179
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
Sənəd № 409
Dindirmə protokolu
1918-ci il, 11 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Şərəbanı Nəcəf Qulu qızı, 32 yaşım var, Maştağa kəndinin saki-
niyəm, Bakı şəhəri, 7-ci Kanitapinskaya küçəsi, 5 №-li evdə yaşayıram,
savadsızam.
Bu ilin mart ayının 19-da səhər tezdən erməni əsgərləri yuxarı-
da göstərilən evə soxuldular, mənim 45 yaşlı ərim Şamxal Allah Qulu
oğlunu, və 32 yaşlı qaynım Abuzər Mahmudu öldürdülər, mənzilimi
qarət etdilər və 60.000 rubl dəyərində əşyalarımızı avtomobillərə
yükləyib apardılar. Erməni əsgərləri ərimin 40.000 rubl pulunu zor-
la aldılar, sonra isə özünü öldürdülər. Əşyaların siyahısını təqdim
edirəm və işə əlavə olunmasını xahiş edirəm. Ermənilər demək olar
ki, bütün müsəlman kişiləri öldürürdülər. Məni və mənim ailəmi
ermənilər əsir götürdülər. Ermənilər apara bilmədikləri hər şeyi qı-
rıb-tökdülər.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: A.Kluge, M. Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 151.
Sənəd № 410
Dindirmə protokolu
1918-ci il, 12 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Samət Məhərrəm qızı, 41 yaşım var, Bakı şəhəri, 7-ci Kanitapinska-
ya küçəsi, 6 №-li evdə yaşayıram, savadsızam.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN
QIRĞINLARI SƏNƏDLƏRDƏ
180
Mart hadisələri zamanı erməni əsgərləri tərəfindən mənim oğlum Əs-
gər Xalıq oğlu öldürülmüşdür, onlar bizim siyahıda göstərilən 19.000 rubl
məbləğində əmlakımızı qarət etmişlər.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: A.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 182.
Sənəd № 411
Dindirmə protokolu
1918-ci il, 12 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Mina Bəyim Mirzə Əli qızı, 45 yaşım var, Bakı şəhəri, 7-ci Kanita-
pinskaya küçəsi, 6 №-li evdə yaşayıram, savadsızam.
Bu ilin martında ermənilər tərəfindən mənim oğlum Ağa Hüseyn
Baba oğlu və kürəkənim Gül Hüseyn Əlməmməd oğlu öldürülmüşdür və
mənim təqdim edilən siyahıda göstərilən 14.450 rubl məbləğində əmla-
kım qarət edilmişdir.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: A.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 182.
Sənəd № 416
Dindirmə protokolu
1918-ci il, 8 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Fatma Bədir qızı, 30 yaşım var, Bakı qəzası Maştağa kəndinin saki-
181
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
ni, uşaqlıqdan Bakı şəhəri 7-ci Kanitapinskaya küçəsi, 119 №-li evdə
yaşayıram, savadsızam.
Mart ayında silahlı ermənilər bizim və qonşuların – müsəlmanların
evlərinə soxuldular, kişilərin hamısını qırdılar, biz qadınları isə əsir gö-
türərək, üç gün saxladılar; onlar bizi də öldürmək istəyirdilər, amma ba-
rışıq elan edildi və bizi azad etdilər. Mən erməni canilərinin çoxunu ya-
dımda saxlamışam və üzləşmə zamanı tanıya bilərdim; amma adlarını
bilmirəm. Ermənilər əvvəlcə qoca atamı öldürdülər, bacıma atəş açaraq,
ayağından yaraladılar, sonra isə əmlakımızı qarət etdilər, ümumilikdə
9605 rubl dəyərində və təqdim etdiyim siyahıda ətraflı şəkildə göstərilən
əşyalarımızı oğurladılar
Hadisə Bakıda baş vermişdir. İfadə oxunmuşdur; ermənilər əsirlikdə
revolverlə bizə hədə-qorxu gəlir, su, yemək vermir, saman üzərində yat-
mağa məcbur edirdilər.
Savadsızdır.
Fövqəladə Təhqiqat Komissiyasının sədri: Ə. Xasməmmədov (imza).
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, i. 14, v. 65.
Sənəd № 419
Dindirmə protokolu
1918-ci il, 8 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Pir Xanım Məmməd Həsən qızı, 40 yaşım var, Bakı şəhər sakini,
Aziatskaya küçəsi, dalan № 5, ev № 2 ünvanda yaşayıram.
Bakıda baş vermiş 1918-ci ilin mart qırğınlarında ermənilər 10-cu Ka-
nitapinskaya küçəsindəki 3 №-li evimizdə mənim 55 yaşlı ərim İbrahimi,
on yaşlı oğlum Ələsgəri öldürmüş, biz qadınları isə əsir götürmüşlər və
beş gün əsirlikdə saxlamışlar. Mənim yanımda 4 uşaq var idi; biz Kanita-
pinskaya küçəsindəki Qorodskoy domda (Şəhər evi) saxlanılırdıq. Orada
təxminən iki min nəfərə yaxın əsir var idi. Mən orada, öz yanımda əllə-