171
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
göstərilən və dəyəri 3.450 rubl olan əşyalarımızı qarət etmişlər.
Savadsızdır.
Komissiyanın sədri: Ə.Xasməmmədov (imza)
Komissiya üzvü: А.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 94.
Sənəd № 384
Dindirmə protokolu
1918-ci il, 9 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Dürnisə Heybət qızı, 40 yaşım var, Bakı şəhəri, Kirpiçnaya küçəsi,
ev № 65 ünvanda yaşayıram.
Bu ilin mart ayında ermənilər mənim böyük oğlum Məşədi İbrahimi
qətlə yetirmiş və kiçik oğlum Mirzə Əlini yaralamışlar. Canilər xəncərlə
böyük oğlumun başını kəsmişdilər. Ermənilər bundan əlavə bizim əşya-
larımızı qarət etmişlər. Onların 14.285 rubl dəyərində olan siyahısını təq-
dim edirəm.
Savadsızdır.
Fövqəladə Təhqiqat Komissiyasının sədri: Ə. Xasməmmədov (imza).
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 95.
Sənəd № 385
Dindirmə protokolu
1918-ci il, 9 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
172
Qız Xanım Cabbar qızı, 25 yaşım var, Bakı şəhər sakini, Kirpiçnaya
küçəsində yaşayıram, savadsızam.
Bu ilin martında silahlı ermənilər mənim ərimi və 10 yaşlı oğlumu
öldürdülər, sonra isə evimizi qarət edərək, verdiyim ərizədə göstərilən
10.000 rubl dəyərində əşyalarımızı apardılar. Mən baş vermiş hadisənin
şahidi olmuşam. Ermənilər məni və digər qadınları əsir götürdülər, əsir-
likdə bizi təhqir edir, yalnız balığın baş tərəfini təklif edərək, yemək verir-
dilər.
İfadə oxunmuşdur. Savadsızdır.
Fövqəladə Təhqiqat Komissiyasının sədri: Ə. Xasməmmədov (imza).
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 97.
Sənəd № 386
Dindirmə protokolu
1918-ci il, 11 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Bəyim Xanım Oruc Bala qızı, 80 yaşım var, Bakı şəhər sakini, Kir-
piçnaya küçəsində şəxsi evimdə yaşayıram.
Bu il martın 19-da erməni əsgərləri səhər tezdən hücuma keçdilər.
Mən qaçdım, amma mənim oğlum Xan Əhməd Dadaş oğlunu, 25 yaşlı,
erməni əsgərləri öldürdülər. Mənim mənzilimi 12.650 rubl məbləğində
qarət etdilər. Əmlakın siyahısını təqdim edirəm və işə əlavə olunmasını
xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M. Təkinski, А.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 153.
173
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
Sənəd № 387
Dindirmə protokolu
1918-ci il, 11 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Pəri Xanım Rza qızı, 17 yaşım var, Bakı şəhər sakini, Kirpiçnaya
küçəsi № 1 ünvanda yaşayıram.
Bakıda mart qırğınları zamanı ermənilər mənim ərim Xəlil Əbdül Hü-
seyn oğlunu, 28 yaşlı, öldürmüşlər, mənzilimi isə köhnə qiymətlərlə 8.300
məbləğində qarət etmişlər. Mən əşyaların siyahısını və qiymətlərini təq-
dim edirəm və işə əlavə olunmasını xahiş edirəm. İndiki qiymətlərlə on-
ların dəyəri 250.000 rubldan aşağı deyildir. Bu məbləğin mənə ödənilmə-
sini xahiş edirəm.
Oxundu. İmza.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 165.
Sənəd № 388
Dindirmə protokolu
1918-ci il, 18 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Balabacı Heybətqulu qızı, 60 yaşım var, Bakı şəhərində, Kirpişnaya
küçəsi, ev № 39 ünvanda yaşayıram, savadsızam.
Bu il martın 19-da erməni əsgərləri göstərilən evə soxuldular, mənim
oğlum, 35 yaşlı Məmməd Qasım Nəcəfqulu oğlunu və onun oğlu 2 yaşlı
Nəcəfqulunu öldürdülər. Mənim mənzilimi 16.940 rubl məbləğində qarət
etdilər. Oğurlanmış əmlakın siyahısını təqdim edirəm və işə əlavə edil-
məsini xahiş edirəm.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
174
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M. Təkinski, А.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 22.
Sənəd № 390
Dindirmə protokolu
1918-ci il, 10 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Çeşmi Həsən Əli qızı, 60 yaşım var, Bakı sakini, Məmmədlinskaya
küçəsində yaşayıram, savadsızam.
Bu ilin mart ayında ermənilər məni əsir götürdülər. Ermənilər bizim-
lə pis davranır, bizi təhqir edir, ələ salırdılar. Mənim evimdə manufaktu-
ra malları var idi, mənim ticarətlə məşğulam. Bütün mallar və başqa ev
əşyaları həmin ermənilər tərəfindən qarət olunmuşdur. Onların qiymə-
ti 8000 rubl idi.
İfadə oxunmuşdur. Savadsızdır.
Təhqiqat Komissiyasının sədri: Ə. Xasməmmədov (imza).
Komissiya üzvləri: M. Təkinski, А.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 127.
Sənəd № 392
Dindirmə protokolu
1918-ci il, 14 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Alma Xanım Nuhəli qızı, 60 yaşım var, Bakı sakini, Məmmədli əra-
zisində yaşayıram.
Dostları ilə paylaş: |