BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
182
rindən və ayaqlarından yaralanmış üç qadın görmüşəm; Məni 8595 rubl
məbləğinə qarət ediblər. Siyahını təqdim edirəm və işə əlavə olunmasını
xahiş edirəm. Mənim əşyalarımın qiyməti bu gün 35.380 rubldur və onun
mənə ödənilməsini xahiş edirəm. Mənim öhdəmdə dörd uşaq qalıb, ən ki-
çiyinin üç yaşı var.
Oxundu. Pir Xanım Məmməd Həsən qızı.
Komissiya üzvləri: Aleksandroviç, A.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 81.
Sənəd № 420
Dindirmə protokolu
1918-ci il, 11 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Zərəfşan Bəyəli qızı, 40 yaşım var, Bakı şəhəri, 10-cu Kanitapinska-
ya küçəsi, 34 №-li evdə yaşayıram, savadsızam.
Bu ilin mart ayının 19-da erməni əsgərləri yuxarıda göstərilən evə
soxuldular, mənim 20 yaşlı oğlum Məmməd Əli Nəcəf Qulu oğlunu öl-
dürdülər və mənzilimi qarət etdilər. 5124 rubl dəyərində qarət edilmiş əş-
yaların siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm.
Ermənilər 300 rubl nağd pulumu sandıqdan çıxardılar. Məni uşaqlarımla
birlikdə əsir apardılar və dörd gün saxladılar. İki yaşlı oğlum əsirlikdə qol-
larımın üstündə öldü. Onun adı Abbasəli idi. Mənim ərim bağrı çatlaya-
raq öldü. Dörd gündən sonra məni buraxdılar və elə həmin gün iki oğlum,
6 yaşlı Həsən Bala və 9 yaşlı Hüseyn Bala da acından öldülər. Mən bir tikə
çörəyə möhtac qalmışam.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: A.Kluge, M. Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, i. 14, v. 152.
183
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
Sənəd № 423
Dindirmə protokolu
1918-ci il, 7 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Yaxşı Xanım Hacı Əli Mərdan qızı Manafova, 52 yaşım var, Bakı
şəhəri, Çadrovaya küçəsi, 178 №-li evdə yaşayıram.
Bu ilin martında ermənilərin müsəlmanlara qarşı çıxışlarının
üçüncü günü bizim kirayənişinimiz olan Aleksandrın (familiyasını
bilmirəm) başçılıq etdiyi erməni əsgərləri dəstəsi bizim evimizə gəl-
dilər və bizim əşyalarımızı qarət etməyə başladılar. Sonra onlar məni
Mailov teatrının binasına əsir apardılar, mənim oğlumu isə Aleksandr
kənara çəkdi və ondan sonra onu mənim gözlərimin qabağında gül-
lələdilər. Bu Aleksandrı sonra biz hökumətə göstərdik, onu hətta həbs
etdilər, lakin sonradan buraxdılar. Mənim qətlə yetirilən oğlumun adı
Ağaverdi idi. Mənə məlum olduğu kimi, ermənilər mənim nağd 15.000
rubl pulumu aparıblar. Bundan əlavə, onlar 60.000 rubl məbləğində
zinət əşyalarını və digər əmlakımı aparıblar. Mart hadisələrindən son-
ra Aleksandr Qoqolevskaya küçəsi, dalan № 2, ev № 14-də yaşayırdı.
Aleksandrı təxminən bir ay əvvəl həbs etmişdilər, amma mən indi öy-
rənmişəm ki, o artıq beş gündür ki, azadlıqdadır.
Oxundu. Savadsız olduğuna görə imzaladı: (imza).
Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 124.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
184
Sənəd № 427
Dindirmə protokolu
1918-ci il, 8 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Tutu Xanım Məşədi Hüseyn qızı, 20 yaşım var, Bakı sakini, Çadro-
vaya küçəsi, 220 №-li evdə yaşayıram, savadsızam.
Bu il mart ayının ortalarında on nəfər silahlı erməni əsgəri Tatar-
skaya küçəsi, 55 №-li evə girdilər və mənim 27 yaşlı ərim Ağa Kərim
Xanbaba oğlunu, onun 70 yaşlı atası Xanbaba Almaz oğlunu, 18 yaşlı
Baba Rəşid oğlunu və Rəşid Eyvaz oğlunu apardılar. Onların hamısı-
nı küçədə öldürdülər, Xan Babanın cəsədini isə lap evin qarşısından
tapdım. Onların hamısını evdən səhər saat 8-də çıxarmışdılar, axşam
saat 10-da isə erməni əsgərləri yenidən gəldilər və məni əsir götürüb
apardılar, Mailov teatrında üç gün saxladılar. Ermənilər mənim iki
min rubl pulumu, üç min rubl dəyərində zinət əşyalarımı, qızıl və gü-
müşümü əlimdən aldılar, kostyumları, tikiş maşınını və bütün ev ava-
danlığını apardılar.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 130.
Sənəd № 428
Dindirmə protokolu
1918-ci il, 23 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Xanım Hüseyn qızı, 50 yaşım var, Bakı şəhəri, Çadrovaya küçəsi, 157
№-li evdə yaşayıram, savadsızam.
185
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
Bu il Bakıda mart qırğınları zamanı ermənilər mənim qardaşım Əbdül
Hüseyn oğlunu öldürülmüş və bizim 15.000 rubl məbləğində əmlakımızı
qarət etmişlər. Onların siyahısını işə əlavə etməyi xahiş edirəm.
Oxundu. Xanım Hüseyn qızı. Savadsızdır.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 63.
Sənəd № 429
Dindirmə protokolu
1918-ci il, 18 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Zəhra Ələkbər qızı, 45 yaşım var, Bakı şəhəri, Çadrovaya küçəsi, 83
№-li evdə yaşayıram.
Bakıda mart qırğınları zamanı ermənilər mənim ərimi və oğlanlarımı
öldürdülər, mən isə azyaşlı qızlarımla dul qaldım. Ermənilər mənim mən-
zilimi cəmi 30.750 rubl məbləğində qarət etmişlər. Mən əmlakımın siya-
hısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Mənə 30.750
rubl məbləğində zərərin ödənilməsini xahiş edirəm.
Oxundu. Zəhra Ələkbər qızı. Savadsızdır.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 63.
Sənəd № 433
Dindirmə protokolu
1918-ci il, 5 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Dostları ilə paylaş: |