakı köhnə qiymətlə 3200 rubl dəyərində 

bütün qiymətli əşyalarımızı apardılar; bu ərizənin işə əlavə olunmasını 

xahiş edirəm; məni isə azyaşlı: altı aylıq, üç və doqquz yaşında körpələrlə 

əsir apardılar və iki gün saxladılar.

Oxundu. Savadsızdır. 

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 107.

Sənəd № 435

Dindirmə protokolu

1918-ci il, 26 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Zeynəb Xanım Əkbər qızı, 20 yaşım var, Bakı sakini, Tatarskaya 

küçəsi, 90 №-li evdə yaşayıram.

Bu ilin mart ayının 21-də otuz nəfər silahlı erməni əsgəri yuxarıda 

göstərilən evə gəldilər, mənim mənzilimi 24.425 rubl dəyərində qarət etdilər 

və 1 yaş yarımlıq qızım Teyraxanımı ayaqlayıb əzdilər. Dağıdılıb-sındırılmış 

əşyaların siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. 

Eşitdiyimə görə erməni əsgərləri mənim qonşularımın evlərində də uşaq-




187

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ

ları ayaqlayaraq əziblər. Mən ayaqlanan qızımın çığırtısını indi də eşidirəm.

Oxundu. Savadsızdır. 

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 76.



Sənəd № 436

Dindirmə protokolu

1918-ci il, 26 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Sona Xanım Nəcəf Qulu qızı, 40 yaşım var, Bakı sakini, Tatarskaya 

küçəsi, 91 №-li evdə yaşayıram, savadsızam. 

Bu ilin mart ayının 21-də otuz nəfər silahlı erməni əsgəri yuxarıda 

göstərilən evə gəldilər, mənim mənzilimdən siyahısını təqdim etdiyim 

və işə əlavə olunmasını xahiş etdiyim 15.800 rubl dəyərində əşyalarımızı 

qarət etdilər və 1 yaş yarımlıq nəvəm Teyraxanımı ayaqlayıb əzdilər, məni 

və qızımı əsir götürdülər. Mənim nəvəm erməni əsgərlərinin ayaqları al-

tında əzablar içində öldü. Mənim çəkdiyim dərd və dəhşəti ermənilərin 

qəhqəhələri daha da dərinləşdirirdi. 

Oxundu. Savadsızdır. 

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 76.

Sənəd № 438

Dindirmə protokolu

1918-ci il, 7 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

188


Xırda Xanım Zərbalı qızı, 60 yaşım var, Bakı şəhəri, Tatarskaya küçəsin-

də 65 №-li evdə yaşayıram.

Bu ilin martında ermənilər tərəfindən törədilmiş müsəlman qırğınları 

başlanandan iki gün sonra erməni əsgərləri bizim evimizə gəldilər, ərim 

Muxtar Hüseyn oğlunu Quran oxuduğu zaman öldürdülər; iki güllə hət-

ta Quran kitabına dəymişdi. Barışıq elan edildikdən sonra oğlum Hüseyn 

bizə gəlmişdi. Ermənilər onu özləri ilə apardılar və barışığa baxmayaraq

oğlumu da öldürdülər. Mənim bütün əmlakım ermənilər tərəfindən qarət 

edilmişdir və mənə 15.250 rubl dəyərində ziyan vurulmuşdur. 

Oxundu. Savadsızdır. Onun əvəzinə N. İsmayılov imzaladı. 

Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 126.



Sənəd № 443

Dindirmə protokolu

1919-cu il, 6 fevral. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Zibeydə Məmməd Vəli, 40 yaşım var, Bakı şəhəri, Qoqolevskaya 

küçəsində 121 №-li evdə yaşayıram.

Keçən il mart hadisələri zamanı ermənilər bizim 2-ci Parallelnaya, ev 

2, ünvanda yerləşən mənzilimizə soxularaq mənim ərim Heydər Nağı 

oğlunu və qızımı öldürdülər, mənzili isə qarət etdilər. Oğurlanmış əm-

lak təqdim olunan siyahıda göstərilmişdir. Mənə 18.100 rubl məbləğində 

zərər vurulmuşdur. 

Oxundu. Savadsızdır. 

Komissiya üzvləri: А.Kluge, A.Hacı-İrzayev (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 66.



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə